Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


MALIYYƏ SIYASƏTININ TIPLƏRI



Yüklə 463,33 Kb.
səhifə20/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   125
Maliyyə 2018

2.5.MALIYYƏ SIYASƏTININ TIPLƏRI
Maliyyə siyasəti maliyyə münasibətləri sferasında dövlətin müstəqil fəaliyyətidir. Maliyyə siyasətinin reallaşdırılması dövlətin maliyyə resurslarının toplanması, onun funksiyalarının, uzunmüddətli, ortamüddətli və qısamüddətli proqramların yerinə yetirilməsi üçün onların bölgüsü və yenidən bölgüsünə yönəldilən tədbirlərdən ibarətdir. Dövlətin inkişafı zaman-zaman maliyyə siya­sə­tinin dəyişdirilməsinə səbəb olur. Müxtəlif dövlətlər tərəfindən tətbiq edilmiş maliyyə siyasətinin təhlili onun üç əsas tipinin seçilməsinə imkan verir:

  • klassik;

  • tənzimləyici;

  • plan-direktiv.

Klassik tip. 1920-ci illərin axırlarınadək əksəriyyət dövlətlərin maliyyə siyasətinin əsas tipi onun klassik variantı idi. Bele maliyyə siyasəti siyasi-iqtisad klassiklərinin –A.Smit, D.Rikardonun əsərlərində əsaslandırılmışdır. Klassik tip maliyyə siyasətinin əsas istiqamətləri aşağıdakılardlır:

1.dövlətin iqtisadiyyatın idarə edilməsinə müdaxilə etməməsi;

2.azad rəqabət;

3.təsərrüfat proseslərinin tənzimlənməsində bazar mexanizmlərindən istifadə;

4.tarazlı büdcənin formalaşdırılması və istifadəsi üçün şəraitin təmin edilməsi.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin