Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


MÖVZU 3. MALIYYƏNIN IDARƏ EDILMƏSI VƏ MALIYYƏ NƏZARƏTI



Yüklə 463,33 Kb.
səhifə22/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   125
Maliyyə 2018

MÖVZU 3.
MALIYYƏNIN IDARƏ EDILMƏSI VƏ MALIYYƏ NƏZARƏTI

3.1.MALIYYƏNIN IDARƏ EDILMƏSININ ZƏRURILIYI VƏ HÜQUQI ƏSASLARI

3.2.MALIYYƏNIN IDARƏETMƏ ORQANLARI SISTEMI

3.3.MALIYYƏ NƏZARƏTININ MAHIYYƏTI, VƏZIFƏLƏRI VƏ TƏŞKILI PRINSIPLƏRI

3.4.MALIYYƏ NƏZARƏTININ TƏSNIFATI

3.5.QEYRI-DÖVLƏT MALIYYƏ NƏZARƏTI

3.1.MALIYYƏNIN IDARƏ EDILMƏSININ ZƏRURILIYI

VƏ HÜQUQI ƏSASLARI

Idаrəеtmə dеdikdə, müəyyən nəticələr əldə еtmək məqsədilə müхtəlif üsul və mеtоdlаrın köməyi ilə оbyеktə şüurlu, məqsədyönlü təsir bаşа düşülür. Idаrə­еtmənin mühüm istiqаmətlərindən biri mаliyyənin idаrə еdilməsindən ibаrətdir. Maliyyənin idarə edilməsi-iqtisadi idarə etmənin ən mühüm tərkib hissəsidir. Maliyyənin idarə edilməsi-müəyən məqsədə nail olmaq üçün maliyyə müna­si­bətləri vasitəsilə məqsədli təsiretmə vasitəsidir.

Maliyyənin idarə edilməsi bir-biri ilə əlaqədar olan 2 mərhələdən: hazırlıq mərhələsi və birbaşa fəaliyyət mərhələsindən ibarətdir.

1)Hazırlıq mərhələsi 2 amildən-maliyyə informasiyası və planlaşdırmadan ibarətdir. Idarəetmədə informasiya bazası mühüm əhəmiyyət kəsb edir. Maliyyə informasiyalarının dəqiqliyi və vaxtında alınması hər hansı bir hadisənin gedişini təhlil etməyə, onun sonrakı gedişatına nəzarət etməyə və son nəticəni üzə çıxartmağa imkan verir. Maliyyə informasiyasının mənbəyi mühasibat və statistika hesabatlarına əsaslanır.

Hazırlıq mərhələsinin 2-ci amili planlaşdırmadır. Maliyyənin idarə edilmə­sində səmərəli planlaşdırma bütün maliyyə mənbələrinin aşkar edilməsi, onlardan səmərəli istifadə olunması və s. deməkdir.

2)Maliyyənin idarə edilməsinin II mərhələsi birbaşa fəaliyyət mərhələsidir.

Bu mərhələ bir-biri ilə əlaqədə olan 3 amildən ibarətdir: operativ idarəetmə; tən­zim­ləmə; nəzarət.

Operativ idarəetmə maliyyə məsələlərinin birbaşa idarə edilməsi deməkdir. Bu zaman bütün proseslər geniş təhlil edilir, konkret iqtisadi, siyasi və inzibati tədbirlər görülür.Operativ idarəetmədə disproporsiyalar əmələ gəlir ki, bu zaman tənzimləmə amilindən istifadə edilir. Maliyyə ehtiyatlarının yenidən, daha səmərəli bölüşdürülməsi, vəsaitlərin bir sahədən digər sahəyə yönəldilməsi və s. vasitəsilə baş verən disproporsiyalar aradan qaldırılır.

Nəzarət, ümumiyyətlə maliyyənin başlıca funksiyalarından biri olduğu üçün, o özünü maliyyənin idarə edilməsinin birbaşa fəaliyyət mərhələsində də biruzə verir. Bütün mərhələlərdə nəzarəti həyata keçirir.

Digər idаrəеtmə sistеmlərində оlduğu kimi mаliyyənin idаrə еdilmə­sində də idаrəеtmənin оbyеkt və subyеktləri iştirаk еdir.

Idаrəеtmə оbyеkti kimi pul gəlirlərinin və yığımlаrının fоrmаlаşmаsı və оnlаrın təsərrüfаt subyеktləri və dövlət tərəfindən istifаdəsi ilə əlаqədаr оlаn müхtəlif mаliyyə münаsibətləri çıхış еdir. Mаliyyə münаsibətlərinin təsnifа­tınа uyğun оlаrаq, idаrəеtmə оbyеkti оnlаrın sаhəsinə görə-təşkilаtlаrın, müəs­sisələrin mаliyyəsi, sığоrtа münаsibətləri, dövlət mаliyyəsi, еv təsərrüfаtlаrının mаliyyəsi kimi müхtəlif qruplаrа аyrılır.

Idаrəеtmə subyеkti idаrəеtməni həyаtа kеçirən təşkilаti struktur hеsаb еdilir. Bunlаrа müəssisələrin mаliyyə şöbələri, sığоrtа оrqаnlаrı, vеrgi idаrələri аiddir. Idаrəеtməni həyаtа kеçirən təşkilаti strukturlаrın məcmuu mаliyyə аppаrаtı hеsаb еdilir.

Idаrəеtmə subyеktləri mаlyyə münаsibətlərinin hər bir sаhəsində və hər bir həlqəsində mаliyyəyə məqsədyönlü təsirin spеsifik mеtоdlаrındаn istifаdə еdillər. Еyni zаmаndа оnlаrа idаrəеtmənin vаhid mеtоd və üsullаrı dа məхsusdur.

Mаliyyənin idаrəеidlməisndə plаnlаşdırmа, оpеrаtiv idаrəеtmə və nəzаrət kimi mеtоdаlr dа tətbiq еdilir.

Bu idarəetmə hər bir ölkənin özünəməxsus xüsusiyyətləri nəzərə alınaraq aparılır. Həmin xüsusiyyətlərə uyğun olaraq idarəetmə orqanları yaradılır.

AR-da maliyyənin idarə edilməsini ali qanunverici hakimiyyət-Milli Məclis həyata keşirir. Burada Dövlət Büdcəsinə baxılması, təsdiqi və icrası işləri aparılır; həmçinin vergi, rüsum, məcburi tədiyyə haqqında qanunlara baxılır və s.

Maliyyə hüququ dövlət hakimiyyət və yerli özünüidarəetmə orqanlarının, təsərrüfat subyektlərinin onlara həvalə edilmiş funksiya və vəzifələrinin yerinə ye­tirilməsi üçün zəruri olan pul vəsaiti fondlarının yaradılması, bölgüsü və istifadəsi prosesində yaranan münasibətləri tənzimləyən hüquqi normaların məcmusunu ifadə edir. Maliyyə hüququ 2 sahəyə ayrılır: ictimai və xüsusi təsərrüfat maliyyə hüququ. Ictimai maliyyə hüququ aşağıdakı sahələrdən ibarətdir: valyuta hüququ, pul sisteminin hüquqi əsasları, büdcə hüququ, gömrük hüququ, vergi hüququ və s. İctimai maliyyə hüququ məcburi xarakter daşıyır. Onun yerinə yetirilmədiyi hallarda həmin orqanlar maliyyə, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Xüsusi təsərrüfat maliyyə hüququ-təşkilatların və ev təsərrüfatlarının maliy­yə resursları və gəlirlərinin formalaşması və istifadəsi sahəsində müəyyən hüquq münasibətlərini, müxtəlif mülkiyyət formalı müəssisələrin maliyyə münasibət­lə­ri­nin əsaslarını, onları idarə edən orqanların səlahiyyətlərini, ailə maliyyə münasi­bətlərinin əsaslarını və s. nizama salır.

Maliyyə hüququ normaları ilə tənzimlənən maliyyə münasibətləri aşağıdakı kimi qruplaşdırılır: pul vəsaiti fondlarının formalaşması ilə əlaqədar yaranan münasibətlər; dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar yaranan müna­sibətlər; maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar yaranan müna­si­bətlər.

Maliyyənin idarə edilməsi prosesinin maliyyə hüququ təminatı hüquqi aktlar formasında həyata keçirilir ki, bu da özündə maliyyə hüquq normalarını əks etdirir.

Maliyyənin idarəedilməsinin əsasını Azərbaycan Respublikası Konstitu­si­yası təşkil edir. Konstitusiya dövlətin maliyyə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. AR“Büdcə sistemi haqqında” 02 iyul 2002-ci il Qanunu büdcə sisteminin fəaliyyəti prosesində yaranan maliyyə münasibətlərini, büdcə sistemi və büdcədənkənar fondların gəlirlərinin formalaşması və onların vəsaitlərinin xərclənməsi, büdcə presesinin həyata keçirilməsi və büdcə qanunvericiliyinin pozulmasına görə tədbirlər tətbiq edilməsini tənzimləyir.

AR Vergi Məcəlləsinin normaları vergi və rüsumların müəyyən edilməsi və tutulması, vergi nəzarəti münasibətlərini və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti tənzimləyir. Maliyyə münasibətlərinin idarə edilməsi sahəsində tətbiq edilən maliyyə hüquqi aktlar aşağıdakılardır: “Dövlət büdcəsi haqqında” qanun, “Büdcədənkənar dövlət fondları haqqında” qanun, “Valyuta tənzimi” (21 oktyabr 1994), “Sosial sığorta haqqında” (18.02.1997), “Dövlət borcu haqqında” (22.05.2007), “Sığorta fəaliyyəti haqqında” (25.12.2007) qanunları.




Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin