Mühazirə 17. Mövzu: Sınaq laboratoriyalarının fəaliyyətinin təşkili. PLAN Sınaq laboratoriyalarının strukturu
Xarici və daxili ixtisasartırma
Sınaq laboratoriyalarının təminatı
Dövlətstandartın məsləhətlərinə uyğun sənədlər
Ədəbiyyat 1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007 2.КрыловаГ.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Sınaq laboratoriyası sertifikasiya apararkən sifarişçi ilə işdə qərəzsizliyi, qərarları qəbul edərkən sərbəstliyi təmin etməlidir. Əgər o firmanın bir hissəsidirsə, o zaman yüksək vəzifəli rəhbər işçilər, yaxud nüfuzlu müştərilər tərəfindən toxunulmazlığı və həmçinin texniki səlahiyyətliliyə malik olmalıdır.
Sertifikasiya üzrə orqanla olduğu kimi, bu göstəricilər sınaq laboratoriyasının hüquqi statusu, inzibati və təşkilati strukturu ilə təyin edilir. Sınaq laboratoriyasının hüquqi statusu fəaliyyətdə olan qanunvericiliyə uyğun olmalıdır. O, sərbəst hüquqi şəxs, yaxud onun tərkibində bölmə ola bilər.
Sınaq laboratoriyalarına və onların heyətinə, nəticələrə, yaxud qiymətləndirməyə təsir göstərə biləcək kommersiya, maliyyə, inzibati yaxud digər təsirlərə yol verilməməlidir. Xarici təşkilatlar, yaxud şəxslər tərəfindən, sınaqların nəticələrinə hər hansı bir təsirin edilməsinə yol verilməlidir. Sınaq laboratoriyası qərarların qəbul edilməsində və sınaqların aparılmasında qərəzsizliyə xələl gətirə biləcək fəaliyyətlə məşğul olmaq hüququna malik olmamalıdır.
Sınaqları aparan heyətin əmək haqqı sınaqların sayından və onların nəticələrində asılı olmamalıdır.
Əgər məmulatın sınağını bu məmulatın işlənməsində, istehsalında və realizəsində iştirak etmiş təşkilatlar apararsa, onda sınaqların obyektivliyini təmin edən şərtlərə tələblər işlənməlidir.
Laboratoriyanın təşkilati strukturu hər bir əməkdaş üçün konkret fəaliyyət sferasını və onun səlahiyyətlərinin (vəzifələri və məsuliyyəti) hədlərini təmin etməlidir. Sınaq laboratoriyalarının EN 45001 və QOSTP 51000. 3-96 standartlarının tələblərinə uyğun tipik strukturu plakatda göstərilmişdir.
Laboratoriyanın rəhbəri ümumi rəhbərlik edir və fəaliyyət siyasətini formalaşdırır. Keyfiyyətin təmin edilməsi sisteminə cavabdeh laboratoriya «keyfiyyət üzrə Rəhbərliyin müddəalarını işləyir və onların yerinə yetirilməsinə nəzarət edir. Rəhbərin sınaqlar üzrə müavini, sınaqların aparılması ilə bağlı, bütün texniki məsələlərin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Katiblik kargüzarlıq üzrə funksiyaları yerinə yetirir, sınaq üçün sifarişlərin qəbulunu və qeyd edilməsini, işçi sənədlərin arxivləşdirilməsini həyata keçirir. Sınaqlar üzrə mütəxəssislər qrupu məhsulun bilavasitə sınaqlarını aparır və müəyyən olunmuş sahədə sınaq protokollarını tərtib edir. Sınaq laboratoriyasının texniki səlahiyyətliliyi ixtisaslı heyətin mövcudluğu, lazımi ölçmə, sınaq və sınaq vasitələrinin, ətraf mühitə uyğun binaların, sənədləşdirilmiş işçi proseslərin, sınaq metodlarına və vasitələrinə normativ metodiki sənədlərin və sınaqların keyfiyyətinin təmin edilməsi sisteminin mövcudluğu ilə təyin edilir.
Sınaq laboratoriyasının heyəti lazımi səviyyədə təhsilli və ixtisaslı olmalıdır. Burada aşağıdakılar nəzərdə tutulur:
baza təhsili;
laboratoriyada işləyənə qədər xüsusi peşə təhsili;
laboratoriyada işə başlayandan sonra xüsusi məsələlər üzrə bacarıq və vərdişlərə yiyələnmək;
ixtisası artırma idarəsində xüsusi kurs keçərək konkret sınaqların aparılması üçün lazım olan ölçmə, sınaq və nəzarət metodlarının və vasitələrinin öyrənilməsi.
Laboratoriya kadrların ixtisaslarına, praktiki təcrübəsinə və hazırlığına aid lazımi sənədlərə və məlumatlara malik olmalıdır. Bu məlumatlar «Keyfiyyət üzrə Rəhbərlikdə» verilir.
Sınaq laboratoriyasında heyətin ixtisasının yüksəldilməsinə böyük diqqət yetirilməlidir. İxtisaslarının artırılması həm yeni, həmçinin təcrübəli əməkdaşlar üçün aparılmalıdır. İxtisasartırma xarici və daxili olur. Xarici ixtisasartırma ənənəvi konfranslarda və seminarlarda iştirak etmək, kurslarda oxumaq, sərbəst hazırlıq formalarında keçir. Daxili ixtisasartırma laboratoriyanın əməkdaşları tərəfindən ixtisaslarla bağlı problemlərin müntəzəm olaraq müzakirələrində öz əksini tapır. (Məsələn, Yaponiyanın məşhur «keyfiyyət dərnəkləri» ilə analoji). Belə müzakirələr rəhbərlik tərəfindən əməkdaşlara mənəvi təsir göstərilmədən aparılmalıdır. Sınaqların yaxınlaşdırılmasına yönəldilmiş səylər mükafatlandırıl-malıdır. (həvəsləndirmə). Avropanın müxtəlif ölkələrinin sınaq laboratoriyalarını birləşdirən beynəlxalq təşkilat «EUROLAB» sınaqları aparan heyət üçün dörd ixtisas səviyyəsini müəyyən etmişdir:
Elementar səviyyə – qeyri-xüsusi təhsil və xüsusi hazırlıq.
Baza səviyyəsi – laboratoriyada işləri yerinə yetirmək üçün lazım olan əsas peşə təhsili.
Yüksəldilmiş səviyyə – laboratoriyada işləri yerinə yetirmək üçün daha yüksək peşə təhsili;
Ən yüksək səviyyə - ali təhsil, mürəkkəb sınaq məsələlərini həll etmək qabiliyyəti, sınaqların və idarəetmənin (menecmentin) dərindən bilməsi.
Bu dörd səviyyənin hər biri ixtisasın üç dərəcəsini nəzərdə tutur: kafi, yaxşı və əla. Sınaq laboratoriyasının EN 45001 standartının tələblərinə uyğunluğuna akkreditasiyasında heyət bu meyarlara əsasən qiymətləndirilir.
Sınaq laboratoriyaları ölçmə, sınaq və nəzarət vasitələri, həmçinin sərf olunan materiallarla (kimyəvi reaktivlər, maddələr və s.) təmin olunmalıdır.
Xüsusi hallarda laboratoriyaya aid olmayan lakin attestasiya olunmuş avadanlıqdan istifadə etmək olar. Laboratoriya avadanlığından, o cümlədən ölçmə vasitələrindən yalnız təyinatına görə istifadə olunmalıdır. Sınaqlar, yaxud ölçmələr üçün hər bir avadanlıq vahidi, aşağıdakı məlumatları əks etdirən qeydiyyat kitabçasına malik olmalıdır:
avadanlığın adını;
hazırlayanın (firmanın) adını, tipini (markasını) zavod və inventarın nömrələrini;
hazırkı vaxtda yerləşdiyi yeri (lazım gələrsə);
alınma və istismara verilmə tarixlərini;
alındığı halda vəziyyətini (yeni, yeyilmiş, uzadılmış fəaliyyət müddətli).
təmir və xidmət haqqında məlumatları;
bütün zədələnmələrin, yaxud imtinaların, düzəltmələrin, yaxud təmirin şərhlərini, ölçmə və sınaq avadanlığının kalibrlənməsi, yaxud yoxlanılması, lazım gələrsə, istismara buraxılmazdan əvvəl, sonra isə müəyyən olunmuş proqram üzrə aparılır.
Sınaq laboratoriyasının binası elə olmalıdır ki, sınaqların dəqiqliyinə və doğruluğuna mənfi təsir göstərməsin. Sınaqları aparmaq üçün nəzərdə tutulmuş bina temperatur yüksəlməsindən, tozdan, nəmlikdən, buxardan, səsdən, titrəmələrdən, elektromaqnit qasırğasından qorunmalı və tətbiq olunan sınaq metodikalarının tələblərinə, sanitar normalarına və qaydalarına, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə cavab verməlidir. Bina lazımi qədər geniş olmalıdır ki, avadanlığın xarab olması və qorxulu vəziyyətlərin yaranma təhlükəsi aradan qaldırılsın, əməkdaşların hərəkətlərinin sərbəstliyini və fəaliyyətlərinin dəqiqliyini təmin etsin. Laboratoriyanın heyətinə aid olmayan şəxslərin laboratoriyaya buraxılış şərtləri təyin olunmalıdır.
Sınaq laboratoriyası dəqiq nizamlanmış və sənədləşdirilmiş, sifarişin qəbulundan sınaq protokolunun verilməsinə qədər bütün sınaq prosesini müşayiət edən işçi prosedurlara malik olmalıdır. Beləliklə, laboratoriyada texnoloji proseslərin yerinə yetirilməsində eyniliyə nail olurlar. Sınaqdan keçirilən məmulat nümunələri ilə rəftar qaydası bəzən nümunələr menecmenti adlandırılır, o da nümunələrin düzgün hazırlanmasını və seçimin aparılmasını, daşınma və saxlama şərtlərinin gözlənilməsini özündə əks etdirir. Sınağa daxil olan məmulat nümunələri normativ sənədlərə uyğunluğuna identifikasiya və uyğun seçim protokolu ilə müşayiət olunmalıdır.
Qeydiyyat sistemi istifadə olunan nümunələrin, yaxud sınaqdan keçirilən məmulatların məxfiliyini təmin etməlidir.
Düzgün nümunələr menecmenti – sınaqların keyfiyyətinin təmin edilməsinin ən mühüm mərhələlərindən biridir. Sınaq laboratoriyası yaradılmaları məlum olmayan nümunələri sertifikasiya sınaqlarına qəbul etməməlidir.
Laboratoriyada, sınaqlar aparılarkən sınaq proseslərinə standartların, yaxud texniki şərtlərin müəyyən etdiyi metodlardan istifadə etmək lazımdır. Bu sənədlər sınaqların aparılmasına məsuliyyət daşıyan əməkdaşların ixtiyarında olmalıdır. Müəyyən olunmuş sınaq metodu olmadıqda, sifarişçi ilə laboratoriya arasında tətbiq olunan metod haqqında sənədləşdirilmiş müqavilə tərtib olunmalıdır.
Sınaq laboratoriyasının apardığı iş, sınaqların nəticələrini və onlara aid digər informasiyaları dəqiq, aydın və birmənalı göstərən protokolda əks olunur. Hər bir sınaq protokolu, heç olmazsa, aşağıdakı məlumatları əks etdirməlidir.
sınaq laboratoriyasının adı, ünvanı və əgər ayrı ünvandadırsa, sınaqların aparıldığı yer;
protokolun işarəsi (məsələn, sıra nömrəsi) və hər bir səhifənin nömrəsini, həmçinin səhifələrin ümumi sayını;
sifarişçinin soyadı və ünvanı;
sınaqdan keçiriləcək nümunənin xarakteristikası və işarəsi;
nümunənin alınma və sınağın aparılma tarixi;
sınaqların aparılmasına texniki tapşırığın işarəçi, metodun və prosedurun şərhi (lazım gələrsə);
nümunələrin seçilməsi prosedurunun şərhi;
sınaqların aparılmasına aid texniki tapşırıqda edilən ixtiyari dəyişikliklər, yaxud müəyyən sınaqlara aid digər informasiya;
qeyri-standart sınaq metodlarına, yaxud prosedurlara aid verilənlər;
cədvəllərlə, qrafiklərlə, çertiyojlarla və fotoşəkillərlə təsdiq olunan ölçmələr, müşahidələr və alınmış nəticələr, lazım gələrsə ixtiyari qeydiyyatdan keçirilmiş imtinalar;
ölçmə xətalarının təsdiq edilməsi (lazım gələrsə);
sınaq protokolunun hazırlanmasına cavabdeh vəzifəli şəxsin imzası və onun tərtib olunma tarixi;
protokolun ancaq sınaqdan keçmiş nümunələrə aid olduğunu göstərən ərizə;
sınaq laboratoriyasının icazəsi olmadan protokolun qismən yenidən çap edilməsini mümkünsüz edən ərizə.
Sınaq protokolunda çap olunduqdan sonra düzəlişlər, yaxud əlavələr ancaq ayrıca sənəd şəklində tərtib olunur, məsələn, «sınaq protokoluna əlavələr». Sınaq protokolunda qiymətləndirilmələri yerləşdirmək, sınaqların nəticələri üzrə məsləhətlər vermək məsləhət görülmür. Sınağın nəticələri səliqə ilə, aydın, tam və birmənalı şəkildə tətbiq olunan sınaq metoduna işlənmiş təlimatlara uyğun təqdim olunmalıdır. Kəmiyyət göstəricilər hesabı, yaxud qiymətləndirici xəta ilə təqdim olunmalıdır.
Sınaqların bütün protokolları lazımi yerdə, məxfiliyi gözləməklə, əgər qanunla digər tələblər müəyyən olunmayıbsa, saxlanılır.
Sınaqların keyfiyyətini təmin etmək üçün ölçmə vasitələrinin istismarı, sınaqlar və nəzarətlə bağlı prosedurlar böyük əhəmiyyətə malikdir. Burada aşağıdakıları nəzərə almaq lazımdır:
lazımi texniki və metroloji xarakteristikaları göstərməklə sınaq, ölçmə və nəzarət vasitələrinin reyestrinin aparılması;
bu avadanlığın markalanması və saxlanması;
hər bir işçi yerində ölçmələrin, sınaqların və nəzarətin aparılması üçün metodikaların mövcudluğu;
texniki xidmət və təmir qrafiklərinin, həmçinin yoxlama və kalibrləmə sənədlərinin mövcudluğu;
ölçmə vasitələrinin, sınaqların və nəzarətin vəziyyətinə və istismarına cavabdeh şəxsin, bir qayda olaraq, mühəndis-metroloqun təyini.
Müqaviləyə (kontrakta) uyğun olaraq sınaq laboratoriyaları sınaqları sərbəst aparmalıdır. Lakin bəzi hallarda sınaq laboratoriyası sınaqların müəyyən hissəsini, subpodrat şərtləri əsasında «Qoyulmuş tələblərə cavab verən digər analoji laboratoriyaya verə bilər. Bu halda sınaq laboratoriyası əmin olmalıdır ki, subpodratçı sınaq laboratoriyaları üçün müəyyən olunmuş səlahiyyətlilik meyarlarına cavab verir. Sınaq laboratoriyası sınaqların müəyyən hissəsinin digər laboratoriyaya vermək istəyini sifarişçiyə mütləq bildirməlidir. Subpodratçı sifarişçi tərəfindən qəbul olunmalıdır. Sınaq laboratoriyaları supodratçıların səlahiyyətliliyini və qoyulmuş tələblərə uyğunluğunu təsdiq edən sənədləri qeydiyyatdan keçirib saxlayır, həmçinin subpodrat əsasında yerinə yetirilən bütün işləri qeydiyyatdan keçirir.
Sınaq laboratoriyasının texniki səlahiyyətliliyini təsdiq edən növbəti lazımi elementi, aparılan sınaqlara aid normativ sənədlərlə təmin olunmasıdır.
Akkreditasiya olunmaq istəyən laboratoriya Dövlətstandartın məsləhətlərinə uyğun 10 qrupa bölünən aşağıdakı sənədlərə malik olmalıdır:
Hüquqi sənədlər:
sınaq laboratoriyası haqqında;
sınaq laboratoriyasının pasportu;
akkreditasiya attestatı;
lisenziya (qanunvericiliklə nizamlanan sahədə sertifikasiya məqsədləri üçün sınaqlar apararkən).
Təşkilati-metodiki sənədlər – ISO, ISO/BEK sənədləri, EN45000 seriyalı Avropa və uyğun Dövlət standartları. Bu standartlar akkreditasiya olunmuş laboratoriyaların təşkilati və metodiki məsələlərini nizamlayır.
Sınaqdan keçiriləcək məhsula normativ sənədlər:
sınadan keçiriləcək məhsula texniki tələbləri nizamlayan sənədlər və laboratoriyanın akkreditasiyası sahəsində məhsulun sınaq və seçmə metodları;
standartlar və digər normativ sənədlər, ISO, BEK və digər standartlar və Rəhbəredici sənədlər.
Keyfiyyətin təmin edilməsi sisteminə sənədlər – keyfiyyət üzrə rəhbərlik.
Sınaq və ölçmə avadanlığına sənədlər:
avadanlığın adı və növü;
hazırlayan müəssisə (firma), tip (marka), zavod və inventar (nömrələri);
avadanlığın hazırlanma, alınma və istismara buraxılma tarixləri;
alınan zaman vəziyyəti (təzə, istifadə olmuş, təmirdən sonra və s.);
mövcud çatışmazlıqlar, təmirlər, texniki xidmət haqqında məlumatlar;
attestasiyalar, yoxlama haqqında məlumatlar;
sınaq avadanlığının və ölçmə vasitələrinin istismar və texniki xidmətləri haqqında sənədlər;
hər bir sınaq avadanlığına və ölçmə vasitələrinə pasportlar;
ölçmə vasitələrinin yoxlanmalarına metodikalar, həmçinin sınaq avadanlığının attestasiyasına proqramlar və metodikalar;
standartlaşdırılmamış sınaq və ölçmə metodikalarının attestasiyası və təsdiq edilməsi qaydası;
ölçmə vasitələrinin yoxlamasının və sınaq avadanlığının attestasiyasının uçotu haqqında sənədlər; sınaq avadanlığının attestasiyası və ölçmə vasitələrinin yoxlanma qrafikləri.
Kargüzarlıq sənədləri:
laboratoriyanın əməkdaşlarının şəxsi işləri;
vəzifə təlimatları;
laboratoriyanın əməkdaşlarının attestasiyası üzrə materiallar;
Məmulatların sınaqdan keçirilən nümunələrinə sənədlər:
(pasport, texniki izahatlar, sınaqdan keçirilən məmulatın istismarına sənədlər), həmçinin aşağıdakıları özündə əks etdirən təlimatlar:
məmulat nümunələrinin identifikasiya qaydası;
qəbul zamanı nümunələrin komplektliliyi və işə qabiliyyətliyinin yoxlanma qaydası;
məmulat nümunələrinin sifarişçiyə qaytarılma qaydası.
Sınaqların aparılması və verilənlərin qeydiyyat qaydasına sənədlər:
sınaqların aparılması proqramları və metodikaları;
hesabat qaydalarını və hesabat üçün verilənləri əks etdirən sənədlər;
ölçmə və sınaq nəticələrini əks etdirən işçi jurnallar;
sınaq protokolu;
aparılmış sınaqlar haqqında hesabatlar:
Binalarda şəraitin gözlənilməsinə sənədlər:
istehsalat binalarında lazımi qaydanı təmin etmək üçün təlimatlar və binaların vəziyyətinə nəzarət jurnalı;
lazımi ətraf mühit şəraitinə nəzarət edən və onu gözləyən avadanlığa istismar şəraiti.
Arxiv üzrə sənədlər:
ölçmələrin və sınaqların nəticələrinin arxivinin aparılması qaydası haqqında təlimatlar.
işçi jurnalları;
hesabat üçün verilənlər;
protokollar;
hesabatlar;
nümunələri müşayiət edən sənədlər;
Sınaq laboratoriyası məcburi qaydada, on akkreditasiya sahəsinə uyğun, keyfiyyəti təmin edən daxili sistemə malik olmalıdır. Bu sistemin elementləri istifadə üçün laboratoriyanın heyətinə təqdim olunan «Keyfiyyət üzrə Rəhbərlik» sənədinə daxil edilir. Sifarişçiyə təqdim olunmaq üçün bu sənədin qısaldılmış variantının işlənməsi ilə icazə verilir. Əgər sınaq laboratoriyası uyğun Dövlət yaxud EN45001 Avropa standartlarının tələblərinə cavab verirsə, onda o, akkreditasiya üçün sifariş verir. Sifarişlə birlikdə akkreditasiya üzrə orqana laboratoriyanın qərəzsizliyini, toxunulmazlığını və texniki səlahiyyətliliyini təsdiq edən bütün lazımi sənədlər göndərilir. Həm sertifikasiya üzrə orqan üçün, həmçinin sınaq laboratoriyası üçün akkreditasiya qaydası, ümumiyyətlə eynidir.