Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar


Mövzu18 Xarici ölkələrdə sertifikatlaşdırma təcrübəsi



Yüklə 486,64 Kb.
səhifə28/33
tarix04.06.2022
ölçüsü486,64 Kb.
#116620
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   33
sertifikatlac

Mövzu18
Xarici ölkələrdə sertifikatlaşdırma təcrübəsi


PLAN

  1. Rusiyada sertifikatlaşdırma təcrübəsi

  2. Registrin əsas fəaliyyət istiqamətləri

  3. Keyfiyyət sahəsində AB-nin siyasəti.

ƏDƏBIYYAT


1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007
2.Яблонский О.П.Основы стандартизации, метрологии, сертификации М.2010

Keyfiyyəti təminetmə sisteminin İSO–nun 9000 seriyalı standartlara uyğunlu­ğu­­nun sertifikatlaşdırılması xarici ölkələrdə geniş inkişaf etdiyi halda Rusiyada bu problemə diqqət ancaq axırıncı illərdə ciddi olaraq yönəldilmişdir. Bu cür geri qalmanın mümkün səbəblərindən biri son zamanlarda istehsalın aşağı düşməsi və fəaliyyətdə olan müəssisələrin öz məhsullarını ixracata zəif yönəltməsidir. Rusiyanın çox az istehsalat müəssisələri keyfiyyət sisteminin sertifikatlaşdırılmasının vacibliyini və lazımlığını başa düşüblər. Cəmi bir neçə yüz Rusiya müəssisəsi keyfiyyət sisteminə sertifikata malikdir. Halbuki xaricdə on minlərlə firma bu sertifikatın sahibidir.


Xarici mütəxəssislər belə hesab edirlər ki, keyfiyyəti təmin etmə sisteminə uyğunluq sertifikatı firmaya xeyli xeyir və üstünlük verir. Sertifikat biznesdə partnyorun etibarlılığına təminat verir. Sertifikat biznesdə partnyorun etibarlılığına təminat verir. Bu həmçinin bankların münasibətlərinə də aiddir. Onlar keyfiyyət sistemləri sertifikatlaşdırılmış firmalara həvəslə kredit verirlər. Sığorta şirkətləri də bu cür firmalara üstünlük verirlər. Keyfiyyət sisteminə sertifikat məhsul təchizatı üçün kontraktların bağlanmasının xeyrinə tutarlı arqumentdir. Qərbin ekspertləri qeyd edirlər ki, yaxın gələcəkdə vahid Avropa bazarında kontraktların 95%-ə qədəri təchizatçı firmalarda keyfiyyət sisteminə sertifikat olduğu halda bağlanacaqdır. Keyfiyyətsiz məhsulla bağlı məhkəmədə vəsatətlər qaldırıldıqda keyfiyyət sisteminə sertifikata məhkəmədə firmanın təqsirkar olmadığına sübut kimi baxılır. Müxtəlif tenderlərdə iştirak etmək üçün məcburi şərt keyfiyyət sisteminə sertifikatın olmasıdır. Keyfiyyət sisteminin sertifikatlaşdırılması müəssisənin (firmanın) daxili işlərinə də müsbət təsir edir, belə ki, sertifikatlaşdırmya hazırlıq prosesində keyfiyyət sistemləri bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunluğa gətirilir; məhsulun sertifikatlaşdırılması prosesi yüngülləşir.
Rusiyada bazar münasibətlərinin inkişafı və həmçinin onun xarici iqtisadi məsələləri RF-in Dövlət standartını 1995-ci ildə RF-də keyfiyyət sisteminin sertifikatlaşdırılmasının inkişafı üçün iş proqramını qəbul etməyə stimullaşdırdı. Bu proqrama uyğun olaraq “Keyfiyyət sisteminin və istehsalın sertifikatlaşdırılması Sistemi” işlənmiş və qəbul olunmuşdur. Bu sistem “Keyfiyyət sisteminin Registri” (qısaca – Registr) adlanır. Bu könüllü sertifikatlaşdırma sistemidir, lakin o, Rusiya dövlətinin məcburi sertifikatlaşdırma sistemi olan QOSTP sisteminin bir hissəsini təşkil edir. Keyfiyyət sisteminin nişanından ancaq nişanın üstündə “Registr” və nişanın altında İSO standartının nömrəsinin göstərilməsi ilə fərqlənir.
Registr sistem kimi fəaliyyətdə olan qanunvericiliyə, sertifikatlaşdırma qaydalarına və Rusiya dövlətinin normativ sənədlərinə və həmçinin keyfiyyət sistemlərinin sertifikatlaşdırılması sahəsində Avropa və Beynəlxalq qaydalara və normalara uyğun təşkil olunmuşdur.

Yüklə 486,64 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin