Registrin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: keyfiyyət sisteminin sertifikatlaşdırılaması; sertifikatlaşdırılmış keyfiyyət sistemlərinə və istehsalata inspeksion nəzarət; keyfiyyət sisteminə sertifikatların qarşılıqlı tanınması məqsədilə beynəlxalq əməkdaşlıq.
Rusiyada keyfiyyət sisteminin sertifikatlaşdırılması üzrə praktiki fəaliyyət əsas dövlət standartları (QOSTR 40.001-95; QOST R 40.002-96; QOSTR 40.003-96; QOST R İSO 9002-96 və QOST R İSO 9003-96) ilə reqlamentləşdirilir ki, onlar da Registrin əsas prinsiplərini və təşkilati strukturunu; keyfiyyət sisteminin sertifikatlaşdırılması prosedurunu və inspeksion nəzarət qaydasını müəyyən edir.
Onlara daha ətraflı baxaq.
Keyfiyyət sisteminin sertifikatlaşdırılmasının əsas prinsipləriolmalıdır: könüllülük; sistemə daxil olarkən ayrı seçkiliyə yol verməmək, nəticələrin obyektliyi, məxfilik və s.
Keyfiyyət sahəsində AB-nin siyasəti. Keçən əsrin 90-cı illərin ortalrında Avropa İttifaqında məhsulun keyfiyyəti sahəsində yeni siyasət qəbul edilmişdir ki, bu da “Keyfiyyət sahəsində Avropa cəmiyyətinin siyasətinin elementləri” – ACK sənədində əks olunmuşdur.
Keyfiyyətdə diqqətin gücləndirilməsinin yeni mərhələsi üçün bəzi zəminlərə baxaq. Bu ilk növbədə, Avropa bazarının mallarla daha geniş təchiz edilməsi, qeyri qiymət rəqabətinin açıq-aydın güclənməsi və həmçinin keyfiyyət sahəsində rəqabətin artmasıdır. Burada həmçinin vahid bazarın yaradılmasının vacib, lakin firmaların rəqabətə davamlılığının və onların gələcək təkmilləşdirilməsi şəraitlərinin təmin edilməsi üçün kifayət olmaması da mühüm rol oynayır. Odur ki, yeni istiqamətlərin axtarışları davam edir. Əsas rəqiblərin – Yaponiya və Amerika kompaniyalarının fəaliyyətinin analizi göstərir ki, keyfiyyət probleminə yaxınlaşmada onlar avropalıları xeyli qabaqlayıblar.
Amerikanın F.Krosbi Assosiasiyasının dünyanın bir neçə yüz firmasında apardığı tədqiqatlarının nəticələrinə görə keyfiyyətə, kompaniyanın rəqabətə davamlılığı faktoru kimi münasibət Avropada və ABŞ-da müxtəlifdir. Belə ki, Qərbi Avropa ölkələrinin firmalarının 34%-i, ABŞ və Sakit okean regionu kompaniyalarının 53%-i istehlakçıların tələblərin təmin edilməsi istiqamətində işlər görürlər. Avropa firmalarının 30%-i, ABŞ kompaniyalarının 56%-dən çoxu və 53%-dən çox sakit okean regionu kompaniyaları TQM (keyfiyyətin ümumi idarə olunması) konsepsiyasını tətbiq edirlər.
Amerikanın federal keyfiyyət institutunun məlumatlarına görə, müxtəlif firmaların 2800-dən artıq sexlərində və istehsalatlarında aparılmış yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, onların 70%-ə qədəri TQM-in metodologiyasına əsaslanırlar. Keyfiyyətin idarə olunması üzrə Avropa fondu (KİOAF-EFQM) mütəxəssislərin hesablamalarına görə istehlakçıların keyfiyyətsiz mallardan imtina etməsi nəticəsində AB-nin üzv ölkələrində maya dəyərinin 25%-i, Yaponiyada isə 12%-i qədər itkilər baş verir.
Vəziyyəti qiymətləndirərək, AB-nin ekspertləri belə nəticəyə gəliblər ki, keyfiyyət sahəsində öz siyasətini formalaşdırmaq və inkişaf etdirmək lazımdır ki, bu da nəinki təkcə məhsullara və xidmətlərə, həmçinin hakimiyyət strukturlarına, standartlaşdırmaya, sertifikatlaşdırmaya, nəzarətə və sınaqlara, firmaların rəqabətə davamlılığının bütün faktorlarına aid olmalıdır. Bu heç də o demək deyildir ki, normativ sənədin qəbul edilməsi hərtərəfli məcburi xarakterlidir. Belə ki, məcburilik rəqiblər üzərində üstünlüyə nail olmağa yönəldilmiş idarəetmə metodlarına aid deyildir.
Keyfiyyət üzrə Avropa siyasəti ümumi Avropa iqtisadiyyatının yaradılmasına ümumi yaxınlaşmalara əsaslanır və keyfiyyətin yeni mədəniyyətinin inkişafı üçün şəraiti təmin etmək məqsədini güdür. Bu siyasət, iqtisadi partnyorların maraqlarını və vahid bazarda ancaq yüksək keyfiyyətli malların dövriyyəsini nəzərə almaqla, istehlakçıların maraqlarının təmin edilməsinə yönəldilmişdir.
AB keyfiyyət üzrə siyasətin ümumi iqtisadi siyasətin ayrılmaz təşkilediciləri kimi məqsədlərini aşağıdakılarda görür:
keyfiyyət sahəsində ümumi məqsədləri işləmək üçün milli və vahid bazarların keyfiyyətə tələblərin razılaşdırılması;
dövlət və fərdi istehsalatların keyfiyyətə tələblərinin yaxınlaşdırılması nəticəsində keyfiyyətin yüksəldilməsi; dünya tendensiyasına uyğun istehsalatın strukturunun dəyişdirilməsi;
Avropa iqtisadiyyatının mövqelərinin gücləndirilməsi və onun rəqabətə davamlılığının yüksəldilməsi;
sənaye potensialından istifadə edilməsinin yaxşılaşdırılması və yenilikçi fəaliyyətinə və müəssisələrin elmi-texniki inkişafına kömək etmək.