MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


Azərbaycanda firmanın (müəssisənin) fəaliyyət xüsusiy­yətləri



Yüklə 362,16 Kb.
səhifə21/68
tarix05.01.2022
ölçüsü362,16 Kb.
#111242
1   ...   17   18   19   20   21   22   23   24   ...   68
6. Azərbaycanda firmanın (müəssisənin) fəaliyyət xüsusiy­yətləri

Məlum olduğu kimi, Azərbaycan XIX əsrin əvvəllərində Rusiya- İran və Rusiya-Türkiyə müharibələri nəticəsində Rusiya tərəfindən istila edilmişdi və burada müstəmləkə rejimi yaradılmışdı. Lakin XIX əsrin 60-70-ci illərində çarizmin həyata keçirdiyi burjua islahatları nəticə etibarilə sərbəst kapitalrdan və iş qüvvəsindən istifadə üçün, işgüzar adamların təşəbbüskarlığı üçün yeni imkanlar yaradırdı. Azərbaycanda ticarətin və sənayenin inkişafı müxtəlif zümrələrin nümayəndələrinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ilə müşayiət olunurdu. Bu dövrdə milli sahibkarların ən ali təbəqəsi iqtisadi cəhətdən güclü olan neft sənayesi burjuaziyasının tərkibinə daxil idi. İnkişafın ilk dövrlərində Azərbaycan neft sənayesinin inkişafına kapital qoyuluş­larının ən əsas mənbələrindən biri məhz milli sahibkarlar olmuşlar. Nəticədə, XEX əsrin 90-cı illərinin ortalarında Bakıda çıxarılan neftin 15%-dən çoxu H.Z.Tağıyev və Ş.Əsədullayevin iki neft firmasının payına düşürdü. XX əsrin əvvəllərində isə milli kapitalın əhəmiyyəti daha da artdı. 1908-1910-cu illərdə 60-dan çox azərbaycanlı sahibkara 80-dan çox firma mənsub idi. Özü də onlardan səkkizi ildə bir milyon puddan çox neft çıxaran sahibkarlar qrupuna daxil idi. 1913-1914-cü illərdə 165 neftçıxarma şirkətindən 48-i milli kapitalın nümayəndələrinə mənsub idi. Birinci Dünya müharibəsinin başlanğıcında 35 azərbaycanlı sahibkarın müxtəlif dərəcələrdən olan 90-a yaxın gəmisi vardı və onlar Xəzər Neft Gəmiləri Donanmasında birinci yer tuturdular. Nəqliyyat vasitələrinin olması onlara nəinki böyük miqdarda neft məhsullarını daşımağa, həmçinin Rusiyanın və digər ölkələrin bazarlarında müvəffəqiyyətlə ticarət etməyə imkan verirdi.

Neft sənayesindən əldə olunan məbləğdə vəsait milli sahibkarlara təsənüfatın digər sahələrində: toxuculuqda, elektrik, yeyinti və balıq sənayelərində, gəmi təmiri sahəsində və s. mühüm mövqelər tutmaq verirdi.

Azərbaycanda köhnə çar üsul-idarəsi yıxıldıqdan sonra yaradılmış Azərbaycan Demokratik Respublikasının (28 may 1918 - 27 aprel 1920) Parlament tərəfindən qəbul olunmuş bir sıra qərarlar kapitalist münasibətləri əsasında formalaşmış firmaların, şirkətlərin sürətli inkişafına imkan verdi. Lakin sosialist inqilabı adı (pərdəsi) altında Azərbaycanın Rusiya tərəfindən yenidən işğal olunması ilə bütün bunlara son qoyuldu.

Keçmiş SSRİ-ni təşkil edən respublikalardan biri olan Azərbaycan­da Sovet hakimiyyəti illərində (1920-1991) dövlət bütövlükdə iqtisadiyyatı idarə etməyi öz üzərinə götürməklə həm müəssisələrin müstəqilliyini əlindən aldı, həm də müəssisələrin təsərrüfat əlaqələrini məhdudlaşdınnaqla onların son nəticələrə olan maddi maraqlarmı xeyli azaltdı. Qeyd etmək lazımdır ki, bu dövrdə müəssisələrin 90%-dən çoxu dövlət bölməsinə aid idi və onlar yalnız təsərrüfat fəaliyyəti ilə məşğul olurdular. Bazar münasibətləri planlaşma ilə, ticarət ehtiyatlanmn mərkəzləşdirilmiş bölgüsü ilə əvəz olunduğu bu sistem - inzibati-amirlik sistemi öz daxilində əmələ gələn ziddiyyətləri həll edə bilmədi və 90-cı illərin əvvəlində dağıldı.

Bu sistemin dağılması ilə əlaqədar olaraq yenidən siyasi müstə­qillik qazanan Azərbaycan öz qarşısına bazar iqtisadiyyatına keçmək kimi mühüm bir məqsəd qoymuşdur.

Təcavüzkar Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan uzunmüddətli müharibə, ərazinin 20%-nin işğal olunması, həmin ərazidəki iqtisadı ehtiyatlann istehsal dövriyyəsindən çıxarılması kimi mühüm bir amilin olmasına baxmayaraq, Azərbaycan bazar iqtisadiyyatına doğru gedir.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda mülkiyyətin və təsərrüfatçılığın müxtəlif formaları yaranmaqdadır. Bu proses son illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin geniş xarakter alması ilə daha da sürətlənir. Belə ki, 1998-ci ilin oktyabr ayına olan məlumata görə 20 minə yaxın kiçik dövlət müəssisəsi, obyekti özəlləşdirilmişdir. 1700-dən çox orta və iri dövlət müəssisəsinin bazarında səhmdar cəmiyyətləri yaradılmışdır. 885 səhmdar cəmiyyətinin səhmlərinin 70%-ə qədəri çek və pul hərraclarında satılmış və nəticədə 55 mindən artıq vətəndaş səhmdar olmuşdur.

Nəhayət, Azərbaycanda özəl sektoru inkişaf etdirən milli sahibkrlığın formalaşdırılması prosesi başlanmışdır.


Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin