MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n



Yüklə 362,16 Kb.
səhifə29/68
tarix05.01.2022
ölçüsü362,16 Kb.
#111242
1   ...   25   26   27   28   29   30   31   32   ...   68
4. Bazarın mahiyyəti və təsnifatı.

Müasir dünyanın sivil dövlətlərində ibtidai sistemin əsası, aparıcı təsərrüfatçılıq forması kimi bazar iqtisadiyyatı çıxış edir. Genetik baxımdan bazar iqtisadiyyatı çıxış edir. Genetik baxımdan bazar iqtisadiyyatı əmtəə təsərrüfatının (istehsalının) təkamülü inkişafının məntiqi nəticəsi olaraq meydana gəlmişdir. Bazar iqtisadiyyatında əmtəə istehsalı qərarlaşır və təşəkkül tapır. Bazar iqtisadiyyatının inkişaf etmiş əmtəə təsərrüfatı ilə adekvatlığı onun məzmunu və strukturunda əmtəə-pul münasibətləri sisteminin əlamət-cəhətlərinin, müvafiq atributlarının qalmasını və fəaliyyət göstərməsini zəruri edir. Başqa sözlə, bazar iqtisadiyyatının substansiyasında əmtəə təsərrüfatının mahiyyətini əks etdirən elementlər dayanır. Lakin, inkişaf etmiş mərhələ kimi bazar iqtisadiyyatında xalis əmtəə istehsalına aid olan üzvü elementlərlə yanaşı, yeni əlamət-cəhətlər, atributlar, mexanizmlər də meydana gəlir və formalaşır. Meydana gəlmə tarixi əmtəə təsərrüfatının azad (yetkin) rəqabət dövrünə təsadüf edən bazar iqtisadiyyatının özünə məxsus səciyyəvi xüsusiyyətləri vardır. Belə xüsusiyyətlərin ən qabarıqları tənzimləmə və təsərrüfatın idarə olunması ilə əlaqəlidir. Azad rəqabət dövrü əmtəə təsərrüfatının, yəni bazar iqtisadiyyatının meydana gəlməsinin ilkin mərhələsində iqtisadi münasibətlərin nizamlanması və tənzimlənməsi haqqında təlimin nəzəri əsasını Adam Smit yaratmışdır. Onun fikrincə azad rəqabət şəraitində bilavasitə bazar münasibətləri ilə təzahür edən ictimai-iqtisadi münasibətləri, bazarın özünün fəaliyyətini “görünməyən əl” idarə edir, daha doğrusu, bazarın daxili, təbii-üzvi tənzimləmə prosesinə heç bir xarici müdaxilə olmamalıdır. Adam Smitin davamçıları sonrakı mərhələlərdə klassikin bu dəyərli nəzəriyyəsini daha da inkişaf etdirmiş və zənginləşdirmişlər.

XIX əsrin axırları və XX əsrin əvvəllərindən etibarən qərbin bir sıra inkişaf etmiş ölkələrində əmtəə təsərrüfatı inkişafının keyfiyyətcə yeni mərhələsinə, azad rəqabətdən getdikcə uzaqlaşan ictimai-iqtisadi mühitə qədəm qoymuşdur. Həmin dövrdən etibarən bazar sistemi, bazar iqtisadiyyatı qabaqcıl dövlətlərin əsas təsərrüfatçılıq formasına çevrilmişdir. Kütləvi axarla gedən bu proses hər bir ölkənin təsərrüfat vahidlərinə bir-birilə üzvi əlaqədə olan toplu, bütöv bir “iqtisadi sistem” kimi baxmağı tələb edirdi.

Bazar bəşər sivilizasiyasının ən mühüm nailiyyətlərindən biridir. O, min illər boyu inkişaf yolu keçmiş və bəsit bir formadan müasir yüksək səviyyəyə qədər yüksəlmişdir. Mərhələdə onun 6-7 min il əvvəl meydana gəlməsi qeyd olunur.

Bazar insan cəmiyyəti tarixində böyük ictimai əmək bölgülərinin, əmtəə təsərrüfatının mübadiləsinin meydana gəlməsi ilə üzvi şəkildə bağlıdır. Bazarın obyektiv zəruriliyi müxtəlif mülkiyyət formalarının mövcudiyyəti, onun subyektlərinin əlahiddələşməsi ilə də üzvi şəkildə bağlıdır. Bunlarla yanaşı onun zəruriliyi milli iqtisadiyyatın xaricə çıxması tələbatı ilə də əlaqədardır.

Bazar münasibətlərinin maddi əsasını əmtəələrin və pulların hərəkəti təşkil edir. Bəsit əmtəə təsərrüfatı şəraitindəki bazarla kapitalist təsərrüfatı, müasir sivilizasiya şəraitindəki bazar öz mahiyyət və məzmununa görə eyni deyil, daha mürəkkəb səciyyə kəsb edir.

Ümumiyyətlə, əmtəə təsərrüfatı fəaliyyət göstərməyən yerdə bazar ola bilməz və əksinə, bazar olmayan yerdə əmtəə təsərrüfatının fəaliyyətindən söhbət gedə bilməz. Bunlar bir-biri ilə qırılmaz surətdə, tam qarşılıqlı əlaqədə fəaliyyətdə olurlar.

Bazarın yaranması, təşəkkül tapması və daim inkişaf etməsi ümumbəşəri iqtisadi tərəqqiyə indi də fəal bir amil kimi böyük təsir göstərir. Buna görə də onun iqtisadiyyatda, iqtisadi-sosial həyatda rolu daim yüksələn xətt ilə getmiş və gedir.

Bazar anlayışının məzmununda onun funksiyaları daha mühüm yer tutur. Bu funksiyalara hər şeydən əvvəl istehsal ilə istehlak, tələblə təklif, alıcı ilə satıcı arasında uzlaşma, öz daxili tənzimləmə və müvazinəti saxlama daxildir. Oraya əmtəələrin mübadiləsi və xidmətlər üzrə ekvavalentin olmasını təmin edilməsi, istehsalın səmərəliliyinə stimul yaratmaq, elmi tərəqqiyə, tədavül xərclərinin azalmasına təsir göstərmək də aiddir. Həmin məzmuna ayrı-ayrı milli təsərrüfatlarda, ərazilərdə, regionlarda dinamik proporsiyaların təşəkkül tapmasının, istehsalın strukturu ilə həcmi arasında əlaqəliliyin baş tutmasında “siqnallar” və s. əhatə edir.

Bazar əmtəə-pul münasibətlərinin ən mühüm aparıcı bir komponenti kimi iqtisad elmində geniş yayılmış iqtisadi kateqoriyalardan biridir. Buna görə də bazar anlayışına, kateqoriyasına bəsit bir anlam kimi baxmaq olmaz. O, geniş əhatəli elmi məzmuna malikdir. Buna görə də iqtisadi ədəbiyyatda onun eyni məzmuna malik müxtəlif təriflərinə rast gəlinir. Hazırda iqtisadi ədəbiyyatda ifadə olunmuş təriflərdən nümunələr gətirək:

“Bazar-iqtisadi münasibətlərdə tələbə-təklifin məcmusudur”. “Bazar ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyəti mexanizmidir”. “Bazar – hər hansı əmtəə üzrə bir qrup adamların sövdələşməsi ilə baş verən sıx fəaliyyət münasibətləridir”. “Bazar – ticarət aparmaq üçün adamların bir-birilə hər hansı qarşılıqlı fəaliyyətidir”. “Bazar - əmtəə və əmtəə-pul mübadiləsi formasıdır”. “Bazar - əmtəə istehsalı və pul tədavülü qanunları üzrə təşəkkül tapan mübadilədir”.

Bu təriflərin hamısı bazar anlayışının məzmununa uyğun gələn müxtəlif formalı açıqlamalardır.

Bazar təkrar istehsalın komponentləri olan istehsal – bölgü – mübadilə - istehlak aspekti üzrə də səciyyələndirilə bilər. Bazar mübadilə aktı ilə bilavasitə bağlı olduğu üçün onun haqqında aşağıdakı fikir mübadiləsinə nəzər salaq.

İqtisadi – nəzəri baxımdan mübadiləyə dar və geniş mənalarda baxılır. Geniş mənada o, iqtisad elmində fəaliyyətlər, xidmətlər, təcrübələr və s. mübadiləsi kimi başa düşülür. Mübadiləyə dar mənada məhsul, əmtəə mübadiləsi və əmtəə tədavülü kimi baxılır. Əmtəə təsərrüfatı şəraitində mübadilə Ə-P (əmtəə-pul) forması ilə ifadə olunur. Bazar bir iqtisadi kateqoriya kimi özünü bilavasitə məhz bu dairədə təzahür etdirir. Buna görə də o, ticarətlə, ticarət xidmətləri prosesi ilə üzvi əlaqəli bir kateqoriyadır.

Bazarın, mübadilənin ticarət fəaliyyəti ilə ayrılmaz əlaqəliliyi ilk zamanlardan ticarət kapitalı adı ilə məlumdur. Bunun ilkin forması isə tacir kapitalı adlanır. (Bu barədə üçüncü paraqrafda şərh ediləcəkdir). Əmtəə tədavülü pul vasitəçiliyi ilə əmtəə mübadiləsinin yüksək formasıdır. Odur ki, bu öz geniş ifadəsini Ə-P-Ə formulu şəklində tapır. Yuxarıda göstərilənləri əsas tutaraq “bazar” kateqoriyasına aşağıdakı ümumiləşdirici tərif verilə bilər.

Bazar – iqtisadi kateqoriya olub, konkret iqtisadi münasibətləri, alıcılarla (tələblə) satıcıların (təkliflə) əlaqələrinin məcmusudur. O, habelə əmtəələrin və xidmətlərin hərəkəti üzrə ticarət vasitəçiləri ilə bazar münasibətləri subyektlərinin mənafelərini təcəssüm etdirir və mübadiləni təmin edir.

Bazar bəşər cəmiyyətinin təbii-tarixi inkişafının törəməsi kimi xalqların çoxəsirlik, birgə ənənələrinin milli, mədəni, dini, psixoloji xüsusiyyətlərini də özündə ifadə etmək iqtidarında olan kateqoriyadır.

Müasir bazar sistemi və strukturu.

Bazar əmtəə-pul münasibətlərinin tarixi inkişafı nəticəsində müasir tərəqqi dərəcəsinə çatmışdır. Bazar meydana gəldiyi vaxtdan çağdaş zamana qədər inkişaf yolu keçərək onun məzmunu həm dərininə və həm də eninə dəyişmiş, daim təkmilləşmiş və beləliklə, müasir səciyyə kəsb etmişdir.

O, bu gün mürəkkəb bir struktura malikdir və çoxsahəli bir sistem üzrə fəaliyyət göstərir. Bazar sistemi dedikdə isə, onun bütün növlərinin, ən müxtəlif meyarlar üzrə ayrı-ayrı komponentlərinin məcmusu nəzərdə tutulur.

Müasir dövrdə bazarların strukturu və sistemi onun obyektləri, subyektləri, məkan əlamətləri, əmtəələrlə doluluğu, rəqabər aparma dərəcələri, satış xarakterləri, əmtəələrin çeşidliyi və bəzi başqaları üzrə səciyyələnirlər. Onlar mülkiyyət formaları, əmtəə istehsalçılarının strukturu və təsərrüfat subyektləri, əmtəə tədavülü dairəsinin xüsusiyyətləri, ölkədə fəaliyyət göstərən ticarətin növləri ilə müəyyən olunurlar. Bunların hər biri bazar sisteminə və strukturuna özlərinə məxsus təsir göstərirlər.

İndi yuxarıda göstərilən əlamətlər üzrə bazarların şərhini verək.

İqtisadi təyinatları üzrə bazarın obyektləri əsasən aşağıdakılardan ibarətdir:

- Əmtəələr və xidmətlər (istehlak) bazarı. Buraya başlıca olaraq müxtəlif ərzaq növləri, şəxsi istehlak əmtəələri, məişət, kommunal, nəqliyyat xidmətləri, mədəniyyət, təhsil,səhiyyə üzrə pullu xidmət bazarları daxildir.

- İstehsal vasitələri bazarı. Buraya əmək predmetləri və əmək vasitələri, onların tərkibinə daxil olan bütün kompleks şeylər daxildir. Məs. daşınmaz (hərəkətsiz) əmlaklar, əmək alətləri, xammal və materiallar, energetika resursları, faydalı qazıntılar bazarı.

Bəzi iqtisadi ədəbiyyatda bu bazar istehsal amilləri bazarı kimi də araşdırılır.

- İş qüvvəsi bazarı. Buraya sərbəst alqı-satqı sövdələşməsi (müqaviləsi) üzrə iş qüvvəsinin alqı-satqısı daxildir.

- Elmi-texniki işləmələr, innovasiya, patent bazarı. Buraya texnoloji üsulun təkmilləşməsinə, əmək məhsuldarlığının yüksəlməsinə təsir göstərən və təkan verə bilən texniki, elmi ixtiralar, yeni ideyalar, bunları hüquqi cəhətdən təsdiq edən rəsmi sənədlərin, lisenziyaların alqı-satqısına daxildir.

- Valyuta, qiymətli kağızlar (maliyyə) bazarı. Buraya valyutaların, səhmlərin, istiqrazların, çeklərin, akkreditivlərin, veksellərin və digər pul öhdəliklərini yerinə yetirə bilən qiymətli kağızların sərbəst alqı-satqısı daxildir.

- Mənzil bazarı. Sabit Sovet rejimində yalnız xüsusi evlər, bağlar və digər bu cür mülklər alınıb-satılardı. Bazar münasibətləri şəraitində bunlarla bərabər, özəlləşdirilmiş bütün mənzillərin alqı-satqısı həmin bazara aid edilir.

- İnformasiya məhsulları bazarı. Bu xüsusi növ bazardır və buraya kitabların, qəzetlərin, şəkillərin, müxtəlif yönümlü reklamların və digər bir sıra informasiya məlumatlarının alqı-satqısı daxildir. Bu bazara intellektual səciyyəli məhsullar bazarı da deyilir.

- Coğrafi (məkan) vəziyyətinə görə bazarlar. Buraya yerli (lokal), regional, milli, iri regionlararası və dünya bazarları daxildir. Bunların bir-birindən olan fərqləri adlarındakı müxtəliflikdə aydın ifadə olunur. Dünya bazarında dünya ölkələrinin bütövlüyü və meqoiqtisadiyyat səviyyəsində fəaliyyəti bəlli olur. O biriləri isə başlıca olaraq ölkədaxili və qismən regionlar miqyasında daxili bazardır.

Bazarlar başqa əlamətlərə görə də bir-birindən fərqlənirlər. Məs., öz səviyyəsinə görə müvazinətli (yəni təkliflə tələbin az-çox uyğun gəlməsi), əmtəə artıqlığı olan və defisitli (kəsirli) bazarlar. Yalnız müvazinətli bazarlar normal şəkildə fəaliyyət göstərirlər. Bazarlar rəqabət dərəcəsinə görə də bir-birindən fərqlənirlər. Məsələn, azad rəqabətli bazar, inhisarçı bazar, qarışıq və oliqopolik bazar və s. Yalnız azad rəqabətli bazarlar normal fəaliyyətli olurlar.

Əmtəə, məlumat istehsalı sahələri üzrə də bazarlar müxtəlif istiqamətli olurlar. Məs., avtomobil bazarı, elektrikə aid əmtəələr üzrə bazar, kompüter, ət məhsulları üzrə bazar və s.

Əmtəələrin çeşidliyinə görə də bazarlar müxtəlif olurlar. Məs., bir-birinə yaxın (qohum) əmtəələr bazarı, geniş çeşidli əmtəələr bazarı, qarışıq əmtəələr bazarı və s.

Bazarlar satış xarakterinə görə iki yerə: topdansatış və pərakəndəsatış bazarlarına bölünür (bu barədə üçüncü paraqrafda şərh olunacaqdır).

Bazarlara dair bütün yuxarıda verilən şərhlər və təsvirlər onların sistemini və strukturunu ifadə edir.




Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin