məhz bu şura gündəlik emissiya balansı tərtib edir.
Nağdsız pul tədavülü
puldan istifadə etmədən kredit təşkilatlarında açılmış
hesablar üzrə pul vəsaitlərinin köçürülməsi ilə əlaqədar və qarşılıqlı ödənişlər vasitəsilə
həyata keçirilən hesablaşmalardan ibarətdir.
Nağdsız pul dövriyyəsinin həcmi ölkədə mal kütləsindən,
qiymət səviyyəsindən,
hesablaşmaların həlqəsindən, bölgü və yenidən bölgüdən və onun həcmindən asılıdır.
İqtisadi məzmununa görə nağdsız pul tədavülü iki yerə bölünür:
- büdcəyə daxil olan tədiyələr - (mənfəətdən gəlir, əlavə dəyər vergisi,
digər
məcburi tədiyələr);
- büdcədənkənar tədiyələr-ssuda faizləri, sığorta kompaniyaları
ilə əlaqədar
hesablaşmalar.
Nağdsız pul tədavülü
bank hesablarında olan pul qalıqlarının dəyişməsi deməkdir.
Bu isə hesab sahibinin çeki,
plastik kart, elektron hesablama vasitələri və başqa
hesablama sənədləri üzrə verdiyi əmrlərin bank tərəfindən yerinə yetirilməsi zamanı
həyata keçir.
Nağdsız pul tədavülünün 2 qrupu mövcuddur:
- əmtəə əməliyyatları üzrə;
-
maliyyə öhdəlikləri.
1 qrupa - əmtəə və xidmətlər üzrə nağdsız hesablaşmalar aiddir.
2-ci qrupa - büdcə ödəmələri (gəlirdən vergi, əlavə dəyər vergısı, fızıkı
şəxslərdən gəlır vergisi, digər məcburi ödəmələr)
və büdcədənkənar fond, bank ssuda
faizləri,
kredit üzrə faiz ödəmələri, sığorta kompaniyaları üzrə hesablaşmalar aiddir.
2.2. PUL TƏDAVÜLÜ QANUNU
Pul tədavülü qanunu K.Marks tərəfindən formalaşdırılmışdır. Özünün “Kapıtal”
əsərində K.Marks iqtisadi göstəricilər olan pul kutləsı, mal və xıdmətlərin,
kreditin,
qarşılıqlı və nagdsız odəmələrın qıymət məbləği və pulun dövretmə sürətinin qarşılıqlı
iqtisadi asılılığının elmi açıqlamasını vermişdir. Bu qarşılıqlı əlaqə iki növ asılılığın
Dostları ilə paylaş: