Pulun dövretmə sürətinin aşağı salınması prosesi
ölkənin pul-kredit siyasəti
baxımından əldə etdiyi nailiyyətlərdən hesab olunur. Bu prosesə bank sektorunun
vəziyyətinin yaxşılaşdırılması, müəssisə və əhalinin gəlir səviyyəsi və s.
təkan verə
bilər. Lakin bank sisteminin likvidlik səviyyəsi bir o qədər də qənaətbəxş olmadıqda
bununla əlaqədar əhalidə banka etibar azalır. Əhalinin gəlir səviyyəsi şəxsi əmanətlərin
əhəmiyyətli həcmdə olması üçün nəzərdə tutulan səviyyədə olmadıqda da banka
müraciət azalmış olur. Buna görə də iqtisadi agentIər ölkədə
inflyasiya prosesinin
yenidən yüksəlməsinə və başqa pozitiv iqtisadi proseslərin dönməzliyi haqda
arxayınlıqla proqnoz verə bilmirlər. Bu şübhələrin aradan qaldırılması üçün Milli Bank
hakimiyyət və ölkənin qanunverici orqanları ilə birgə pul kütləsinin yaxşılaşması hər
cür riskin azaldılması məqsədi ilə çox böyük işlər görməlidir.
2.3. MÜASiR PUL EMiSSiYASININ KREDiT XARAKTERi
Bazar münasibətlərində pullar daima tədavüldə fəaliyyət göstərir.
Yeni pullar
tədavülə banklardan daxil olur ki, banklar da bu pulları kredit əməliyyatları vasitəsilə
yaradırlar. Məhz bu səbəbdən də pul emissiyasının kredit xarakteri istənilən dövlətin
pul sisteminin təşkilinin ən başlıca prinsipi hesab olunur.
«Pul emissiyası»
və
«pulun tədavülə buraxılması»
anlayışları
bir-birindən
fərqlidir. Belə ki, pulun tədavülə buraxılması nəticəsində onların dövriyyədəki ümumi
miqdarı praktiki olaraq artmır. Bu isə onunla bağlıdır ki, nağdsız pullar tədavülə kom-
mersiya banklarının öz müştərilərinə kredit verdiyi zaman buraxılır. Nağd pullar isə
tədavülə kommersiya banklarının kassa əməliyyatları, yəni onların müştərilərinə öz
əməliyyat kassalarından nağd pul verdiyi zaman baş verir.
Lakin burada həmçinin
əksinə proses, nağd pulların bankın kassalarına təhvil verilməsi və əvvəlcə verilmiş
borcların nağdsız qaydada ödənilməsi prosesi də baş verir. Bundan başqa nəzərə almaq
lazımdır ki, kommersiya bankları «ikinci pullara»,
daha dəqiq desək, artıq ölkənin
mərkəzi bankı tərəfindən buraxılan pullara istinad edir.
Bununla da demək olar ki,
tədavüldə pulun miqdarı dəyişmir.
Dostları ilə paylaş: