Dünya təcrübəsi göstərir ki, pul sisteminin sabitləşdirilməsinin ilkin şərtlərini bir
neçə qrupa ayırmaq olar: sabit və nəzərəçarpan iqtisadi artıma,
daxili istehsal və
ticarətin genişləndirilməsinə xidmət edən tədbirlər ilkin şərtlərin birinci qrupunu təşkil
edir.
KitabYurdu.az
72
MÖVZU 6
KREDIT
1. Kreditin mahiyyəti, obyektiv zəruriliyi,
onun meydana
gəlməsi və prinsipləri.
2. Kredit resurslarının mənbələri.
3. Kreditin funksiyaları.
4. Kreditin formaları və növləri.
5. Kreditin sərhədləri və iqtisadiyyatda rolu.
6. Kredit bazarı.
KitabYurdu.az
73
KREDITIN MAHIYYƏTI, OBYEKTIV ZƏRURILIYI,
ONUN MEYDANA GƏLMƏSI VƏ PRINSIPLƏRI
Kredit iqtisadi kateqoriya olub borc mənasını verən, latınca «creditum» və etibar
edirəm, inanıram mənasını verən «credo» sözlərindən əmələ gəlmişdir. Borc verilən pul
yaxud əmtəənin müqabilində faiz alınır. Kredit ilə münasibətlərin aparılması
iqtisadi
inkişafın ən son mərhələsini təşkil edir. Yəni əvvəllər insanlar malı mal ilə mübadilə
edirdilər (barter əməliyyatı), sonralar isə pul meydana çıxmışdır. Nəhayət, kredit yəni
gələcəkdə ödənəcək bir tədiyə forması ortaya çıxmışdır. Bu üsula görə alınan malların
dəyəri
dərhal ödənilməyərək, gələcəkdə ödənilməsi öhdəliyi götürülür. Kredit alanın
sadəcə ödəmə arzusu yetərli deyil, eyni zamanda kreditin məbləği qədər və hətta ondan
yuxarı məbləğdə təminatı olmalıdır. Kredit etimad və ya təminata söykənən bir
əməliyyatdır. Kredit qənaət edilən pulların bazara axmasını və malların ən faydalı
şəkildə mübadiləsinə yardımçı olur. Kredit əldəki pul ilə gələcəkdə ələ keçəcək pulun
mübadiləsidir. Kredit verən pul verib ödəmə vədi olmaqla, kredit alan isə pul alıb
ödəmə vədi verməkdədir.
Kreditin meydana gəlməsi
istehsal sahəsi ilə deyil, tədavüllə bağlıdır. Burada
əmtəə sahibləri hüquqi cəhətdən müstəqil şəxslər kimi bir-biri ilə üzləşir. Əmtəənin bir
əldən o birinə keçməsi, yəni dəyərin hərəkəti kreditlə
əlaqədar münasibətlərin
yaranması üçün uyğun zəmindir. Kredit münasibətlərinin yaranıb inkişaf etdiyi konkret
iqtisadi zəmin isə kapitalın dövranı və dövriyyəsidir. Əmək vasitələri və predmetləri
daim hərəkətdədirlər və bu zaman bir formadan digərinə keçirlər. Lakin vəsaitlərin
hərəkəti təkcə onlarnı dövranı deyil, həm də dövriyyəsidir.
Yəni dövran hər dəfə
təkrarlanır, daimi səciyyə alır.
Kapitalın dövranı və dövriyyəsi fasiləsiz prosesdir. Lakin kapitalın dövranı və
dövriyyəsində tərəddüdlər də baş verir. Kapitalın hərəkəti zamanı pul vəsaitlərinin
artması və azalması resurslara olan tələbatın ödənilmə mənbələrinin dəyişməsi baş
verir. Ilk növbədə əsas kapitalın hərəkəti prosesində resursların sərbəstləşməsi baş verir.
Dostları ilə paylaş: