Müəssisənin
divident
siyasəti
səhmdar
cəmiyyətlərində,
istehsal
kooperativlərində və istehlak cəmiyyətlərində hazırlanır.
Onun seçilməsində
aşağıdakıları nəzərə almaq lazımdır:
-
dividentin ödənilməsi səhmdar cəmiyyəti üzvlərinin və kooperativlərinin
marağını təmin edir;
– yüksək məbləğdə divident ödənilməsi təşkilatın inkişafına yönəldilən
mənfəətin payını azaldır.
Maliyyə siyasəti hazırlanarkən dividentlərin üstünlüklərini və çatışmazlıqlarını
qiymətləndirmək, dividentin ödənilməsinin optimal variantını tapmaq,
müəssisələrin
perspektiv inkişafına məsrəfləri nəzərə almaq lazımdır.
Müəssisənin maliyyəsinin idarə edilməsi.
Müəssisənin idarə edilməsinin müasir
sistemi planlaşdırma, normallaşdırma nəzəriyyələrinə əsaslanır.
Istehsal fəaliyyətinin
sabitliyinin təmin edilməsinin ən mühüm elementi maliyyə planlaşdırılmasıdır ki, bu da
aşağıdakılardan ibarətdir:
– müəssisənin struktur bölmələrinin büdcə planlaşdırılması;
– müəssisə fəaliyyətinin icmal (kompleks) büdcə planlaşdırılması.
Bu proseslər özündə büdcələrin formalaşması
və onun strukturunu,
büdcələrin
istifadəsinin məsuliyyətini, büdcənin icrasına nəzarəti daxil edir.
KitabYurdu.az
121
MÖVZU 10
MALIYYƏ PLANLAŞDIRILMASI VƏ
PROQNOZLAŞDIRILMASI
1.
Maliyyə planlaşdırılmasının mahiyyəti, məqsədləri
və vəzifələri.
2.
Maliyyə planlaşdırılmasının mərhələləri.
3.
Maliyyə planlaşdırılmasının metodları və prinsipləri.
4.
Maliyyə planları sistemi.
5.
Ümumi dövlət səviyyəsində tərtib edilən maliyyə planları.
6.
Maddi istehsal sahələrinin maliyyə planları.
7.
Tədiyə balansı.
8.
Maliyyə proqnozlaşdırılması.
Dostları ilə paylaş: