Mühazirə otağı/Cədvəl Məhsəti küç., 11 (Neftçilər kampusu), 301 n saylı otaq Mühazirə: Çərşənbə axşamı, saat 16. 40-18. 00



Yüklə 87.06 Kb.
tarix14.01.2017
ölçüsü87.06 Kb.

S Y L L A B U S

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

BİO312 İnsan anatomiyası

3 kredit


Departament

Bioloji elmlər

Proqram

Bakalavr

Tədris semestri

Yaz, 2013/2014-cü tədris ili

Fənni tədris edən müəllim

Tibb üzrə fəlsəfə doktoru Müşfiq Orucov

E-mail:

morujov@khazar.org; morujov@hotmail.com

Telefon:

(+99412) 421-10-93

Mühazirə otağı/Cədvəl

Məhsəti küç., 11 (Neftçilər kampusu), 301 N saylı otaq

Mühazirə: Çərşənbə axşamı, saat 16.40-18.00

Praktik məşğələ: Cümə axşamı, saat 15.10-16.30





Konsultasiya vaxtı

Cümə günü, saat 15.10-18.00

Prerekvizitlər

BİO101 Ümumi biologiya

Tədris dili

Azərbaycan

Fənnin növü

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərslik, dərs vəsaiti və atlaslar:

1. V.B.Şadlinski, A.B.Isayev, A.C.Məmmədova. İnsanın anatomiyası. Bakı, “Müəllim” nəşriyyatı, 2013, 434 səh.

2. V.B.Şadlinski, Ş.İ.Qasımov, N.T.Mövsümov. İnsan anatomiyası atlası. Bakı, “Müəllim” nəşriyyatı, 2012, 652 səh.

3. V.B.Şadlinski, E.Ə.Xıdırov, M.T.Orucov. İnsan anatomiyası fənnindən sərbəst işlər. Bakı, “Xəzər Universitəsi” nəşriyyatı, 2014, səh.



Əlavə vəsaitlər:

1. V.B.Şadlinski, Ş.İ.Qasımov, N.T.Mövsümov. İnsan anatomiyası (3 cilddə). Bakı, “Müəllim”, 2011.

2. Шадлинский В.Б., Сапин М.Р., Мовсумов Н.Т. Анатомия человека. Учебник для студентов леч.-проф. факультета (в 2-х томах). Баку, 2010.

3. Drake R, Vogl W, Mitchell A. Gray’s anatomy for students: with student consult online access. 2 edition. Churchill Livingstone, 2009.


5. Синельников Р.Д., Синельников Я.Р. Атлас анатомии человека. В 4-х томах. Москва, Медицина, 1996.

6. Müəllim tərəfindən təqdim olunmuş PPT prezentasiyalar.


Köməkçi WEB-mənbələr

http://www.visiblebody.com/index.html

http://www.getbodysmart.com

http://www.anatomyatlases.org

http://www.instantanatomy.net

Tədris metodları

Mühazirə

x

Praktik məşğələ

x

Anatomik preparatların və mulyajların nümayişi

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Referat

Semestr ərzində

10

Albom (sərbəst işlər)

Semestrin sonu

10

Quizlər və tapşırıqlar

Semestr ərzində

10

Davamiyyət

Semestrin sonu

5

Aralıq imtahanı

Cədvəl üzrə

25

Final imtahanı

Cədvəl üzrə

40

Yekun

Semestrin sonu

100

Kursun təsviri

Bu kurs normal insan orqanizminin makroskopik quruluşunun ayrı-ayrı sistemlər üzrə tədrisini əhatə edir. Kursun gedişində müxtəlif əyani vəsaitlərin (anatomik preparatlar və mulyajlar) istifadəsi ilə tələbələrə dayaq-hərəkət aparatı, əzələ sistemi, daxili orqanlar sistemi, endokrin sistem, immun müdafiə sistemi, sinir sistemi, duyğu orqanları, dəri örtüyü sistemi, ürək-damar sistemi və sidik-cinsiyyət aparatına daxil olan orqanların anatomik quruluşu, onların topoqrafiyası, yaş xüsusiyyətləri, qan və sinir təchizi və s. haqqında məlumatlar verilir.

Kursun məqsədləri

Ümumi məqsəd:

Tələbələrə insan orqanizmini təşkil edən əsas orqanların quruluş və funksional xüsusiyyətlərini mənimsətməkdir.



Xüsusi məqsədlər:

Tələbələri akademik olaraq dəstəkləmək, onların öz potensiallarını reallaşdırmağa yardımçı olmaq.

Tələbələrin kursda iştirakını həvəsləndirmək, qarşılıqlı hörmət və anlayış mühitini təmin etmək.

İnsan anatomiyası fənni ilə digər bioloji fənlərin əlaqələndirilməsi.



Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələrin nəyi bilməlidirlər:

1. İnsan orqanizminin sistemlər üzrə ümumi quruluş və funksiyalarını.

2. Orqanizmin həyati vacib orqanlarının (beyin, qaraciyər, ağciyərlər, böyrəklər və s.) quruluş xüsusiyyətlərini.

3. Ayrı-ayrı nahiyələr üzrə orqanların topoqrafik xüsusiyyətlərini.

3. Əsas anatomik terminlərin latınca adlarını.


Qaydalar (Tədris siyasəti və davranış)

Dərsin təşkili

Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Təcrübi məşğələ zamanı tələbələrin əvvəlki mövzunu mənimsəmələri qiymətləndiriləcək, yeni mövzu anatomik prepartların və mulyajların əyani nümayişi ilə daha dərindən izah ediləcəkdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri quizlər vasitəsilə yoxlanılacaqdır. Kursun sonuna qədər albomun təhvil verilməsi vacibdir. Bu zaman albomdakı olan anatomik törəmələrin adlarının əzbər öyrənilməsi əsas götürüləcəkdir.


Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini və etik qaydaları pozmaq, həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır!



MÖVZULAR ÜZRƏ SAATLARIN TƏXMİNİ BÖLGÜSÜ VƏ TƏQVİM-TEMATİK PLAN


Həftələr

Bölmə və mövzuların adı

Auditoriya saatları

Ədəbiyyat

Tarix

Həftəlik cəmi

Mühazirə (M)

Praktik məş. (P)

I

Mövzu №1: Anatomiya fənni və onun qısa inkişaf tarixi. Anatomiya elminin tədqiqat üsulları. Anatomiya terminləri. Dayaq-hərəkət aparatı. Sümük sistemi (osteologiya). Gövdə və ətrafların skeleti.

4

2

2

[1]: səh.5-84

M: 11.02.2014

P: 13.02.2014

II

Mövzu №2: Kəllə sümükləri. Kəllə skeleti. Kəllənin topoqrafiyası.

4

2

2

[1]: 84-120

M: 18.02.2014

P: 20.02.2014

III

Mövzu №3: Dayaq-hərəkət aparatı. Sümüklərin birləşmələri haqqında təlim (sindesmologiya).

4

2

2

[1]: səh. 24-74

M: 25.02.2014

P: 27.02.2014

IV

Mövzu №4: Əzələ sistemi (miologiya). Əzələlərin quruluşu və formaları.

4

2

2

[1]: səh. 121-178

M: 04.03.2014

P: 06.03.2014

V

Mövzu №5: Daxili orqanlar haqqında təlim (splanxnologiya). Həzm sisteminin borulu və parenximatoz orqanları, quruluşu, funksiyaları.

4

2

2

[1]: səh.178-216

M: 11.03.2014

P: 13.03.2014

VI

Mövzu №6: Tənəffüs sistemi, orqanları, quruluşu və funksiyaları.

4

2

2

[1]: səh.217-227

M: 18.03.2014

P: 19.03.2014

VII

Mövzu №7: Sidik sistemi. Böyrəklər və sidikçıxarıcı yolların morfo-funksional xüsusiyyətləri.

4

2

2

[1]: səh.228-235

M: 27.03.2014

P: 28.03.2014

Aralıq imtahanı

VIII

Mövzu №8: Cinsiyyət sistemi. Kişi və qadın cinsiyyət orqanları.

4

2

2

[1]: səh.235-250

M: 08.04.2014

P: 10.04.2014

IX

Mövzu №9: Immun sistem. Endokrin sistem, daxili sekresiya vəzilərinin quruluşu, onların təsnifatı.

4

2

2

[1]: səh.251-260

M: 15.04.2014

P: 17.04.2014

X

Mövzu №10: Sinir sistemi haqqında təlim. Mərkəzi sinir sisteminin şöbələri və onların ümumi xassələri. Onurğa beyni. Uzunsov, arxa, orta və ara beyinlər.

4

2

2

[1]: səh.261-282

M: 22.04.2014

P: 24.04.2014

XI

Mövzu №11: Mərkəzi sinir sistemi. Uc beyin.

4

2

2

[1]: səh.282-301

M: 29.04.2014

P: 01.05.2014

XII

Mövzu №12: Periferik sinir sistemi. Vegetativ sinir sistemi, quruluşu, əsas anatomik xüsusiyyətləri.

4

2

2

[1]: səh.301-336

M: 06.05.2014

P: 08.05.2014

XIII

Mövzu №13: Duyğu orqanları haqqında təlim (esteziologiya). Analizator və onun şöbələri haqqında anlayış. Dəri örtükləri sistemi.

4

2

2

[1]: səh.336-355

M: 13.05.2014

P: 15.05.2014

XIV

Mövzu №14: Ürək-damar sisteminin ümumi icmalı. Ürəyin quruluşu, funksiyası. Perikard.

4

2

2

[1]: səh.355-376

M: 20.05.2014

P: 22.05.2014

XV

Mövzu №15: Qan damarlarının təsnifatı, orqanların qan təchizatının ümumi prinsipləri. Limfa sistemi orqanları.

4

2

2

[1]: səh.376-423

M: 27.05.2014

P: 29.05.2014

Final imtahanı

Cəmi:

60

30

30





Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcəkdir.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə