Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Mövzu 9. Ölkə iqtisadiyyatının sənaye sahələri



Yüklə 147,54 Kb.
səhifə37/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Mövzu 9. Ölkə iqtisadiyyatının sənaye sahələri.
1. Azərbaycan sənayesinin strukturu və xüsusiyyətləri.
2. Azərbaycanda maşınqayırma sənayesi
3. Azərbaycanda kimya sənayesi.
4. Yüngül və yeyinti sənayesi
5. Mədən Sənayesi
1.Azərbaycan sənayesinin strukturu və xüsusiyyətləri.
Azərbaycanın təsərrüfatının əsas sahələrindən biridir. Onun inkişafını müəyyən edən təbii ehtiyatlar, ixtisaslı kadrlar, əmək ehtiyatları, onların əmək vərdişləri və istehlakçı potensialı ölkədə kifayət qədərdir. Lakin bu imkanlardan səmərəli istifadə edilmir, son məhsul istehsal edən sənaye sahələrinin payı azdır.
Respublikada sənaye sahələrinin ərazi təşkilində də uyğunsuzluqlar çoxdur. Ölkədə istehsal edilən sənaye məhsullarının 60%-i, əsas istehsal fondlarının,57%-i Abşeron iqtisadi rayonunda təmərgüzləşir. Ölkənin təsərrüfat sahələri, xüsusilə sənaye müəssisələri müxtəlif təbii və sosial-iqtisadi amillərin təsiri ilə formalaşmış sənaye qovşaqlarında təmərgüzləşir. Bakı-Sumqayıt, Gəncə-Daşkəsən, Əli Bayramlı-Salyan, Mingəçevir-Yevlax, Göyçay, Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz respublikada olan əsas sənaye qovşaqlarıdır.
Müstəqillikdən əvvəl Azərbaycan iqtisadiyyatında əsas üstünlüyü sənaye sektoru təşkil edirdi. 1988-ci ildə milli gəlirin 42.1%-i sənaye sektorunun payına düşürdü. Həmin ildə sənaye sektorunda fəaliyyət göstərən 1005 sənaye obyektindən 529-u ağır sənaye, 206-sı yüngül sənaye, 263-ü kənd təsərrüfatı sənaye kompleksinə bağlı ərzaq məhsulları istehsal edən sənaye obyekti idi. Müstəqilliyin qazanıldığı ilk illər, sənaye müəssisələrinin sərbəst bazar iqtisadiyyatına uyğunlaşma illəri olaraq qiymətləndirilə bilər. 1995-ci ilin sonlarında sənaye məhsullarının fiziki həcmində, 1990-cı ilə nisbətən 70% geriləmə müşahidə olunur. Digər sektorlar da diqqətə alındıqda, 1990-cı ildən fəaliyyət göstərən 3800-dən çox müəssisənin fəaliyyəti 1995-ci ildə dayandırılmışdır. Bir qismi isə, qismən də olsa fəaliyyətlərini davam etdirmişdilər. Digər tərəfdən 1990-95-ci illərdə sənaye məhsullarının istehsalının bütün sahələrdə aşağı düşdüyü qeydə alınmışdır. Hətta sənaye müəssisələrinin sayının yeni qurulan xüsusi mülkiyyətli müəssisələrlə birlikdə 1005-dən 2984-ə çıxması istehsal həcminin ciddi şəkildə azalmasını əngəlləyə bilməmişdir. Müstəqilliyin ilk illərində sənaye məhsulları istehsalı sahəsində dövlət nəzarətinin zəifləməsi, müvafiq stabillik proqramının olmaması və müəssisələrin yoxlamadan uzaq qalması isə, sənaye malları istehsalındakı sürətli azalmanın əsas səbəbləri olmuşdur. Ancaq onu da qeyd etmək lazımdır ki, ortaya çıxan bu mənfi iqtisadi gedişat sadəcə Azərbaycandakı vəziyyətlə əlaqədar deyil, həmçinin köhnə sosialist bloku ölkələrində ortaya çıxan siyasi və iqtisadi vəziyyətlə də bağlı olmuşdur. Azərbaycan sənaye potensialının 20%-lik hissəsini neftayırma avadanlıqları istehsalı sektoru və qapalı maşınqayırma-inşaat sektoru təşkil edir. Neftayırma avadanlıqları istehsalı Azərbaycanın ən qədim və başlıca sənaye sahəsidir. SSRİ dövründə bu sektor, SSRİ tələbatının 70%-ini təmin edirdi. Ancaq, köhnəlmiş texnologiya ilə istehsalın həyata keçirilməsi, xammal və ehtiyat hissələrin çatışmamazlığı kimi səbəblər, olkə ehtiyaclarından artiq istehsal imkanlarına sahib olan fabriklərin ya imkanlarından az istehsal etməsinə ya da ki bağlanmasına səbəb olmuşdur. Sənaye müəssisələrinin hamısı Sovətler İttifaqı dövründəki başqa dövlətlərlə əlaqəli olduğundan, müstəqillik əldə olunduqdan sonra sənaye sektrounda ciddi problemlər yaranmışdır. Digər tərəfdən də təchizat keyfiyyətinin aşağı olması istehsalı mənasız hala gətirmişdir. Hökumət neftdən asılı olan sənaye sahələrini stratejik sənaye sahələri olaraq qəbul etmiş və özəlləşdirmə planı tərkibinə daxil etmişdir. Digər tərəfdən, 1995-ci ildə birgə istehsala keçmək məqsədilə xarici sərmayədarların axtarılması üzrə bir proqram təşkil olundu. Ancaq, beynəlxalq sərmayələrə bəzi məhdudiyyətlə də gətirilmişdir.
Neft və neft məhsullarının üstünlük təşkil etdiyi bir sənaye strukturuna sahib olan Azərbaycanda 1990-cı ildən etibarən sürətlə aşağı düşən sənaye istehsalının həcmi, Azərbaycan və digər köhnə Sovətlər İttifaqı ölkələrində siyasi və iqtisadi stabilliyin yaranmağa başladığı 1995-ci ildən etibarən yenidən inkişaf tempinə girmişdir. 1994-cü ildə 20.8% olan nisbət, 1995-ci ildə 29.6%-ə yüksəlmişdir. Sənaye mallarının ÜDM-dəki payı 1998-ci ildə 22.9%, 1999-cu ildə 28.2% olmuşdur. 2000-ci ildə ÜDM-dəki payı 36% olan sənaye məhsulları arasına; neft, təbii qaz, neft məhsulları, neft maşınqayırması, dəmir filizi, sement, kimya, neft-kimya və toxuculuq kimi məhsullar daxildir. 2000-ci ildə sənaye istehsalında 1999-cu ilə nisbətən ciddi artım qeydə alınmışdır.1996-2000-ci illər iqtisadi stabilliyin yarandığı bir dövr olmaqla birlikdə, ÜDM-də qeydə alınan artım daha çox neft hasilatı sənayesindəki artımdan və bundan asıı olan inşaat fəaliyyətləri nəticəsində ortaya çıxmışdır. Sənaye məhsullarının ÜDM-dəki payı 2001-ci ildə 37.6% olarkən, 2002-ci ildə əvvəlki ilə nisbətən aşağı düşərək 34.9% olmuşdur. Ancaq, 2003 ildən etibarən yenidən yüksələrək, 2008-cü ildə 48.1% olmuşdur. Qısacası, 1996-cı ildən etibarən makroiqtisadi stabilliyin yaradılması ilə birlikdə iqtisadiyyatda ortaya çıxan inkişaf tərsinə çevrilərək, Azərbaycanda yeni sənaye müəssisələri açılmışdır. Ölkə əhalisinin təxminən 7%-i sənaye sektorunda işlə təmin olunur. 1990-cı ildən sonrakı dəyişikliklər diqqətə alındıqda, hər nə qədər də ölkədə siyasi stabillik əldə edilmiş olsa da sənaye sektorunda fəaliyyət göstərən müəssisələrin işsizlik problemini həll edə bilmədikləri görülür. Ölkədə qurulan sənaye müəssisələrinin 90%-i özəl sektora aid kiçik və orta həcmli müəssisələrdir. Daha əvvəl mövcud olan sənaye müəssisələri isə köhnəlmiş texnologiyaya malik və məhsuldarlığı aşağı olan müəssisələrdir. Buna görə də, Azərbaycan neft və mədən məhsullarının böyük bir hissəsi xammal və yarımməhsul halında satılır.
Neft hasilatı texnologiyaları, emal sənaye sektoru və buna bağlı olan maşınqayırma- inşaat sektoru Azərbaycan sənayesinin 1/5 hissəsini təşkil edir. Enerji emalı sənayesi, elektronika və metal emalı, maşınqayırma və gəmiçilik, toxuculuq sənayeləri qabaqcıl sənaye sahələridir. Emal sənayesi sahəsində qurulmuş çoxlu sayda müəssisələr vardır. Ancaq, digər sektorlarda olduğu kimi sənaye sektorunda da müəssisələrin çoxunun xaricdən (köhnə SSRİ ölkələrinə) asılı olması, zavodların böyük hissəsinin yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Emalat sənayesində müstəqillikdən sonrakı dövrdə, emal sənayesində istehsal miqdarı baxımından 1999-cu ilə qədər geriləmə müşahidə olunmuşdur. Polad istehsalı ilə birlikdə kağız və meşə materialları, inşaat materialları, toxuculuq
kimi digər emal sənayelərində də oxşar vəziyyətə rast gəlmək mümkündür. 2000-ci ildən etibarən isə emal sənayesində yenidən artım qeydə alınmışdır. Ərzaq malları sənayesində şərab istehsalı ən mühüm istehsal sahəsidir. Yüngül sənaye sahisində, toxuculuq, xalçaçılıq, dəri məhsulları və mebel istehsalı əsas istehsal sahələridir. Toxuculuq sənayesində orta, böyük və kiçik həcmli bir çöx müəssisə mövcuddur
(yun əyirmə, ayaqqabı, geyim və dəri emalı fabrikləri kimi). Bunlardan başqa pambıq emalı ilə məşğul olan bir çox fabrik də mövcuddur. Xüsusilə, toxuculuq sektorunda ciddi olçüdə geriləmə qeydə alınmışdır. Bu sahə Sovətlər İttifaqı dövründə Azərbaycan sənayesinin 10-15%-ni təşkil edirdi. Bu sahədə işlə təmin olunanların sayı 55-60 min arasında idi. 2007-ci ilə görə ölkə sənayesində toxuculuq sənayesinin payi 3-5%-dir. Bu sahədə işləyənlərin sayı isə ciddi şəkildə azalmışdır. Toxuculuq və digər istehlak malları istehsal edən sektorlar, idxal olunan mallar ilə rəqabət aparmaqda çətinlik çəkirlər. Ölkədə təcili olaraq pambıq məhsullarının toxuculuq sənayesində istifadəyə hazır şəkildə inkişaf ettirilməsi vacibdir. Çünki, istehsal olunan pambığın böyük bir hissəsi xammal şəklində xarici ölkələrə satılır, daha sonra isə toxuculuq fabrikləri istifadə etdikləri parçaları xaricdən idxal edirlər. Bu səbəblə də qeyri-neft sektorlarının inkişaf etdirliməsinə dair proqramlarda toxuculuq sənayesinin inkişaf etdirilməsi hökumətin hədəflərindən biridir. Ərzaq mallarının istehsalında isə son illərə qədər sürətli bir azalma qeydə alınmışdır.
Ağır sənayedə əsasən aralıq mal və yarımməhsul istehsal olunur. Ağır sənayenin əsasını neft sənayesi təşkil edir. Azərbaycanda ağır sənaye Sumqayıt şəhərində cəmləşmişdir. Ölkənin əsas sənaye müəssisələrindən 88-i buradadır. Azərbaycan hökuməti regiondakı müəssisələrin yenidən qurulması ilə əlaqədar 25 illik bir inkişaf planı hazırlamışdır. Bu planın həyata keçirilə bilməsi üçün 30 milyardd dollar həcmində xarici sərmayəyə ehtiyac vardır.
Məlumdur ki, sənaye komplekslərinin istehsalında müşahidə olunan ciddi nisbətdəki azalma, köhnə Sovətlər İttifaqının dağılması ilə sosialist ölkələrinin müəssisələri arasındakı əlaqənin kəsilməsilə əlaqədardır. Bu təsirin xüsusilə ağır sənaye sahələrini əhatə etdiyi görünür. Ancaq bu təsiri yüngül sənaye baxımından ifadə etmək mümkün deyil. Sənaye sektorunda 2000-ci ildə 15.949.8 milyardd manatlıq (3.564.8 min dollar) sənaye malları isatehsalı ilə bir əvvəlki ilə nisbətən 6.9%-lik bir artımda enerji, neft-kimya fabriklərinin və özəl sektora aid müəssisələrin böyük təsiri olmuşdur. 2001-2004-cü illər arasında isə sənayedəki artım nisbəti 2000- ci ilə nisbətən aşağı olmuşdur. Neft məhsulları istehsalı nəzərə alınmadıqda isə 2007-cü ildə sənaye sektorundakı artım 8.6% olmuşdur. Bir başqa tərəfdən ələ alındıqda, sənaye istehsalında 1997-ci ildən etibarən başlayan azalma tempi tərsinə çevrilərək artmağa başlamaqla birlikdə, Azərbaycanın 2008-cü il sonu etibarilə sənaye istehsalı hələ də 1990-cı il səviyyəsinə çatmadığı görülür.
Enerji istehsalı sənayesi, elektronika və metal emalı, maşınqayırma və gəmiçilik, toxuculuq sənayeləri qabaqcıl sənaye sahələridir. Müstəqillikdən sonra, neftə bağlı sənaye sahələrindən, metal emalı və kimya sektorlarında inkişaf başlamışdır. Xüsusilə də, son illərdə neft avadanlıqları istehsalı və metallurgiya sahələrində ciddi irəliləyişlər olmuşdur. 1 yanvar 1997-ci il tarixindən etibarən yeni Gömrük Vərgisi və ƏDV tarifləri qüvvəyə minmiş; mühafizə tədbirləri artırılmışdır. Bununla birlikdə, istehsal üçün istifadə edilən hər növ xammal, yarım məhsul, maşın və avadanlıqların idxalı gömrük vərgisinə tabe tutulmuşdur. Özəl sektorun sənaye sektoru içərisindəki payının ildən-ilə artmaqda olduğu görülür. Məsələn, sənaye malları istehsalının 1998-ci ildə 26.4%-is, 1999-cu ildə 37.3%-i, 2000-ci ildə 43.7%-i, 2002-ci ildə 53.7%-i, 2009-cü ildə isə 71 %- i özəl sektorun payına düşür. Ancaq, bu artım, özəl sektorun iqtisadiyyatdakı artmağı ilə birgə, dövlət sektoruna aid sənaye müəssisələrinin istehsal həcmininaşağı düşməsindən və bəzi məhsulların istehsalının tamamilə dayandırılmasından meydana gəlmişdir

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin