MÜHAZİRƏ
Müasir avtonəqliyyat müəssisələri (ANM) və avtoservis müəssisələri (ASM) üçün, həm quruluşuna və həm də iş prinsipinə görə fərqlənən geniş çeşidli texnoloji avadanlıqlar istehsal olunur. Bu avadanlıqlara müvafiq tələblər qoyulur.
Nəqliyyat müəssisələrində istifadə olunan müxtəlif təyinatlı və çeşidli texnoloji avadanlıqların sayı onlarla, yüzlərlə adda olur. Lakin müasir avtonəqliyyat müəssisələrinin təchiz edildiyi texnoloji avadanlıqların bütöv çeşidinə diqqət saldıqda onları iki böyük qrupa bölmək olar.
Birinci qrupa hərəkət tərkibinin texniki cəhətdən saz vəziyyətdə saxlanması məqsədi ilə nəqliyyat müəssisələrində istifadə olunan, texnoloji proseslərdə birbaşa iştirak edən ixtisaslaşdırılımış texnoloji avadanlıqlar aiddir.
Bu qrupa aid olan texnoloji avadanlıqları 6yarımqrupa bölmək olar:
Yığışdırma-yuma işlərini yerinə yetirmək üçün avadanlıqlar;
Qaldırıcı-baxış və qaldırıcı-nəqledici avadanlıqlar;
Yağlama, yuma və avtomobilləri yanacaq, hava və digər istismar materialları ilə doldurmaq üçün avadanlıqlar;
Montaj-demontaj, sökmə-yığma və təmir işlərini yerinə yetirmək üçün avadanlıqlar, cihazlar, tərtibatlar və alətlər;
Nəzarət-diaqnostika avadanlıqları;
Şinmontaj və şin təmiri avadanlıqları;
İkinci qrupa yalnız avtonəqliyyat müəssisələrində deyil, xalq təsərrüfatının digər sahələrində də geniş istifadə olunan və özünün universal xarakteri ilə seçilən ümumi təyinatlı avadanlıqlar aiddir.
Bu avadanlıqları iki yarımqrupa bölmək olar:
Dəmirçi, qaynaq, misgər, akkumulyator, elektrik təmiri, radiotexniki, ağac emalı və digər işlər üçün texnoloji avadanlıqlar;
Mühəndis-kommunikasiya şəbəkələrində və tikililərdə:
isitmə sistemi, ventilyasiya, su təchizatı, kanalizasiya, elektrik təchizatı və s. istifadə olunan avadanlıqlar.
Belə avadanlıqların layihələndirilməsi və hazırlanması üçün çox saylı layihə-konstruktor təşkilatları və zavodlar var. Ümumi təyinatlı texnoloji avadanlıq, əsasən sənayenin digər sahələri tərəfindən hazırlanaraq nəqliyyat müəssisələrinə gətirilir.
Avtonəqliyyat müəssisələrində istifadə olunan qaraj avadanlıqları mümkün qədər kiçik qabaritli olmalıdır, onlar asan xidmət olunan, az enerji sərfli olmalı, təmir olunan qovşaq və aqreqatların etibarlı bərkidilməsini təmin etməli, onlara istənilən mövqedən yanaşma əlçatan olmalı, təmir zamanı müxtəlif müstəvilər üzrə fırladılma və s. imkanı olmalıdır.
MÜHAZİRƏ
Dostları ilə paylaş: |