Mühazirələr konspekti Fənn: avtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ-1



Yüklə 1,03 Mb.
səhifə1/50
tarix05.01.2022
ölçüsü1,03 Mb.
#111359
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   50



Mühazirələr konspekti

Fənn:

AVTOSERVİSDƏ XİDMƏTİN TEXNOLOGİYASI VƏ TƏŞKİLİ-1
Kurs III Semestr 6 (ixtisas –Nəqliyyat vasitələrinin təmiri və servisi)

Qrup NT-817

Müəllim : Kərimov Faiq

MÜHAZİRƏ

Giriş. Nəqliyyatda servis sisteminin formalaşması

Müasir сəmiyyətin istənilən fəaliyyət sferası üçün maşın, avadanlıq və digər sənaye məmulatlarının geniş istifadə olunması xarakterikdir. Elmi texniki tərəqqi dünya iqtisadiyyatında əsaslı dəyişkliklərə səbəb olaraq istiehsalatın və satış sfera sınaye

nimaşınlar, materiallar, yeni texnologiyalar, istehsalatın, satış sistemlərinin yeni təşkil formaları gətirir.

Belə bir şəraitdə bütün istifadə oluna texnikasını texniki xidmətinin (servisinin) miqyası, rolu və əhəmiyyətili xeyli artmışdır. Texniki xidmət (servis) xidmətlər sferasının va ya b. sahəsinə çevrilmişdir.

Xidmətlər sferası və ya servis çox saylı xidmət növlərini əhatə edən anlayışdır. Bunlara tiсarət, nəqiliyyat, yaşayış, müalicə, turizm, idman və b. aiddir. İstehsalçı –

Firmanı nalıjıya təqdim etdiyi servis təkcə texniki xidmətlə məhdudlaşmır, məmulatın qablaşdırılmasını və ünvana çatdırılmasını, alıjının maliyyələşdirilməsi və digər xidmət növlərini əhatə edir.

Nəqliyyatda servis sisteminin formalaşması

Ilk növbədə biz müəyyən etməliyik ki, nəqliyyatda servis sistemi anlayışına hansı mənada və məzmunda baxacağıq. Bunun üçün istehsal sistemləri və onların növləri ilə tanış olaq.

İstehsal sistemləri və onların növləri

Sistem, nəticədə son məhsul əldə etmək məqsədi ilə ümumi məqsəd üçün çalışan və müəyyən növ məsrəfləri istehsal edən -yaradan elementlərin toplusudur

İstehsalat sistemi – məsrəflərin son məhsula çevrilməsi zamanı iqtisadi və ya başqa dəyəri əlavə edən bir sistemdir. Istehsal sistemi bir-biri ilə bağlı fiziki elementlər-dən ibarətdir. Istehsal sistemlərinin beş növü mövcuddur:



  1. Ətraf mühitdən xammal və ya enerji hasilatı.

  2. Bioloji artma və dəyişiklik. (transformasiya).

  3. Toxunmaqla hiss olunan (gözə çarpan,duyulan) maddi son məhsulu yaradan sistemlər.

  4. Qeyri-maddi (duyulmayan) son məhsulu yaradan sistemlər.

  5. Son məhsulu yaradan hibrid sistemlər.

Qeyd etmək olar ki, xidmətlər, əgər onların adi təyininə əsaslansaq, son iki qrupdan birinə düşürlər. Məsələn, hesab edilir ki, restoran, hərçənd onun çıxış məhsulları toxunmaqla hiss olunan (gözə çarpan) və duyulmayan komponentlərdən ibarətdir, əsasən müəyyən xidməti təşkil edir, çünki, baxmayaraq ki, alıcı tərəfindən sərf edilən qida toxunmaqla hiss olunan (gözə çarpan) məhsuldur, xoş keçirilmiş axşam xidmətin duyulmayan nəticəsidir. İstehsal təşkilatları həmçinin iki qrupa düşür — üçüncü və beşinci. Və yalnız istehsal təşkilatının məhsulu duyulmayan ola bilməz (dördüncü qrup). Ancaq istehsal firmalarının əksəriyyəti toxunmaqla hiss olunan (gözə çarpan) və duyulmayan buraxılan məhsulun uyğunluğunu təmin edir.(təşkil edirlər). Məsələn, avtomobillərin istehsalçısı sifarişə, bütün proses boyunca alıcıyla əlaqədə işləyir. Belə firma "təmiz" istehsalçıdır və ya o əvvəlcə "servis" sferasına aiddir?

İllərlə tədqiqatçılar və servisologiya analitikləri xidmətlərin təyini üçün meyarları hazırlayıblar. Nəticədə xidmətlərinin çox hissəsi üçün bir neçə ümumi xarakteristikalar seçilmişdir. (ayırılmışdır). Xidmətləri istehsal edilmiş mallardan ayıran, əsas və ən tez-tez xatırlanan dörd xarakteristikanı aşağıda göstərək (göstərilmişdır):



  1. Hiss edilməzlik (duyulmayan).

  2. Mənbədən ayrılmazlıq.

  3. Saxlana bilməyən (qoruna bilməyən).

  4. Keyfiyyətin dəyişkənliyi.

Nəqliyyat servisinin təyini və xüsusiyyətləri

Nəqliyyat insanın təsərrüfat fəaliyyətinin sahələrindən biridir. Əhalinin və başqa sahələrin daşımalara ehtiyacının təhlükəsizliyin təmin olunması və resursların ən effektiv istifadəsi ilə ödənilməsiu onun məsələsidir. ≪Nəqliyyat servisi≫termini müxtəlif nəqliyyat növlərinin arasında rəqabət şəraitində onlardan hər birinin marketinq cazibədarlığına ehtiyac yarandığı zaman,1990-cı illərin əvvəllərində istifadə olunmağa başladı. "Servis" anlayışı ingilis sözündən olub - qulluq, xidmət deməkdir.Servis lüğətlərdə müxtəlif mənaya malikdir və ən çox xidmət,əhaliyə məişət xidməti kimi işlədilir.Bu onun mənşəyiylə bağlıdır:(alman.,fr.)) dillərindən- masaya nə isə vermək, və ya daha çox erkən — (latın dilindən- servus) müəyyən mənada alçalmaq və ya yaltaqlıq etmək.

Servis (xidmət) — müəyyən prosesin icrasını (ifasını,yerinə yetirilməsini) müşayiət edən və ya təmin edən xidmətlərin (qulluqların)göstərilməsi (verilməsi) üzrə fəaliyyətdir.

Xidmətlərin əhəmiyyət və aktuallığı inkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda fəaliyyətin bu sferasının xüsusi çəkisiylə ( 70...80% təşkil edir)təsdiq edilir. Ümumiləşdirilmiş anlamada xidmətistehlakçıya xeyir verənhansısa hərəkət və ya təsirdir.Marketinq üzrə Amerika mütəxəssisi F.Kotlerin təyininə görəxidmət — bir tərəfin başqasını təklif edə biləcəyi istənilən bir tədbirdir.Məhsul istehsalıyla müqayisədə xidmətlərin xüsusiyyəti, ondan ibarətdir ki, xidmət ehtiyacları (ictimai, istehsal, şəxsi) maddi, əşya formasında deyil, fəaliyyətlə təmin edir.

Yüklərin və sərnişinlərin daşınılmasının prosesinə uyğun olaraq, hansı ki, əslində daşımalar , özü xidmətdir, daşıma prosesiylə bağlı əlavə xidmətlərin göstərilməsini servis adlandıracağıq. Qalır şərt qoyaq ki, sistem anlayışını necə qəbul edəcəyik. Ümumi halda, sistem - müəyyən bütövlüyü yaradan bir çox qarşılıqlı əlaqəli elementlərin çoxluğudur. Beləliklə, nəqliyyatda servis sistemi - yüklərin və sərnişinlərin daşınılması üzrə əlavə xidmətlərin göstərilməsinə yönəldilmiş təşkilatıtexniki strukturdur.

Xidmətlər haqqında danışdıqda, bu termini dədəqiqləşdirmək tələb olunur. Məhsul və ya xidmət - girişləri çıxışlara çevirən , dəyişdirən qarşılıqlı əlaqəli və ya qarşılıqlı təsir edən fəaliyyət növlərinin məcmusunun nəticəsidir ( İSO 9000-2001, sonra - İSO 9000). Məhsul maddi və qeyrimaddi (layihə, proqram təminatı, təlimat) ola bilər. Hər hansı təşkilat və ya müəssisə tərəfindən verilən xidmətlər kompleksi istehlakçının ehtiyaclarının təmin olunması (ödənməsi) üzrə icraçının hərəkətlərinin (təsirlərinin) məcmusu kimi müəyyən edilən "İstehlakçıların xidməti" anlayışıyla müəyyənləşdirilir.

Xidmətlərin onların icraçısından ayrılmazlığı yapon atalar sözüylə yaxşı təsvir edilir: göstərilməyən xidmət — hələ xidmət deyil;göstərilmişxidmət — artıq (daha) xidmət deyil.

Beynəlxalq standartında xidmət tələbat formasında ifadə olunan ehtiyacların təmin olunmasına yönəldilmiş dəyərlərin mübadiləsiylə bağlı fəaliyyət kimi təyin edilir və bu fəaliyyət hər hansı bir maddi məhsula mülkiyyət hüququnun verilməsi demək deyil.

Xidmətlərin təbiətinin analizi onların əsas xüsusiyyətlərini seçməyə imkan verir, onların ən əhəmiyyətliləri aşağıdakılardır:


  • xidmət onun göstərilməsi və nəticəsi prosesinin uyğunluğunu təşkil edir;

  • obyektindən asılı olaraq xidmətlərmaddi və qeyri-maddilərə bölünürlər;

  • xidmətin göstərildiyi obyekt(istehlakçı) əksər hallardaxidmətin göstərilməsi prosesinin

iştirakçısıdır;

  • xidmətin göstərilməsi və istehlakı prosesi, bir qayda olaraq, eyni zamanda olur;

  • xidmət sahəsində, keyfiyyəti personalın ixtisaslaşmasından asılı olan əl əməyinin payı yüksəkdir;

  • xidmətin icraçısı onun nəticəsinin sahibkarı deyil;

  • xidmətlər, bir qayda olaraq, saxlanmayandırlar, onları hər hansı bir məkanda yığıb saxlamaq olmaz.

Xidmətin ən əhəmiyyətli və vacib əlamətidir ki, onda iki proses — istehsal və istehlak ayrılmadan birlikdədir. Xidmətlər istehsal və qeyri-istehsal sahələrinin xidmətlərinə bölünür.

Maddi xidmətin əsas əlaməti odur ki, insanlar təbiətin maddi məhsullarına təsir edirlər, onları insan ehtiyacları üçün dəyişdirirlər. Qeyri-maddi (təhsil , səhiyyə, müxtəlif incəsənət növləri)xidmətlər insanın özünə təsirin nəticəsidir.

Beləliklə, həm yüklərin, həm də sərnişinlərin daşınılması zamanı nəqliyyat xidmətləri maddi xidmətlərə aiddirlər.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin