Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


MÖVZU 12. AVTOMOBİL VƏ AQREQATLARIN



Yüklə 190,69 Kb.
səhifə41/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   112
MÖVZU 12. AVTOMOBİL VƏ AQREQATLARIN

YIĞILMASI
YIĞIMIN TƏŞKİL FORMALARI

Avtomobillərin yığılması onların istehsalının və təmirinin texnoloji prosesində conuncu və ən əhəmiyyətli mərhələlərdən biridir.Yığma işlərinin keyfiyyəti avtomobilin iş qabiliyyətinə, etibarlılığına və ömüruzunluluğuna böyük təsir göstərir.

Maşın istehsalında ümumi əmək tutumunun 20- 25 %-ni yiğma işləri təşkil edir. Avtotəmir istehsalında isə yığma işlərinin həcmi ümumi əmək tutumunun 28-40 %-ni təşkil edir.

İstehsalın miqyasından asılı olaraq yığma işləri müxtəlif metod və vasitələrlə yerinə yetirilir.

Avtomobilin yığılması düyünlər üzrə və ümumi yığma üsullarına bölünür. Düyünlər üzrə yığma dedikdə, yarımqrup və qrupların ardıcıl yığılması, ümumi yığma dedikdə isə hazır məmulatların (aqreqatın, avtomobilin) yığılması nəzərdə tutulur.

Yığımın texnoloji prosesində, əvvəlcə hissələr birləşdirilərək düyünlər yığılır, sonra isə düyünlərdən aqreqatlar və avtomobil yığılır. Bütün yığma əməliyyatları çertyoc və texniki şərtlərin tələblərinə uyğun yerinə yetirolməlidir. Yiğımın qrafiki sxemində yığım elementlərinin əlaqəsi göstərilir.

Avtomobilin yığılmasında yığma işləri baza düyününün (çərçivənin və ya kuzovun) və ya aqreqatların yığılmasından başlanır.

Düyün - baza hissəsinin bir neçə başqa hissələrlə birləş- dirilməsi nəticəsində alınır. Düyün kimi bir neçə hissənin ayrica birləşdirilməsi də qəbul edilə bilər. Məsələn, şatun və onun yuxarı başlığına preslənən oymaq da düyün hesab edilir.

Baza düyününün bir neçə başqa düyün və hissələrlə birləşdirilməsi nəticəsində aqreqat alınır. Baza aqreqatının -çərçivənin digər aqreqatlarla, düyünlərlə və hissələrlə birləşdirilməsi nəticəsində avtomobil yığılmış olur.

Düyün yığımı stasionar təşkil edilir və adətən, bir işçi postunda yerinə yetieilir. Düyün yığımının postu aqreqatın ümumi yığım xəttinə paralel yerləşdirilir.

Avtomobil və aqreqatların yığılmasında:


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin