Mühazirələr toplusu Giriş



Yüklə 1,13 Mb.
səhifə3/19
tarix01.01.2022
ölçüsü1,13 Mb.
#103128
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   19
Radio verici stansiya. Mobil rabitə sistemlərinin verici radio stansiyaları yüksək tezlikli informasiya sellərini (dalğalarını) formalaşdırır və bu dalğaları, verici anten qurğularının tədbiqi ilə, sönməyən dalğalar şəklində fəzada şüalandırır.Müxtəlif uzunluqlu radio dalğalarının(elektotromaqnit dalğalarının ) havalı fiziki mühitdə yayılma sürəti işığın vakuumda ideal yayılma sürətinə- yəni 300000 km/san sürətinə bərabər hesab edilir.

Qeyd etmək lazımdır ki, aşağı tezlikli fərdi radio verici stansiyalar (xidməti və təsərrüfat məqsədi üçün nəzərdə tutulur) iki sinfə ayrılır. Birinci sunfə məxsus radioverici stansiyalarının keyfiyyət xarakteristikalarına daha yüksək və sərt tələbatlar verilir.İkinci sinfə məxsus radio verici stansiyalarına qismən aşağı tələbatlar verilir.İstifadə edilən işçi tezlik diapazonuna görə aşağı tezlikli radioverici stansiyalar ultraqısa (ULQD) və qısa dalğalı(QSD) tezlik diapazonundə olmaqla iki diapazonda hazırlanır. Qısa dalğalı bəzi radioverici stansiya tiplərindən orta dalğalı (OD) diapazonunda istifadə edilir.Naqilsiz rabitə sistemləri (stansiyaları) iş rejimlərinə görə radio telefon və radio teleqraf

stansiyalarına, istismar üsullarına görə stasionar, mobil (daşınan, hərəkətli) və portativ stansiyalarına bölünürlər. Stasionar radio stansiyalar mərkəzi (baza) stansiya kimi istifadə edilir.Mobil və portativ radio stansiyalar hərəkətli obyektlərdə (avtomobil, traktor, motosikllər və s) qurulur.Onlar əsas etibari ilə ultraqısa diapazonda işləyir və element bazasını tranzistorlar təşkil edir. Mobil və portativ radio stansiyalar hərəkətli obyektdən qidalanır və qida gərginliyinin qiyməti 12,6 volt olub qida blokunun mənfi qütbü torpaqlanır. Mobil naqilsiz radio stansiyalarının təsir radiusu 10 kilometrə qədər təşkil edir. Qısa dalğalı radio stansiyalar, maksimal çıxış gücünə görə, 200-300; 30-50,3; 0,1—0,5 vatt olmaqla üç tipdə istismara buraxılır.

1.5 Elektromaqnit dalğalarının ötürücü mühütlə yayılması və tezlik diapazonları

Elektromaqnit dalğaları müxtəlif fiziki mühitlərlə yayıla bilir. Elektromaqnit dalğalarının ən yaxşı ötürücü mühitlərindən (sistemlərindən) biri telefon kabelləridir. Lakin kabelli dalğa ötürmə mühitinin təsir radiusu ən yaxşı halda birbaşa 6 kilometrdən(TQ-0.5mm kabellə) çox deyildir. Təsir radiusunu artırmaq üçün E1 xətt dəstələrindən istifadə edilir və bu da xətt qurğularının tikintisinə sərf edilən investisiyanın artmasına və telefon sıxlığının azalmasına səbəb olur. Bir sözlə şəhər daxilində təsir radiusunun bu üsulla artırılması əslində iqtisadi cəhətdən özünü doğrultmur. Məhz bu səbəbdən elektromaqnit dalğalarının naqilsiz – radio dalğa ötürücü mühütlə çüalandırılması, təsir radiusunun kifayər qədəq artırılmasına imkan verməklə yanaşı, iqtisadi cəhətdən də özünü doğruldur.

Radio dalğaları tezliyi və dalğanın uzunluğu ilə xarakterizə edilir. Dalğanın tezliyi dedikdə, bir rəqs periodu müddətində dalğanın enerjisinin yayıla biləcəyi məsafə başa düşülür.İnformasiya sellərinin bir obyektdən digər obyektə qədər ötürülməsi üçün istifadə edilən yüksək tezlikli radio dalğalarını idarə etmək məqsədi ilə, radio verici stansiyalarda çeviricilərdən (modulyator) istifadə edilir. Çeviricilərin köməyi ilə yüksək tezlikli cərəyanların forması dəyişdirilir və informasiya daşıyan aşağı tezlikli (danışıq tezlikli) siqnallar, daha yüksək tezlik spektrinə köçürültməklə, modullanmış dalğalar formasında fiziki mühütdə şüalandırılır. Fərdi naqilsiz radio rabitə sistemlərində, ətraf mühitə şüalandırılan müxtəlif tezlikli radio dalğaları son radio stansiyalarına çatan kimi, onun qəbuledici antenasının ətrafında, dəyişən qiymətli elektrik hərəkət qüvvəsi (EHQ) yaradır. Həmin EHQ radio qəbuledici stansiyanın yüksək tezlik gücləndiricisi (YTG) tərəfindən gücləndirilir.Özündə faydalı informasiya selini daşıyan yüksək tezlikli modullanmış siqnallar tərkibindən(yüksək tezlik spektrindən), çeviricilərin köməyi ilə detektə olunma posesinin tədbiqi ilə məlumat daşıyan aşağı tezlikli siqnallara ayrılır, gücləndirilir və səs enerjisini qəbul edən son cihazlara –ucadandanışanlara, telefonlara, teleqraf aparatlarına çatdırılır.Ümumiyyətlə, radio verilişində son qurğular dedikdə müxtəlif təyinatlı mikrofonlar, telefonlar, abunəçi və küçə ucadan danışanları, teleqraf elektron açarları , televiziya elektron – şüa boruları , çıxış qurğuları, relelər, elektron hasablama maşınları və s başa düşülür. Bunlar xəbər tipli informasiya sellərini ilkin səs tezlikli informasiya selinə çevirən son qurğular hesab edilir. Qeyd etmək lazımdır ki, radio dalğaları iki əsas üsulla ətraf mühütdə yayıla bilir; Yerin səthi ilə birbaşa yayılan radio dalğaları və ionlaşmış atmosferin ayrı- ayrı təbəqələrindən əks etdirilən radio dalğaları. Birinci növ dalğalar elektromaqnit dalğalarının fəzada şüalandırılması səthi tipli dalğalar , ikinci növ dalğalar isə yer səthı ilə müəyyən bucaq altında yayıldığı üçün, onlar fəza tipli dalğalar deyilir. Radio dalğaları, dalğa uzunluğundan asılı olaraq, tezlik diapazonlarına bölünür(Cədvəl 1.2).Radio dalğalarının atmosfer mühitində yayılmasına, onların dalğa uzunluğu və atmosfer təbəqəsinin vəziyyəti (ionlaşma səviyyəsi) ciddi sürətdə təsir göstərir. Atmosferin 10-12 kilometrlik layı troposfer adlanır.Troposfer təbəqəsində bəzi məlum təbiət hadisələri –buludların, dumanların, yağıntıların, burulğanların və müxtəlif xarakterli küləklərin yaranması prosesləri ciddi təsir göstərir. Atmosferin ən yuxarı təbəqəsi ionosfer adlanır və o 4 alt təbəqəyə bölünür. Bunlar aşağıdakılardır: D alt

Cədvəl1.2

Diapazonun adı

Dalğa uzunluğu

Tezlik spektri

Tədbiq sahəsi






Müasir təsnifat

Əvvəlki təsnifat

İfrat uzun

dalğalar


İfrat uzun


100—10 km

3—30kHS

Padiorabitə və radio

naviqasiya



Kilometrlik

dalğalar


Uzun


10---1 km

30—300 kHS

Padiorabitə və

radionaviqasiya



Hektometrlli

dalğalar


ORTA

1km---100 m

300 kHS—3 Mhs

Padiorabitə, radioyayım

və radio naviqasiya



Dekametrlik

dalğalar


QISA

100---10 m

3—30MHs

Padiorabitə və

radioyayım



Metrlik

dalğalar


QISA


10---1 m

30-300MHs

Padiorabitə, və radio

rele rabitəsi



Desimetrlik

dalğalar



Ultraqısa


1 m—10 sm

300Mhs—3QHs

Padioyayım və

radiolokasiya



Santimetrlik

dalğalar


İFYT


10---1cm

3---30QQHs

Vidio və radionaviqasiya

Millimetrlik

dalğalar


İFYT


1sm---1 mm

30---300QQHs

Radiolokasiya

Desi millimetrlik


İFYT


1 mm---10 mmk

300—3000QQHs

Radioastronomiya

təbəqəsi (təbəqənın qalınlığı 60-80 kilometrdir), E alt təbəqəsi ( təbəqənın qalınlığı 90-100 kilometrdir), F1 alt təbəqəsi (təbəqənın qalınlığı 180-220 kilometrdir), F2 alt təbəqəsi (təbəqənın qalınlığı 220-500 kilometrdir). Adları sadalanan alt təbəqələrin hər biri müxtəlif ionlaşma dərəcəsinə (elektron ionlaşması) malikdir. İonlaşma günəşin ultra bənövşəyi və kosmik şüalanması nətıcəsində baş verir, ilin fəsillərindən və sutkanın günlərindən birbaça asılı olur. Müxtəlif dalğa uzunluqlu elektromaqnit dalğalarının fəzada şüalandırılması və onların qəbul edilməsi üçün xüsusi qurğulardan - antenalardan istifadə edilir.Anten qurğuları təyinatına görə ötürücü, qəbuledici və qəbul edici –ötürücü olmaqla 3 tipə ayrılır. Bütün antenlər işçi dalğa uzunluğuna, istiqamətlənmə keyfiyyətinə, qidalanma üsuluna və istifadə edilən dalğanın tipinə və konstruksiyalarına görə bir- birindən fərqlənir. Bütün radio stansiyaları daşınma üsuluna görə yeri dəyişdirilən( stasionar) və hərəkətli( çevik, mobil) olmaqla iki yerə bölünürlər. Naqilsiz radio stansiyalarının əksəriyyəti qəbuledici- verici antenlərə malik olur.Antenalar işçi tezlik diapazonuna görə uzun, orta, qısa və ultra qısa dalğalarda işləyən olmaqla 4 yerə, qidalanma üsuluna görə isə onlar simmetrik, qeyri- simmetrik , fiderli və ya birbaşa qidalanan olmaqla 3 yerə bölünürlər.

1.6 Mobil sisteminin qəbuledici hissəsinin struktur sxemi.

Elektromaqnit dalğalarının naqilsiz ötürücü sistemi hesab edilən mobil

qəbuledici qurğuların verici hissəsinin vəzifəsi yüksək tezlikli elektromaqnit dalğalarını qenerasiya edib, onları ətraf mühütə şüalandırmaqdır. Naqilsiz rabitə sisteminin verici hissəsində yüksək tezlikli cərəyanın (gərginliyin) informasiya daşıyan aşağı tezlikli siqnalın qanunu ilə dəyişməsi modulyasiya prosesi adlanır. Belə ki, naqilsiz qəbuledici anten qurğusunın ətrafında şüalandırılan yüksək tezlikli dəyişən cərəyan i=İm sin( qanunu ilə dəyişir. Burada İm=cərəyanın amplitud qiymətini, -cərəyanın bucaq tezliyini,  isə onun başlanğıc fazasını göstərir. Şəkil1.3 mövcud naqilsiz rabitə sistemlərinin adları və digər parametrləri göstərilmişdir. Nqilsiz rabitə sistemlərində modulyasiya prosesində yüksək tezlikli elektromaqnit dalğalarının parametrlərindən biri (amplitudası, tezliyi və bucağı, fazası) dəyişdirilir və dəyişmə prosesi nəticəsində informasiya daşıyan siqnalları daha yüksək tezlik diapazonuna aparılmaqla, daşınan informasiya selinin qəbuledici stansiyaya doğru ötürülməsi (translyasiyası) prosesi baş verir.Radio stansiyanın verici hissəsinin struktur sxemi onun təyinatı, modulyasiyanın növü və bir çox digər vacib xüsusiyyətlərindən birbaşa asılıdır. Radioverici hissə, müxtəlif tezlikli siqnalların ötürülməsi üçün, iki əsas kanala malik olmalıdır: Bunlardan biri idarə edici kanal (modullayıcı siqnal mənbəyi) digəri isə yüksək tezlikli kanal (daşıyıcı-aparıcı-yüksək tezlikli sönməyən fasiləsiz siqnallar mənbəyi) adlanır.Şəkil 1.4 –də naqilsiz fərdi rabitə sisteminin amplitud, tezlik və bir yan tezlikli amplitud modulyasiyalı verici hissəsinin struktur sxemləti təsvir edilmişdir. Şəkil 1.4 -da yüksək tezlikli daşıyıcı –aparıcı tezliklər generatoru, 2-aralıq (bufer) gücləndirici və tezlik vurucusu, 3-çıxış güc gücləndiricisi, 4-

Cədvəl 1.3

Firmanın

adı


Rabitə sisteminin adı

Standartın

adı


Tezlik diapazonu

Düzünə-MHs



Tezlik diapazonu

Əksinə-NHs



Kanallararası

interval


Kanalların

Tezlik


spektri

İstifadəçiərin

sayı və veriliş

məsafəsi


Xidməti ərazinin radiusu




Qualkom

QCTtl-800

İS-95

869-894

824-849

45

1.23(1.25)

150000

25Km


25KM qədər




SAMSUNQ

Elektronikc



CDMA

Sustem


İS-95

869-848

824-848

45

1..23(1.25)

350000

25Km


25Km qədər




NORTEL

DMS-100

İS-95

869-894

və 1900


824-849

Və 1900


45

1.23(1.25)

128000

25KM


25KM qədər




Grandez

Telekom


CD-2000

W-CDMA

2220-2304

2603-2687



2101-2165

2484-2568



119

3.584

10000

30KM


30KM qədər




LUSENT
Technoloqy

Airloop

Sustem


W-CDMA

3550-3600

2401-2451

1930-1990


3450-3500

2307-2357

1850-1910


100

94

80



5

240000

15Km


15Km qəqər




LUSENT
Technoloqy

Autoplex

İS-95

869-894

824-849

45

1.23(1.25)

500000

70KM


70 Km qədər




LG

STAREX

WLL


İS-95

869-894

824-849

45

1.23(1.25)

1892ERl

10KM qədər




ALKATEL

Aispaп

W-CDMA

2000-2500

2000-2500

177

3,54

2500 İSDN

istifadəçi

20KM


20 Km qədər




SİMENS

CDMA Link

W-CDMA


1805-1880

1930-1990

3500-3600

3700-3800




1710-1785

1850-1950

3400-3500

3600-3700



95

80

100



100

7; 10 ; 15

1920

15KM və


Tutum 10%azalarsa

azalarsa

30KM


1920

15 KM qədər və tutum 10%asalarsa 30 KM qədər

NES

CDMA

SUSTEM


İS-95

869-894

824-849

45

1.23(1.25)

391000

25Km


391000

25 KM qədər

anten- fider qurğusunu göstərir. Adları sadalanan elementlər naqilsiz fərdi rabitə sisteminin verici hissəsinin yüksək tezlikli kanalını təşkil edir. Naqilsiz fərdi rabitə sisteminin modulyatoru (5) yüksək tezlikləri idarə edən səs tezlikli mənbədən (generatordan)-mikrofondan, ilkin və son güc gücləndiricisindən təşkil edilir. Burada 6 indeksli element manipulyator ( teleqraf açarı, teleqraf aparatı) adlanır,çünki teleqraf stansiyasında modulyator manipulyator adlanır. Naqilsiz rabitə sisteminin verici hissəsinin bütün cərəyankeçirici dövrələri idarəedici, nəzarət və mühafizə elementlərindən keçməklə, elektrik qida mənbəyindən qidalanır. Şəkil1.5b- də tezlik modulyasiyalı (manipulyasiyalı) verici hissənin sadələşdirilmiş struktur sxemi təsvir edilmişdir. Burada 1,2,3,4indeksli elementlər eyni olsa da, əlavə olaraq tezlik modulyatoru (manipolyatoru)(5) da istifadə edilir. Şəkil1.5c. –də bir yan tezlikli ötürücü hissənin sadə struktur sxemi təsvir edilmişdir.Onun sxemində; 1-verici generator, 2-Modulyator, 3- balans modulyatoru , 4-yan tezlik zolaq süzgəci, 5-gücləndirici qurğu, 6- Anten- fider

Şəkil 1.4 Amplitud, tezlik və bir yan zolaqlı modulyasiyalı naqilsiz fərdi rabitə sisteminin verici hissəsinin struktur sxemi

a)

Şəkil 1.5Yüksək tezlikli elektromaqnit dalğalarının birbaşa qəbul üsulu sxeminin

sadə sxemi

b)

Şəkil1.5 Yüksək tezlikli elektromaqnit dalğalarının super getorodin(b) qəbul üsulunun



sxeminin sadə sxemi


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin