Mühazirənin planı : Firmaya neoklassik yanaşma Firmanın institutsional nəzəriyyəsi və modelləri



Yüklə 104,21 Kb.
səhifə11/18
tarix10.05.2022
ölçüsü104,21 Kb.
#115780
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
firma

Firmanın sahibkarlıq nəzəriyyəsi. Bu yanaşma çərçivəsində firma və sahibkara bir tam kimi baxılır. Sahibkarın şəxsiyyəti və qabiliyyətləri firmanın uğurunu yaxud uğursuzluğunu və davranışlarını müəyyən edir. Bu halda firmanın məqsədi sahibkarın özünün məqsəd və istəklərindən asılı olur. Bu model firmanı sahibkarlıq təşəbbüsünün və qabiliyyətinin reallaşdırılması sferası kimi görür. Buna görə də firmanın bu modelində sahibkar özünün (yaxud cəlb edilmiş) resurslardan istifadə edərək iş qurur, mal və xidmətlər istehsal edir.

Firmanın sahibkarlıq konsepsiyasının diqqət mərkəzində olan sahibkarla onun biznesinin qarşılıqlı münasibətləridir. Hesab olunur ki, sahibkarlıq biznesinin bünövrəsində və belə müəssisənin fəaliyyət mərkəzində sahibkarın özü durur. Belə firmanın məqsədləri sahibkarın xarakteri və istəkləri ilə müəyyən olunur. Sahibkarın müstəqilliyi, fəallığı, enerjililiyi, uğura meyllənməsi, riskə gedə bilmə qabiliyyəti, iradəliliyi, inadkarlığı, özünə inamlılığı, adaptivliyi, ziddiyyətli şərtləri öz xeyrinə istifadə edə bilməyi və s. kimi fərdi keyfiyyətləri və qabiliyyətləri mühüm önəm daşıyır.

Bu model məhz kiçik sahibkar firmaları üçün özünü doğruldur (buna görə də onu firmanın kiçik sahibkarlıq modeli adlandırmaq daha doğru olardı). Ona görə də firmanın sahibkarlıq modeli müasir iqtisadi araşdırmalarda nisbətən məhdud hallarda tədqiqat obyekti kimi seçilir, halbuki kiçik və orta biznesdə olan firmaların əksəriyyəti məhz sahibkar firmalarıdır. Və demək olar bütün ölkələrdə belə firmaların sayı iri firmaların sayını dəfələrlər ötüb keçir. Bununla belə müasir iqtisad elmində firmaların təbiəti, böyüməsi və davranışlarının təhlili sahəsində tədqiqat və araşdırmaların böyük əksəriyyətində obyekt olaraq iri firmalar seçilir.

Firma nəzəriyyələrinin yaxud firmanın təbiətinə və mahiyyətinə fərqli yanaşmaların müqayisəli xarakteristikasını aşağıdakı cədvəldəki kimi vermək olar (cədvəl 1.1).



Cədvəl 2.1.


Yüklə 104,21 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin