Şəkil 1.1. Antisiklonların nümunəvi yollarının sxemi
Multanovski müəyyən etmişdir ki, antisiklonların hansısa bir ox üzərində hərəkət etdiyi zaman təbii sinoptik rayon zonasında siklonların və antisiklonların coğrafi lokallaşması müşahidə olunur. Başqa sözlə desək, antisiklonların istənilən ox üzrə hərəkəti makroproseslərin faza qoşmaları və böyük ərazilər üçün makroproseslərin konkret özəllikləri ilə bağlıdır.
Bu mənada Multanovskinin makrosinoptik proseslərin təhlilinə yanaşması, antisiklonların hərəkət xarakterini müəyyən etmək üçün vacib diaqnostik əhəmiyyət kəsb edir. Həmin yanaşma başqa istiqamətdə tədqiqat aparan alimlər üçün də yararlı olmuşdur. Şimal – qərbə və cənub – şərqə istiqamətlənən oxlar normal və ya qütb oxları adlandırıldı. Troposferdə mülayim enliklərdə normal oxlar üzrə əməliyyatlar normal qərb axınları ilə kəsişirlər. Bu vəziyyət atmosfer sirkulyasiyasının xüsusi halıdır. Qərb axınlarının bloklaşması ultra-qütb oxlar üzrə əməliyyat aparılan, yeni antisiklonun şimal-şərqə və ya şimala hərəkət etdiyi zaman baş verir. Antisiklonların ultra-qütb üzrə hərəkəti zamanı birinci sinoptik rayonda atmosfer sirkulyasiyasının və havanın anomaliyaları baş verir.
Multanovski uzunmüddətli hava proqnozları üsullarına “təbii sinoptik fəsil” anlayışını daxil etmişdir. Təbii sinoptik fəsil – müəyyən oxlar kompleksinin fəaliyyət etdiyi zaman müddətinə deyilir. O, beş sinoptik fəsil müəyyən etmişdir: qış, yaz, yay, payız və qışönü fəsli. Hər bir fəslin başlaması və qurtarması vaxtı var. İstənilən ildə bir fəsildən o biri fəslə keçid mütləq makrosinoptik prosesin təhlili əsasında baş verir.
Hər bir fəslin sirkulyasiya və hava xüsusiyyətləri bir-biri ilə sıx əlaqəlidir və
makrosinoptik proseslərin inkişafı atmosfer mərkəzlərinin inkişafı ilə bağlıdır. Sinoptik fəsil anlayışı sonradan S.T.Paqava tərəfindən genişləndirilmiş və köklü şəkildə əsaslandırılmışdır. Öz tədqiqatlarında o göstərmişdir ki, hər fəsil troposferdə termobarik sahələrin paylanması ilə fərqlənir.
Birinci sinoptik rayonda altı təbii sinoptik fəsil ayrılmışdır: qış, yaz, yayın birinci yarısı, yayın ikinci yarısı, payız, qışönü fəsli. Yaz fəsli adətən martın 1-də başlayır və 58 gün davam edir. Yayın birinci yarısı mayın 7-də başlayır və iyul ayının 1-də qurtarır. Payız fəsli orta hesabla avqust ayının 24-də başlayır, qışönü fəsli isə oktyabrın 16-da başlayır. Qış fəsli isə dekabrın 25-də başlayır. İkinci sinoptik rayonda da altı fəsil ayrılmışdır. Ancaq burada iki fəslə yay fəsli yox, qış fəsli bölünür. Sinoptik proseslərin təhlili fəsillərin başlanma tarixini müəyyən etdi: Yaz-aprel ayının 1-də, yay-iyun ayının 1-də, payız-avqust ayının 6-da, qışönü fəsli oktyabr ayının 9-da, qış fəslinin birinci yarısı dekabr ayının 6-da, qış fəslinin ikinci yarısı yanvar ayının 29-da.
Okean və kontinental arasında istilik mübadilələrini qeyd etmək üçün Paqava yer səthi yaxınlığında və aşağı troposferin hava tempraturunun izanomallarını təhlil etmişdir (şəkil 1.2).
Dostları ilə paylaş: |