Mündəricat Giriş I fəsil. Üsulun əsasını təşkil edən makrosinoptik proseslərin inkişafının əsas anlayışları və qanunauyğunluqları II fəsil. Zonal və meridional sirkulyasiya indekslərinin istifadəsi


Şəkil 1.2. Havanın temperaturunun yanvarda (a) və iyulda (b) meyillik xəritəsi



Yüklə 0,79 Mb.
səhifə6/13
tarix05.01.2022
ölçüsü0,79 Mb.
#111772
1   2   3   4   5   6   7   8   9   ...   13
Şəkil 1.2. Havanın temperaturunun yanvarda (a) və iyulda (b) meyillik xəritəsi

Temperaturun və geopotensialın orta enlik qiymətlərindən meyletmələrinin mənbələri, fəsildə musson istilik mübadiləsinin vacib struktur elementləri kimi

qəbul olunur. Hər bir təbii sinoptik rayonda izanomalların iki mənbəsi mövcuddur: müsbət və mənfi. Məlumatların təhlili şimal yarımkürəsində üç sinoptik rayonun olması faktının düzgün olduğunu təsdiqlədi. Paqava göstərmişdir ki, fəslə daxil olan təbii dövrlərin 75% oxşar termobarik sahələrə malikdir. Hər bir təbii sinoptik dövr üçün 500 mbara bərabər olan geopotensialın orta qiymətlərin xəritələri, həmçinin bu izobarik hündürlüyün fəsillərarası dəyişilmə xəritələri çəkilmişdir. Müəyyən olunmuşdur ki, fəsil ərzində makroproseslərin inkişafının bir neçə variantı var. Təbii sinoptik fəsilləri xarakterizə edən proseslərin öyrənilməsi və bir fəsildən o biri fəslə keçidin təhlili proqnostik əhəmiyyət kəsb edən əlaqələrin müəyyən edilməsinə kömək etdi.

1969-cu ildə N.M.Zaxarova yarımkürədə AT500 sahələrin tədqiqatlarının nəticələrini nəşr etdi. Həmin işdə fəsillərin davamiyyətinin dəqiqləşdirilmiş vaxtı, həmçinin gözlənilən fəsil haqda məlumat verildi. Müəyyən olunmuşdur ki, gözlənilən (proqnozlaşdırılan) fəsil növbəti fəsildən təxminən bir ay qabaq müşahidə olunur ( Məsələn: qış fəsli 45% hallarda, yaz fəsli 53% hallarda, yayın birinci yarısı 60% hallarda, yayın ikinci yarısı 90% hallarda, payız 87% hallarda və qışönü fəsli 100% hallarda bir ay qabaqcadan müşahidə olunur ).

Sinoptik təhlil praktikasına yığma və kinematik − yığma xəritələrinin daxil edilməsi atmosfer sirkulyasiyasının çox vacib qanunauyğunluğunu − yeni təbii sinoptik dövrü aşkar etdi.

Xəritəyə siklon və antisiklonların mərkəzləri haqqında məlumatları daxil etdikcə görünür ki, barik mərkəzlər təsadüfi yerləşməyiblər: bir rayonda siklonik mərkəzlər lokallaşırlar. O biri rayonda antisiklonların mərkəzləri intensivliyə və barik birləşmələrin bir neçə gün ərzində coğrafi lokallaşmasına təsir edən amillərin qiymətləndirilməsi üçün burulğan sürətin şaquli toplananın dəyişilmə tənliyindən istifadə edilir. Bu hala hər tərəfli şəkildə baxaq. Bundan başqa yada salmaq lazımdır ki, nəzəri tədqiqatlarda və atmosfer sirkulyasiyasının empirik qiymətləndirilməsində burulğan sürətinin Ωz şaquli toplananın xüsusi rolu haqqında deyilmişdir. Küləyin geostrafik yaxınlaşmasından istifadə edərək bu kəmiyyətin analitik ifadəsini alırıq:



(1.1)

Burada, ∆H – Laplas operatorudur və ya geopotensial H laplasianıdır. Onun işarəsi izohipslərin sahələrinin əyriliyi ilə müəyyən olunur, qiyməti isə geopotensialın qradienti və sinoptik rayondakı geopotensialın dəyişilmə xarakteri ilə nöqtəni əhatə edən laplasian üçün hesablanılır. ∆H qiyməti adətən təbii sinoptik rayonu bərabər şəkildə örtən nöqtələr şəbəkəsi üçün hesablanılır. Xəritə blankına ∆H qiymətlərini qeyd etdikdən sonra izoxətlər çəkilir. AT500 xəritəsi siklonik və antisiklonik burulğan sürətinin mərkəzləri haqqında müəyyən təsəvvür yaradır.

Burulğanın sürətinin şaquli toplananlarının lokal dəyişmələrinin tənliyi bizə əsas amillərin ifadəsini verir, yəni:

(1.2)

Tənliyin sağ tərəfindəki hədlər müəyyən bir amilin troposferdə burulğanın sürətinin lokal dəyişilmələrini əks etdirir. Tənlikdə birinci hədd



− termik adveksiyanın təsirini ifadə edir.

İstiliyin adveksiyası antisiklonun burulğanını gücləndirir və əksinə siklonik burulğanı zəiflədir, soyuq adveksiyası isə siklonik burulğanı gücləndirir. Tənlikdəki ikinci hədd (βv) hava kütləsinin meridional axınının effektini əks etdirir. Məlum olduğu kimi >0 enlik artdıqca artır, ona görə də burulğanın sürəti küləyin sürətinin meridional komponentindən asılıdır. Üçüncü hədd məlum olan burulğan mənbələrin tənliyə təsirini ifadə edir. Dördüncü hədd sürətin divergensiyasını ifadə edir.

Atmosferdə uzun dalğaların xüsusiyyətindən və strukturundan asılı olaraq bu faktorun təsiri olduqca dəyişkəndir.

Bu tənliyin təhlili göstərir ki, burulğanın sürətinin şaquli toplananı üç amildən asılıdır: termik adveksiyadan, meridional axından və məlum olan burulğan mərhələlərin adveksiyasından.

Birinci və ikinci amillər bir mənalı şəkildə təsir edirlər. Termik adveksiyanın xarakteri haqqında fikir söyləmək üçün hava temperaturu xəritələrindən istifadə et-

mək məqsədə uyğundur.

Yuxarıda qeyd olunan nəticələr, əsasən üç günə və təbii sinoptik dövrə olan proqnoza termik adveksiyanın və burulğan adveksiya təhlilinin nəticələrində istifadə olunur. Bu istiqamətdə aparılan tədqiqatlar Y.B.Xrabov, O.N.Xazova və N.M.Çapiqin tərəfindən aparılmışdır.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin