MüNDƏRİcat giRİŞ



Yüklə 190,71 Kb.
səhifə6/17
tarix01.01.2022
ölçüsü190,71 Kb.
#105386
1   2   3   4   5   6   7   8   9   ...   17
3. ABŞ ƏDƏBİYYATI

Avropalılar Amerika ərazisinə gələndək burada hindi tayfalarının şifahi və yazılı ədəbiyyatı (epik əfsanələr, əsatir, əmək və döyüş mahnıları) olmuşdur. İngilis dilində ədəbiyyat 17-ci əsrdə yaranmışdır. R. Uilyamsın publisistikasında puritançılıq əleyhinə və demokratik motivlər əsas yer tutur. Amerika poeziyasının ilk nümunələri istiqlaliyyət uğrunda müharibənin doğurduğu ictimai yuksəlişlə bağlıdır (F. Freno, C. Barlou). 19-cu əsrin 1-ci yarısında Amerika ədəbiyyatında romantizm inkişaf etmişdi. Onun ilk görkəmli nümayəndəsi Vaşinqton İrvinq olmuşdur. Ceyms Fenimor Kuper tarixi romanlarında ("Pionerlər", "Sonuncu mogikan" və s.) hindi qəbilələrinin amansızcasına qırılmasını təsvir etmişdir. Demokrat və novator şair  Uolt Uitmen quldarlıq əleyhinə mübarizəni,  humanizm  ideallarını tərənnüm etmişdir ("Ot ləçəkləri" məcmuəsi). Onun yaradıcılığı Amerika ədəbiyyatında  realizmin təşəkkülündə mühüm rol oynamışdır. 

Uşaq aləmini realizmlə təsvir edən Mark Tven ("Tom Soyyerin macəraları") Amerika ədəbiyyatında  sosioloji romanın əsasını qoydu ("Heklberri Finnin macəraları"). Güclü iradə, təbiət və cəmiyyətlə mübarizə romantikasını Cek London ("Həyat eşqi" hekayəsi, "Martin İden" romanı) təsvir etmişdir.  Teodor Drayzer sadə amerikalıların faciəli taleyini təsvir etdi ("Cenni Herhard", "Amerika faciəsi", "Kerri bacı" romanları). Gorkəmli  novella  ustası  O'Henrinin  əsərlərində əmək adamlarının həyatı yumoristik təsvir olunur. Şair Co Hill  sosialist ideyalarını tərənnüm etmişdir. Birinci dünya müharibəsi ərəfəsində K. Sendberq, R. Frost, V. Lindsey, E. A. Robinson və başqa şairlər realist əsərlər yazdılar. Bu dövrdəmodernizm yarandı (E. Paund, T. S. Eliot, G. Stayn). 20-40-cı illərdə S. Lyuis Amerika həyat tərzini tənqid edən realist tarixi romanlar ("Bebbit", "Errousmit" və s.) yazdı. Skot Ficeraldın "Böyük Getsbi", Ernest Heminqueyin "Fiyesta", "Əlvida, silah" romanlarında cəmiyyətə "itirilmiş nəslin" dünyabaxışı əks olunmuşdur. 

30-cu illərdə Heminquey antifaşist hərəkatına qoşulub ictimai mövzulara müraciət etdi, İspaniya vətəndaş müharibəsi haqqında əsərlər ("Beşinci kolonna" pyesi, "Zəng kimin üçün çalınır" romanı) yazdı. Lilian Helman  psixoloji dramlar ("Payız bağı", "Tülkülər") yazdı. Con Steynbekin "Qəzəb salxımları" romanı bu dövrdə yazılmış ən yaxşı əsərlərdəndir.

24

50-60-cı illərdə ədəbiyyata  Cerom Selincer, Con Apdayk, Sol Bellou, Harper Li,Rey Bredberi, Trumen Kapote, Robert Şekli, "əzilmiş nəsil" adlandırılan qrupun nümayəndələri Ç. Keruak, A. Ginsberq, Q. Korso, L. Ferlingetti və başqa yazıçılar gəlmişlər.



Zənci ədəbiyyatının ilk nümunələri "hüzn nəğmələri" və spiriçuelslərdir. Qaradərili şairə Fillis Uitli, publisist B. Banneker 18 əsrdə maarifçilərin davamçıları olmuşlar. Vətəndaş müharibəsindən sonra demokratik nəsr yarandı (Çarlz Çesnatın romanları).

Con Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olmuşdur. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.



Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir.

London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Bele ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston, 1900), "Atalarının tanrısı" (Çikaqo, 1901) "Şaxtanın övladları" (Nyu-York, 1902), "İnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "İtirilmiş sima" (Nyu-York, 1910) hekayelərindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), "Martin İden" romanları yazıçıya böyük şöhrət gətirir.

Cek London 1916-ci il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir. Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və ağrılarından birində həddindən artıq miqdarda ağrıkəsici qəbul edir. Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilmişdir.


Yüklə 190,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin