MüNDƏRİcat giriş


Bakalavr üzrə ixtisas proqramları



Yüklə 0,53 Mb.
səhifə9/42
tarix10.01.2022
ölçüsü0,53 Mb.
#104119
1   ...   5   6   7   8   9   10   11   12   ...   42
Bakalavr üzrə ixtisas proqramları

Magistr üzrə ixtisas proqramları

Doktorantura üzrə ixtisas proqramları

1

İbtidai təhsilin pedaqogika və metodikası

Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi

Təhsilin təşkili və idarə edilməsi

2

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Təhsilin təşkili və idarə edilməsi

Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi

3

Riyaziyyat və İnformatika müəllimliyi

-

Azərbaycan ədəbiyyatı

4

Kimya və biologiya müəllimliyi

-

-

5

Bioloigya müəllimliyi

-

-

6

Kimya müəllimliyi

-

-

7

Tarix və coğrafiya müəllimliyi

-

-

8

Tarix müəllimiyi

-

-

9

Coğrafiya müəllimliyi

-

-

Magistratura, Doktorantura və Elmi İşlər bölməsi

Magistratura, Doktorantura və Elmi işlər bölməsi Xəzər Universitetinin 02 aprel, 2011-ci il tarixli T/16 nömrəli əmrinə əsasən kadr hazırlığının spektrini genişləndirmək, habelə tədqiqat işlərinin təkmilləşdirilməsi və idarə edilməsi məqsədilə yaradılmışdır.

Bölmə doktorant tələbələrin qeydiyyatı, onlarla aparılan akademik dərslərin təşkili, tədris və individual iş planları üzərində üzərində təşkilati işlər və nəzarət, yeni qəbul olunmuş doktorant tələbələrin elmi rəhbər və mövzularının dəqiqləşdirilməsi, elmi məqalələrin yazılması və çap edilməsinə kömək, magistratura və fəlsəfə doktorluğu üzrə dissertasiya müdafiəsi işlərinin təşkilati tədbirlərinin və planlaşdırılmasının həyata keçirilməsi üçün deaparatament və kafedralar birgə əməkdaşlıq və s. kimi fəaliyyətləri həyata keçirirməklə məşğul olur. Eləcə də universitetdə elmi inzibati şuranın iclaslarının təşkil olunması, Elmi nəşrlərin qeydə alınması Magistratura, Doktorantura və Elmi işlər bölməsində həyata keçirilir.

Magistrlik və fəlsəfə doktorluğu üzrə dissertasiya müdafiədən əvvəl bölmə tərəfindən bir qayda olaraq elmi işlərini plagiat yoxlanılması aparılır və onlara bu sahəyə dair texniki rəy verilir, plagiatçılığa qarşı yoxlama haqqında bölmənin hesabatı isə eyni vaxtda müvafiq dekanlıqlara, departamentlərə və dissertant/doktorant/ların özlərinə göndərilir. Yalnız plagiatçılıqdan azad olan dissertsiyalar növbəti mərhələyə buraxıla bilər.

Hal hazırda, bölmədə 2016-2017-ci tədris ili üçün doktoranturaya qəbul keçirilir. 2016-cı il üçün 16 ixtisas üzrə 19 doktorant qəbul edilmişdir. Bütövlükdə, hal-hazırda universitetdə 77 nəfər xarici (11) və yerli doktorant təhsil alır.

Yeni tədris ili üçün potensial olaraq hazırkı vaxta kimi 6 potensial doktorant və dissertant müraciət etmiş, onlardan 2 dissertantın qəbulu üzrə prosedur demək olar ki. başa çatmışdır, digərləri ilə qbul üzrə işlər davam etdirilir. Eyni zamanda, 2016-2017 ci tədris ili üçün 16 istiqamət üzrə 20 doktorantura və dissertantura yerlərinə qəbul başa çatmaq üzrədir. Bununla universitet üzrə xarici və yerli doktorantların sayı 100 nəfər yaxınlaşacaq.

Doktorant tələbələr aktiv olaraq konfrans və jurnallarda məqalələrlə çıxış edirlər. Universitetin doktorant tədqiqatçıları doktorantların və gənc tədqiqatçıların hər il keçirilən respublika elmi konfransında məqalələrlə çıxış edirlər.

Doktorant tələbələr eyni zamanda mübadilə proqramlarında da aktiv olaraq iştirak edirlər. Bundan əlavə, onların bir qismi mübadilə proqramları çərçivəsində ABŞ, İngiltərə İspaniya, İtaliya, Portuqaliya, Çin, Almaniya, Türkiyə və digər xarici ölkələrdə müvafiq tədqiqatlar üzrə təhsillərini davam etdirməkdədir.

Magistratura Doktorantura və Elmi İşlər bölməsi 2017-ci il üçün aşağıdakı ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan etmişdir:


  • Kompüter elmləri-1203.01

  • Analiz və funksional analiz- 1202.01

  • Biokimya-2426.02

  • İmmunologiya-2412.01

  • Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı-2521.01

  • Neft və qaz yataqlarının işlənməsi və istismarı-2525.01

  • Ümumi İqtisadiyyat-5308.01

  • Dünya İqtisadiyyatı-5310.01

  • Müəssisələrin təşkili və İdarə olunması-5311.01

  • Daxili fiskal siyasət və dövlət maliyyəsi-5301.01

  • German Dilləri-5708.01

  • Azərbaycan ədəbiyyatı-5716.01

  • Təhsilin təşkili və planlaşdırılması-5802.01

  • Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi-5804.01

  • Beynəlxalq münasibətlər-5901.01

  • Sosial Fəlsəfə-7202.01

Magistratura, Doktorantura və Elmi İşlər bölməsi Erasmus+ layihəsi çərçivəsində həyata keçirilən Nizami layihəsinin həmmüəllifi olmuş və bununla bağlı bir sıra tədbirlər təşkil olunmuşdur. 2016-cı il aprelin 6-da Xəzər Universitetində NİZAMİ ERASMUS+ “Azərbaycanda doktorantura təhsilinin Avropa Ali Təhsil Məkanı tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində əməkdaş universitetlərin görüşü keçirilmişdir.

2016-cı il sentyabrın 19-da Xəzər Universiteti, Magistratura, Doktorantura və Elmi işlər bölməsi, İngilis dili və ədəbiyyatı departamenti ilə Azərbaycan dili və ədəbiyyatı departamenti ilə birlikdə doktorant Nərminə Fətəliyevanın “Sinonimlik problemi: Müasir ingilis dilində sinonim seçimini tənzimləyən linqvistik və ekstralinqvistik amillər” və dekabrın 21-də Xanım Əhmədovanın “Dilin mahiyyəti ilə bağlı İngilis dilli mənbələrin araşdırılması” adlı dissertasiya işlərinin ilkin müdafiəsi keçirilmişdir. Bundan başqa kliniki psixologiya istiqaməti üzrə Qənirə İsgəndərzadə “Azərbaycan – Ermənistan və Dağlıq Qarabağ münaqişəsində məcburi köçkün olmuş ınsanlara tətbiq olunan sosial – psıxoloji yardım proqramlarının təhlili”, Sevinc Əhmədova - “Gənc tələbə oğlanlar arasında siqaret çəkmə ilə depressiya arasında əlaqə”, Aydan Xasməmmədzadə - “Psixoaktiv maddələrin istifadəsi nəticəsində şəxsiyyətin psixopatizasiyası”, beynəlxalq əlaqələr istiqamətində Günel Məmmədova “Türkiyənin AB-nə qəbuluna dair Avropanın ictimai rəyi”, Xəyalə Əmiraslanova Dmitri Medvedevin hakimiyyətdə olduğu müddətdə və sonra Rusiya - Azerbaycan əlaqələri”, Kəmalə Hüseynova – “Cənubi Qafqazda ABŞ və Rusiyanın xarici siyasətinin müqayisəli təhlili”, Ayşən Savadova – “Davudoğlunun hakimiyyətdə olduğu dövrdə Türkiyənin Orta Şərq siyasəti”, Aysel Lazımbəyli – “ABŞ, AB və Türkiyənin Ərəb Baharına yanaşmalarının müqayisəli təhlili”, kompüter mühəndisliyi üzrə Roza Misirli – “Oracle verilənlər bazası istifadəçiləri üçün təhlükəsizliyin idarə olunması və bank sektorunda tətbiqi, filologiya istiqaməti üzrə Rəvanə Abbasova - “Şekspir sonetlərinin bədii xarakteri”, Leyla Hüseynli - “Çarlz Dikensin “Böyük ümidlər” romanında metafor və epitetlərin təhlili” adlı magistr dissertasiya işləri müdafiə olunmuşdur.

1-2 iyun 2016-cı il tarixdə Xəzər Universitetinin dörd əməkdaşı - Magistratura, Doktorantura və Elmi İşlər bölməsinin müdiri, f.e.f.d. Eldar Şahgəldiyev, Biologiya departamentinin müdiri, b.e.f.d. İradə Xəlilova, Neft Mühəndisliyi departamentinin müdiri, g.m.f.d., dos. Qəşəm Zeynalov, Keyfiyyətin Təminatı Mərkəzinin rəhbəri Lyudmila Sotova, Xəzər Universiteti Kitabxanasının əməkdaşı Samirə Orucova, Lyudmila Sotova, Samira Orucova Azərbaycan Dövlət Neft Sənayesi Universitetində keçirilən Web of Science təlimində iştirak etmişlər və sertifikatlar almışlar.Təlim iştirakçıları Web of Science-in əsas kolleksiyası, onun əsas prinsipləri, Thomson Reuters jurnalları üçün əsas seçim meyarları barədə məlumatlandırılmışlar. Web of Science bazasına çıxış, profillərin yaradılması və bazada mövzu üzrə axtarış məsələləri də müzakirə olunmuşdur.

14-15 noyabr 2016-cı il tarixində, Magistratura, Doktorantura və Elmi işlər bölməsinin müdiri, f.e.f.d. Eldar Şahgəldiyev Bakıda Müəllif Hüquqları Agentliyi (MHA), Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) əməkdaşlığı çərçivəsində “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminarda iştirak etmişdir. Seminarda ÜƏMT-nin keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr departamentinin müdiri Mixal Svantner, Avropa patent müvəkkili, ActoGenix NV şirkətinin sabiq təsisçisi və baş konsulu Emil Pot, ÜƏMT-in məsləhətçisi Mohammad Alhabbal, Polşanın Yagellon Universitetinin dosenti Dariuş Kasprzycki, həmçinin yerli dövlət orqanları və təhsil müəssisələrinin nümayəndələri məruzələrlə çıxış etmişlər.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin