AMEA İLƏ ƏLAQƏLƏR
2015-ci il mayın 21-də Xəzər Universitetində AMEA prezidenti akademik Akif Əlizadə başda olmaqla, AMEA Rəyasət Heyətinin universitet kollektivi ilə görüşü keçirilmiş və hər iki tərəf arasında qarşılıqlı əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanmışdır. Bu AMEA ilə ali məktəb arasında ilk əməkdaşlıq proqramıdır. Memoranduma görə hər iki tərəf aşağıdakı istiqamətlərdə əməkdaşlıq həyata keçirməyi nəzərdə tutur:
-qarşılıqlı maraq kəsb edən mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, tədris-metodiki ədəbiyyatın işlənib hazırlanması
-elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesinə tətbiqi
-tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi
-elmi pedaqpji kadrların hazırlanması və onların ixtisaslarının artırılması
-magistratura, doktoranturada təhsil alanlara elmi rəhbərliyin həyata keçirilməsi
-tədrisin keyfiyyətini yüksəltmək və tədris prosesinin təşkili sahəsində müəllim, doktorant, magistr və elmi işçilərin mübadiləsinin aparılması
-qarşılıqlı maraq doğuran müasir elmi məsələlərə həsr olunmuş birgə seminar, təlim, konfrans və simpoziumların təşkil edilməsi
-konkret problemlər üzrə birgə tədqiqat proqramlarının hazırlanması və həyata keçirilməsi
-elm və texnologiyanın müxtəlif sahələrində proqramların, araşdırmaların və digər müştərək fəaliyyətin müəyyənləşdirilməsi və həyata keçirilməsi
-tədrisdə müasir informasiya və kommunikasiya texnologiyaları vasitələrinin tətbiqi ilə bağlı təcrübənin qarşılıqlı öyrənilməsi və mübadiləsi
-gənc alimlərin və müəllimlərin dünyanın nüfuzlu elmi mərkəzlərində təcrübə keçməsinin təmin edilməsi.
2016-cı ildə AMEA ilə Xəzər Universiteti arasında elmi əməkdaşlığa, tələbə və işçi mübadiləsinə dair bağlanmış ikitərəfli saziş çərçivəsində Neft və Qaz Elmi Tədqiqat İnstitutu ilə ikitərəfli əməkdaşlığa dair görüş keçirilmiş və əlaqələrin gələcək perspektivləri müzakirə edilmişdir.Xəzər Universitetinin Neft-Qaz Mühəndisliyi departamentində neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə əlaqədar yüksək səviyyədə elmi-tədqiqat işlərinin aparılması məqsədilə Azərbaycan Neft Mühəndisləri İctimai Birliyinin dəstəyi ilə Neft Mühəndisliyi departamentinin nəzdində “eiLink” Tədqiqat və və İnkişaf Mərkəzi yaradılmışdır. Bu mərkəzin əsas vəzifəsi neft sənayesi və universitetlərin qarşılıqlı maraqlarını ifadə edən əməkdaşlıq əsasında sənayeninin tələblərinə cavab verə bilən elmi-tədqiqat layihələrinin yüksək səviyyədə yerinə yetirməkdən ibarətdir. Bunun üçün, mərkəz təkcə Xəzər Universitetinin deyil, digər universitetlərin və AMEA-nın elmi-tədqiqat institutlarının da aparıcı elmi tədqiqatçıları, sənayə mütəxəssisləri, və istedalı tələbələri elmi-tədqiqat layihələrinin yerinə yetirilməsinə cəlb edir. Bu mərkəz texniki sahədə yüksək səviyyəli elmi tədqiqat aparmaq və kadr hazırlığı həyata keçirmək baxımından təhsil və sənaye arasında sıx əlaqənin yaradılmasının ən yaxşı nümunəsidir.
Bunun bariz nümunəsi kimi, Xəzər Universitetinin Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondundan 2016-cı ildə kompleks elmi-tədqiqat layihələri üzrə aldığı qrant üzrə layihələrin icra olunmasında və eləcə sənaye şirkətlərin sifarişləri əsasında yerinə yetirilən elmi-tədqiqat layihələrinin yerinə yetirilməsindəhal hazırda AMEA- nın Neft və Qaz İnstitutunin, Azərbaycan Dövlət Neft və Sanaye Universitetinin, Bakı Ali Neft Məktəbinin və Azərbaycan Neft Mühəndisləri İctimai Birliyinin aparıcı alimləri, tələbələr vəmütəxəssisləri birgə sıx əməkdaşlıq edir.
Bununla yanaşı, Xəzər Universitetinin Elektronika və Telekommunikasiya departamenti ilə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyası arasında “Sintetik və təbii polimer matrisaları əsasında keçid metalların nanokompozitlərinin alınmasından sonra onların elektrofiziki xassələrinin tədqiqi” adlı müştərək elmi – tədqiqat işləri aparılır.
Xəzər Universitetinin Bioloji elmlər departamenti də AMEA ilə müştərək layihələrin aparılması istiqamətində bir sıra layihələrin icrasına başlamışdır. Hal hazırda departament Fransanın Montpellier Universitetinin Odontolgiya fakültəsinin Biologiya, Səhiyyə və Nanotexnologiya tədqiqat laboratoriyasında ekstrakt edilən bitki mənşəli maddələrin iltihaba qarşı təsirini öyrənmək üçün HPTM-də in vitro tədqiqatların aparılması, AMEA-nın Botanika İnstitutu ilə fitohormonlar və oksidativ stres üzrə birgə tədqiqat, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə nar bitkisinin prostat xərçənginə qarşı təsiri haqda birgə tədqiqat, Azərbaycan Tibb Universitetinin Biokimya kafedrası ilə miokardın infarkı xəstələrində oksidativ stresin tədqiqi haqda birgə layihə, Azərbaycanda istehsal olunan və “Nərgiz” klinikasında müalicədə istifadə edilən bitki mənşəli homopoetik maddələrin saç köklərində oksidativ stresə təsiri haqda birgə tədqiqat layihələrinin icrasına başlamışdır.
Dostları ilə paylaş: |