MüqaviLƏ Bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən, direktor şəxsində “ Regional Enerji Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət



Yüklə 28,27 Kb.
tarix21.10.2017
ölçüsü28,27 Kb.
#7886


MÜQAVİLƏ

Bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən, direktor ------------------- şəxsində “ ----------------- Regional Enerji Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra “sifarişçi” adlanacaq), digər tərəfdən Nizamnaməsinə uyğun fəaliyyət göstərən, Baş direktor -------------------- şəxsində təmsil olunan “Azərpoçt” Dövlət Müəssisəsi (bundan sonra “icraçı” adlandırılacaq) arasında aşağıda göstərilən şərtlər daxilində müqavilə bağlandı.




  1. Müqavilənin mövzusu

1.1 Bu müqaviləyə əsasən “icraçı” tərəfindən “sifarişçi”yə aşağıdaki xidmətlər göstərilir:

1.1.1 “------------------ Regional Enerji Təchizat” MMC-nin tabeçiliyində olan rayonlarında əhali qrupu istehlakçılarından (abonentlərdən) istifadə etdikləri elektrik enerjisi haqlarının (ödənişlərin) göstərilən bütün ərazilər tam əhatə olunmaqla qəbulunu “Azərpoçt” Dövlət Müəssisəsinin müvafiq poçtamtlar və poçt şöbələri həyata keçirir və abonentlərin ödəniş sənədlərinə (bildirişə, elektrik enerjisi satışı üzrə mədaxil qəbzinə, bank ödənişi tapşırığına və reestrlərə) müvafiq olaraq aylıq elektrik enerjisinin istehlak dəyərinin qəbul edilməsi, qəbul edilmiş vəsaitlər və bu barədəki rəsmi məlumatların müqavilədə göstərilən öhdəliklər üzrə “sifarişçi”yə çatdırılmasını təmin edir.

1.1.2 Əhali qrupuna aid olan bütün abonentlərdən elektrik enerjisinin istehlak məbləğinin qəbul edilməsi üçün elektrik enerjisi satışı üzrə mədaxil qəbzləri “RET” MMC tərəfindən sifariş olunur və Paylayıcı elektrik şəbəkələri tərəfindən qaimə-faktura vasitəsilə yerli poçtamtlara təhvil verilir. Poçtamtlar öz növbəsində istifadə olunmuş mədaxil qəbzlərinin bir nüsxəsini reestrlə birlikdə həftədə iki dəfə Paylayıcı elektrik şəbəkəsinin səlahiyyətli nümayəndələrinə təhvil verir. Ay başa çatdıqdan sonra növbəti ayın 5-dən gec olmayaraq yığılmış vəsait və istifadə olunmuş qəbzlərin dövriyyəsi barədə ikitərəfli üzləşmə aktları tərtib olunur.

1.1.3 “Azərpoçt” DM-nin müvafiq poçtamtları “RET” MMC tərəfindən onlara təqdim olunan məlumatlara əsasən rayonların inzibati əraziləri daxilində mövcud olan, əhali qrupuna aid olan abonentlərdən aylıq elektrik enerjisinin dəyərini yığır, yığılmış vəsaiti və bu barədə məlumatı müqavilədə göstərildiyi kimi “RET” MMC-yə çatdırır.


  1. “Sifarişçi”nin_hüquq_və_öhdəlikləri.'>Tərəflərin hüquq və öhdəlikləri




    1. Sifarişçi”nin hüquq və öhdəlikləri.

2.1.1 Bu müqaviləyə əsasən “sifarişçi” müqavilənin 1.1 bəndində göstərilən xidmətlər üçün “icraçı”nın tabeçiliyində olan Poçtamtları və Poçt şöbələri tərəfindən qəbul edilən vəsaitin ---- %-i (ƏDV daxil olmaqla) həcmində xidmət haqqının müvafiq Poçtamtların bank hesabına köçürülməsini təmin edir.

2.1.2 Müqavilənin 2.1.1 bəndində qeyd olunan xidmətlərin haqqı hər ayın sonunda enerji haqqının qəbulunu təsdiq edən sənədlərdə (elektrik enerjisi satışı üzrə mədaxil qəbzi və reestrlərdə) və bank ödənişi sənədlərində təsdiqlənmiş məbləğə uyğun “sifarişçi” ilə müvafiq Poçtamt arasında imzalanan rəsmi üzləşmə aktına əsasən müəyyən edilir və növbəti ayın 10-dan gec olmayaraq təqdim olunan ödəniş tələbnaməsinə əsasən mərkəzləşmiş qaydada köçürmə yolu ilə ödənilir, əks təqdirdə ödənişin gecikdirildiyi hər gün üçün 0.01% həcmində dəbbə ödənilir.

2.1.3. “Sifarişçi” rayonlarda əhali istehlakçıları qrupu üzrə fəaliyyət göstərən abonentlərin ödənişlərinin “Azərpoçt” DM-nin müvafiq poçtamt və poçt şöbələri tərəfindən qəbulunun həyata keçirilcəyi barədə məlumatlandırılmalarını təmin edir.

2.1.4 “Sifarişçi” “Azərpoçt” DM-nə məxsus elektrik enerjisi satışı üzrə mədaxil qəbzinin çap olunması xərclərinin maliyyələşdirilməsini təmin edir.

2.1.5 “Sifarişçi” hesabat ayında fərdi abonentlərin aylıq enerji borcu və ümumi debitor borcu barədə adlı siyahını müqaviləyə əlavə edilmiş forma üzrə hazırlayır və növbəti ayın 10-dan gec olmayaraq həmin məlumatların “icraçıya” (müvafiq rayon Poçtamtına) rəqəmli elektron poçtu (flaş, disket, CD, internet elektron poçtu) və ya mütəmadi olaraq tərtib olunmuş reestrlər vasitəsi ilə ötürülməsini (verilməsini) təmin edir (reestr nümunəsi müqaviləyə əlavə olunur).



2.2 İcraçının hüquq və öhdəlikləri
2.2.1 “İcraçı” rayonların inzibati ərazilərində fəaliyyət göstərən Poçtamtlar və Poçt şöbələrində “sifarişçi”nin xidmət etdiyi istehlakçılarından istifadə edilmiş enerji haqqlarının qəbulunda abonentlərə ödənişin aparılması üçün tam şəraitin yaradılmasını təmin edir.

2.2.2 “İcraçı” istehlakçıların istifadə etdiyi enerji haqqlarının müvafiq poçtamtlar və poçt şöbələri tərəfindən qəbul edilməsinin rəsmiləşdirilməsi hesabatlarını müvafiq qanunvericilik aktlarına uyğun yerinə yetirilməsini təmin edir.

2.2.3 “İcraçı” istehlakçı tərəfindən ödənilmiş enerji haqqına görə 3 (üç) nüsxədən ibarət elektrik enerjisi satışı üzrə mədaxil qəbzi tərtib edir, qəbzin 1-ci nüsxəsini istehlakçıya, 2-ci nüsxəsinin “sifarişçi”yə verilməini, 3-cü nüsxəsinin isə poçt şöbəsində saxlanılmasını təmin edir.

2.2.4 “İcraçı” enerji istehlakçıları tərəfindən ödənilmiş vəsaitlər barədə tərtib olunmuş reestri (reestrin üstündə bank ödənişi tapşırığının nömrəsi qeyd edilir) elektrik enerjisi satışı üzrə mədaxil qəbzinin 2-ci nüsxəsi ilə birlikdə həftədə iki dəfə - həftənin üçüncü və beşinci günləri (həmin günlər bayram və ya istirahət günləri ilə üst-üstə düşərsə növbəti iş günü) “sifarişçi”yə təqdim edilir.

Hesabat ayının son iş həftəsində toplanmış vəsaitlərin gündəlik köçürülməsi, sonuncu köçürmə günündən sonrakı təqvim günləri şənbə və bazar günlərinə təsadüf etdiyi təqdirdə isə toplanmış vəsaitlərin növbəti ayın 1-ci iş günü “sifarişçi”nin müvafiq şəbəkələrinə aid subhesabına köçürülməsini təmin edir.

2.2.5 Reesterlərdə istehlakçının kodu, elektrik enerjisi satışı üzrə mədaxil qəbzinin nömrəsi, ödənilmiş məbləğ göstərilməklə yekun məbləğ hesablanaraq imzalanmış və möhürlənmiş qaydada PEŞ-ə təqdim edilməlidir (Reester nümunəsi müqaviləyə əlavə edilir və həmin nümunə bu müqavilənin tərkib hissəssi hesab olunur).

2.2.6 “İcraçı” istehlakçıların sərfiyyata görə ödədiyi elektrik enerjisi haqqına görə hər üç gündən bir təqdim etdiyi sənədlərdə (reester, elektrik enerjisi satışı üzrə mədaxil qəbzi və bank ödənişlərində) əks olunan məbləğlərin uyğunluğunu təmin edir.

2.2.7 “İcraçı” enerji haqqının ödənişi sənədlərindəki (elektrik enerjisini satışı üzrə mədaxil qəbzlərindəki, reesterlərdəki və s.) məlumatları (istehlakçının adı, soyadı və imzası, abonentin imzası və s.) tam tərtib edir. Gəstərilən sənədlər bu məlumatlar ödəniş sənədlərində tam şəkildə öz əksini tapmadıqda həmin sənədlər “sifarişçi” tərəfindən qəbul olunmur.

2.2.8 “İcraçı” elektrik enerjisi haqqının ödənişi ilə bağlı onun tərfindən rəsmiləşdirilmiş bütün sənədlərdəki (elektrik enerjisi satışı üzrə mədaxil qəbzlərində) təhrif (düzəliş) və səhvlərə görə abonentlər və “sifarişçi” qarşısında məsuliyyət daşıyır.
3. Müqavilənin müddəti
3.1 Hər hansı bir tərəf bu müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca yerinə yetirmədikdə qarşı tərəf digər tərəfə 10 (on) gün xəbərdarlıq müddəti verir. Həmin müddət ərzində tərəflər öz öhdəliklərini yerinə yetirmədikləri təqdirdə yazılı son xəbərdarlıq etməklə bu müqaviləyə xitam verilə bilər. Bu müqavilə üzrə tərəflər öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.

3.2 Bu müqavilə 01 aprel 2008-ci il tarixdən 31 dekabr 2008-ci il tarixədək olan müddətə bağlanılmışdır.

3.3 Bu müqavilə xidmətlərin qüvvədə olma müddətlərinin bitməsinə qalan son bir ay ərzində tərəflərin xidmət və ya xidmətlərə xitam vermək haqqında rəsmi müraciəti olmadıqda növbəti bir il üçün uzadılmış hesab edilir.
4. Fors-major
4.1 Tərəflər, onların iradəsindən asılı olmayan hadisələr və proseslər nəticəsində (daşqın, yanğın, zəlzələ və digər təbii fəlakətlərin, habelə müharibə, mühasirə, dövlət hakimiyyətinin akt və hərəkətləri, eləcə də qarşısı alınmaz digər səbəblərdən) öz üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədikdə, bu Müqavilədən irəli gələn öhdəliklər həmin səbəblər aradan qaldırılana qədər dayandırılır. Həmin hallar bir aydan artıq davam edərsə, muqaviləyə xitam verilə bilər.
5. Mübahisələrin həlli qaydası
5.1 Tərəflər arasında yaranan hər hansı bir mübahisə və narazılıqlar Tərəflər arasında həll edilə bilmədiyi təqdirdə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun tənzimlənəcəkdir.
6. Yekun müddəalar.
6.1 Hazırkı Müqavilənin mətni eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib olunmuşdur və Tərəflərin hər birində müvafiq olaraq imzalanmış 1 (bir) nüsxə saxlanılır.

6.2 Hazırkı Müqaviləyə ediləcək istənilən dəyişiklik və əlavələr yazılı şəkildə verilməli və Tərəflər tərəfindən imzalanmalıdır.

6.3 Bu müqaviləyə əlavə olunacaq əlavələr, protokollar və aktlar onun ayrılmaz tərkib hissəsi sayılır.
7. Hər ayın sonunda Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə istifadə edilmiş elektrik enerjisinin satışı üzrə mədaxil qəbzlərinin üzləşdirilməsi aparılır və müvafiq qaydada rəsmiləşdirilir.
8. Müqavilə üzrə öhdəliklərin qüvvədə olan Qanunvericilik aktlarına, hüquqi şəxslərin nizamnaməsinə, “Elektrik enerjisinin istifadə Qaydaları”nın tələblərinə uyğun və bu müqavilənin tərkib hissəsi olan əlavələrə müvafiq yerinə yetirilməsinə ------------- “Regional Enerji Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeçiliyində olan Paylayıcı Elektrik şəbəkələri və “Azərpoçt” Dövlət müəssisənin tabeçiliyində olan Poçtamt və poçt şöbələri məsuldurlar.
7. Tərəflərin hüquqi ünvanları və rekvizitləri.


-------------- RET” MMC “AZƏRPOÇT” DM





Yüklə 28,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin