Məsələ 640: Su tapılmadıqda qar və ya buz olarsa, mümkün olan şəraitdə onları əritmək və dəstəmaz, qüsl üçün istifadə etmək lazımdır.
Məsələ 641: Əgər saman və ya bu kimi şeylər torpaq və ya quma qatışarsa, onlara təyəmmüm etmək olmaz. Amma o qədər az olarsa ki, torpaq və ya qumda itmiş sayılsın, təyəmmüm etmək olar.
Məsələ 642: Təyəmmüm üçün torpaq və bu kimi şeylər tapılmasa, bu şeyləri almaq mümkün olduqda alınması vacibdir.
Məsələ 643: Gildən divara təyəmmüm etmək olar. Müstəhəb ehtiyat budur ki, quru yer və quru torpaq olan halda nəmli yer və torpağa təyəmmüm edilməsin.
Məsələ 644: Təyəmmüm edilən şey vacib ehtiyata əsasən, qəsbi olmamalıdır. Amma qəsbi olduğu bilinmirsə və ya unudulmuşsa təyəmmüm etmək düzgündür. Amma insan özü onu qəsb etmiş olsa təyəmmüm edə bilməz.
Məsələ 645: Bir şəxs qəsbi yerdə həbs olunmuşsa, oradakı torpaq və ya daşa təyəmmüm edib namaz qıla bilər.
Məsələ 646: Qeyd olundu ki, imkan olan yerdə tozlu şeyə təyəmmüm edilməlidir. Əl ona vurulduqdan sonra müstəhəbdir ki, artıq tozun getməsi üçün əli çırpmaq müstəhəbdir.
Məsələ 647: Bulaşıq, çökək, yol kənarındakı, şoranlıq (üzünün yığılmadığı halda) yerə təyəmmüm etməmək daha yaxşıdır. Əgər şoranlıq yerin üzünün duzu yığılmamışsa ona təyəmmüm etmək batildir. Təyəmmüm ediləsi yer elə bulaşıqdırsa ki, xəstəlik qorxusu yaranır, vacib ehtiyata əsasən, namazı təyəmmümsüz qılıb sonradan qəzasını yerinə yetirsinlər.