“Sərqofli”
Məsələ 2433: “Sərqofli” dedikdə icarəçinin sahibə ödədiyi və ona icarədə üstünlük haqqı verən pul nəzərdə tutulur. Bu pulu ödəyən icarəçi mülkün icarəsində başqalarından önəmli haqqa malikdir. Qədimdə sərqofli olmamışdır. Bu gün belə bir məfhumdan istifadə olunur və sərqofli aşağıdakı şərtlərlə düzgün sayılır:
Sərqofli miqdarı mə’lum olmalıdır. Tərəflər razılıqla müamiləni yerinə yetirməlidir. Onlar büluğ həddinə çatmış, ağıllı, yetkin olmalı, sərqofli və onun şərtlərini bilməlidirlər.
Məsələ 2434: Mülk sahibi öz mülkünü icarəyə verib icarə haqqından əlavə sərqofli ala bilər. Bu halda sahib icarə haqqı başa çatsa da öz mülükünü başqasına icarəyə verə bilməz. Amma sərqofli ödəmiş icarəçi razı olsa, mülkü başqa birinə icarəyə vermək olar. Birinci icarəçi mülkün sərqoflini başqa birinə az və ya çox qiymətə həvalə edə bilər.
Məsələ 2435: Əgər sərqofli ödənmiş mülkün icarə müddəti başa çatsa, sahib mülkü həmin icarəçiyə və ya onun razılıq verdiyi başqa birinə təqdim etməyə vəzifəlidir. Belə bir məqamda icarə haqqı günə uyğun mütəxəssis qiyməti əsasında tə’yin edilir.
Məsələ 2436: Mülkü icarəyə götürmüş və sərqofli ödəməmiş şəxs sərqofli müddəti başa çatdıqdan sonra ev sahibindən icazəsiz həmin mülkdə qala bilməz. Əgər evi boşaltmasa qəsbkar və mülkə zamin sayılır. İcarə qiyməti, artımlar onun öhdəsinədir. Mülk sahibinin icazəsi olmadan belə birindən mülkü icarəyə götürmək olmaz.
Məsələ 2437: Bir şəxs sərqofli verməklə bir mülkü icarəyə götürsə, icarə müddəti tamam olmamış mülkü digər birinə icarəyə verə bilər. O həmin şəxsdən istədiyi miqdarda sərqofli ala bilər. İcarəçinin dəyişməsində mülk sahibinin də razılığı şərtdir. Amma bu haqq öncədən icarəçiyə verilmişsə, mülk sahibinin razılığına ehtiyac yoxdur.
Dostları ilə paylaş: |