Sual 93: Əgər hərbi xidmətdə olan əsgər valideynlərini görmək üçün həftədə üç gün bir şəhərdən o birinə gedirsə, onun namaz və orucunun hökmü nədir?
Cavab: Onların namaz və orucu tamdır. Ardıcıl şəkildə iş və təhsil üçün həftə ərzində 3 gün başqa yerə gedənlərin namaz və orucu tamdır.
Sual 94: Mübarək ramazan ayında günortadan sonra təbliğ üçün Qumdan 40 km. aralanan tələbə və təbliğçilərin namaz və oruclarının hökmü nədir?
Cavab: Namaz və orucları tamdır.
Sual 95: Büluğ yaşa, 9 yaşa çatmış, amma fiziki baxımdan möhkəmlənməmiş qızların oruc tutmasının hökmü nədir?
Cavab: Nəzərdə tutulan halda bu qızlara oruc tutmaq vacib deyil. Əgər bu zəiflik gələn ramazan ayınadək davam edərsə, həmin orucların qəzası da vacib olmaz. Hər gün üçün bir mudd (750 qr) təam vermək bəs edər.
Sual 96: İş məqsədi ilə Tehrandan Savəyə həftədə 4 gün səfərə çıxan mühəndis və fəhlələrin namaz və orucunun hökmü nədir?
Cavab: Onlar tez-tez gedib-gəldiyindən “kəsirus-səfər” sayılırlar, namaz və orucları tamdır.
Sual 97: İşlə bağlı hər gün Tehrandan Kərəcə səfərə çıxan qız və xanımların namaz və orucunun hökmü nədir?
Cavab: Namaz və orucları tamdır.
Sual 98: Həftədə üç gün müxtəlif məntəqələrə səfərə çıxan imam-cümələrin namaz və orucunun hökmü nədir?
Cavab: Onlar da “kəsirus-səfər” sayılırlar, namaz və orucları tamdır.
Sual 99: Həftədə üç gün daxil və xaricə uçuşu olan təyyarəçi və hava limanı işçilərinin namaz və orucunun hökmü nədir?
Cavab: Namaz və orucları tamdır.
Sual 100: Universitetlərdə yaşayıb, qidalanan yerli və xarici tələbələrin fitrə zəkatının hökmü nədir? Bu fitrə onların öz öhdəsinədir, yoxsa universitetin?
Cavab: Tələbələr qidanı adətən dükandan aldıqları üçün fitrə zəkatını ya özləri, ya da xərclərini ödəyən şəxs verməlidir.
Sual 101: Fabrik və müəssisələrdə işləyən işçilərin fitrə zəkatının hökmü nədir? Öz öhdələrinədir, yoxsa müəssisənin öhdəsinə?
Cavab: Həmin yerlərdə qidalanma maaşın bir hissəsi sayıldığından fitrə zəkatı onların öz öhdəsinədir.
Sual 102: Poçt kimi dövlət müəssisələrində işləyənlərin fitrə zəkatı kimin öhdəsinədir?
Cavab: Fitrə zəkatı onların öz öhdəsinədir.
Sual 103: Ramazan ayında müxtəlif şəhər və kəndlərdə mənzillərdə yaşayan ruhanilərin fitrə zəkatı kimin öhdəsinədir? Onlar adətən hər gecə iftar üçün bir mənzilə də’vət edilir.
Cavab: Onların fitrə zəkatını ödəmək kimsəyə vacib deyil. Ayın sonundan bir neçə gün bir yerdə qalsalar istisnadır. Səhərlər ardıcıl şəkildə bir mənzildə olsalar, fitrə zəkatını ev sahibi verməlidir.
Sual 104: Kimsəsiz xəstələrin müalicəsi üçün fitrə zəkatından istifadə etmək olarmı?
Cavab: Eybi yoxdur.
Sual 105: Müxtəlif büdrəmələr səbəbindən zindana düşən yoxsulların azadlığa çıxması üçün fitrə zəkatından istifadə etmək olarmı?