5. Cənazəni tabutdan asta-asta çıxarıb, aramlıqla qəbrə qoysunlar. Dəfndən öncə və dəfn zamanı göstəriş verilən duaları oxusunlar.
6. Qəbirdə meyyiti yerləşdirmək üçün “ləhəd” olmalıdır. Ləhəd elə hazırlanmalıdır ki, torpaq meyyitin üstünə tökülməsin. Qəbrin aşağı hissəsi dar olmalıdır. Meyyit qəbrə qoyulduqdan sonra yuxarı hissəyə kəsək və ya kərpic qoyulur, ya da qəbrin qiblə tərəfi aşağıdan azca genişləndirilir. Belə ki, meyyit orada yerləşsin.
7. Meyyitin başının arxa tərəfinə torpaq və ya kəsək qoyulur ki, onu sağ tərəfi üstə uzadanda arxaya aşmasın.
8. Meyyit qəbrə qoyulduqdan sonra kəfənin düyünləri açılır, meyyitin üzü torpağa qoyulur, başının altına torpaqdan balış düzəldilir.
9. Meyyiti qəbrə qoyan şəxs pak (təharətli), başı və ayağı açıq olmalıdır. Bu şəxsin qohumlardan olmaması lazımdır. Əlin arxası ilə torpaq qəbirə tökülür və deyilir: “İnna lillahi və inna iləyhi raciun.” Əgər meyyit qadın olsa, ona məhrəm şəxs meyyiti qəbrə qoyur. Məhrəm olmasa qohumları onu qəbrə yerləşdirir.
10. Ləhədi örtməzdən öncə sağ əl meyyitin çiyninə vurulur və hərəkət etdirilərək üç dəfə deyilir: “İsmə’ ifhəm ya fulanəbnə fulan” (filan sözünün yerinə meyyitin adı və atasının adı deyilir.) Məsələn üç dəfə deyilir: