Allahummə cafil-ərzə ən cənbəyhi və əsid iləykə ruhəhu vəl-ləqhihi minkə rizvanən və əskin qəbrəhu min rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən sivak.”
Məsələ 589: Əzadarlıq sahiblərinə başsağlığı vermək müstəhəbdir. Amma əzadarlıqdan bir müddət ötmüşsə və müsibət yaddan çıxmışsa başsağlığı ilə müsibəti yada salmamaq üçün bu işi tərk etmək daha yaxşıdır. Yaxşı olar ki, meyyitin əhlinə üç gün təam göndərilsin.
Məsələ 590: Yaxşı olar ki, insan qohumlarının, xüsusilə övladının ölümü müqabilində səbirli olsun, hər dəfə meyyiti yada salanda “İnna lillahi və inna iləyhi raciun” söyləsin və meyyit üçün Qur’an oxuyub bağışlanma diləsin.
Məsələ 591: Bir şəxsin ölümünə görə üzü və bədəni cırmaq, yaralamaq olmaz. Ata və qardaşdan başqa ölənlər üçün yaxanı cırmağa da icazə verilmir.