Məsələ 1226: Camaat namazı böyük əhəmiyyət daşıyan müstəhəb əməllərdən, ən böyük dini göstəricilərdəndir. Rəvayatlərdə bu məsələyə xüsusi əhəmiyyət verilmişdir. Xüsusi ilə, məscidin qonşuları və məscidin azan səsini eşidən şəxsə tə’kidlə tövsiyə olunur. Yaxşı olar ki, insan bacardığı həddə namazını camaatla qılsın. Rəvayatdə bildirilir ki, bir şəxs İmam-camaata iqtida etsə, onun namazının hər rəkətinə 150 namazın savabı verilər. Əgər iqtida edən iki nəfər olsa bu savab 600 namazın savabına çatar. Namaz qılanların sayı artdıqca namazın da savabı artır. Əgər iqtida edənlərin sayı on nəfərə çatarsa, bu namazın savabını bütün göy kağız, dənizlər mürəkkəb, ağaclar qələm olsa, mələklər, insanlar və cinlər yazsa, onu yazıb başa vura bilməzlər.