Qunut
Məsələ 996: Bütün vacib və müstəhəb namazlarda ikinci rəkətin rükusundan öncə qunut tutmaq müstəhəbdir. Amma ehtiyat budur ki, şəf’ namazında qunut tutulmasın. Amma bir rəkətlik vətr namazında rükudan öncə qunut tutmaq müstəhəbdir.
Məsələ 997: Ayat namazının beş qunutu, fitr və qurban bayramları namazının birinci rəkətində beş, ikinci rəkətində dörd qunut var.
Məsələ 998: Qunutda xüsusi bir zikr demək, dua oxumaq şərt deyil. Əlləri qaldırmaq da zəruri sayılmır. Amma yaxşı olar ki, əllər üz müqabilində qaldırılsın. Belə ki, əllərin içi üzü səmaya olsun. Qunutda əllər bir-birinə yapışdırılır, zikr deyilir, dua oxunur. Qunutda istənilən bir zikri söyləmək olar. Hətta bir dəfə “Sübhanəllah” demək bəs edər. Amma yaxşı olar ki, qunutda bə’zi dualar oxunsun.
Məsələn:
لاَ إِلهَ إِلاّ اللهُ الحَلِيمُ الكَرِيمُ لاَ إِلهَ إِلاّ اللهُ العَلِىُّ العَظِيمُ سُبحانَ اللهِ رَبِّ السَّمَاواَتِ السَّبعِ وَرَبِّ الأرَضِينَ السَّبعِ وَمَا فِيهِنَّ وَمَابَينَهُنَّ وَرَبِّ العَرشِ العَظِيمِ وَالحَمدُ لِلّهِ رَبِّ العَالَمِينَ
“La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Sübhanəllahi rəbbis-səmavati səb’i və rəbbil ərəzinəs-səb’i və ma fihinnə və ma bənyəhunnə və rəbbil-ərşil-əzim vəl həmdulillahi rəbbil aləmin.”
Qunutda dünya və axirət ehtiyaclarını istəmək olar.
Məsələ 999: Qunutu bir qədər ucadan demək müstəhəbdir. Amma cəmiyyət namazında imam-camaat iqtida edənin qunutunun səsini eşitməməlidir.
Məsələ 1000: Əgər bilərəkdən qunut tərk edilsə, onun qəzası yoxdur. Əgər yaddan çıxsa, rüku həddinədək əyilməmiş xatırlayanda qalxıb qunut demək müstəhəbdir. Əgər rükuda yada düşsə, rükudan sonra onu demək olar. Əgər səcdədə yadına düşsə namazın salamından sonra qəzasını demək olar.
“Həmd” surəsinin tərcüməsi
بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ
“Bismillahir-rəhmanir-rəhim”-“Rəhman və rəhim Allahın adı ilə.”
الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ
“Əlhəmdu lillahi Rəbbil-aləmin”-“Həmd-səna aləmlərin rəbbi olan Allaha məxsusdur.”
الرَّحْمـنِ الرَّحِيمِ
“Ər-rəhmanir-rəhim”-“O rəhmandır, rəhimdir.”
مَـلِكِ يَوْمِ الدِّينِ
“Maliki yovmid-din”-“Cəza gününün sahibidir.”
إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ
“İyyakə nə’budu və iyyəkə nəstəin”-“(Pərvərdigara,) yalnız Sənə pərəstiş edir, yalnız Səndən yardım diləyirik.”
اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ
“İhdinəs-siratəl-mustəqim”-“Bzi doğru yola hidayat et.”
صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ
“Siratəl-ləzinə ən’əmtə ələyhim”-“Ne’mət verdiyin kəslərin yoluna.”
غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ
“Ğəyril-məğzubi ələyhim vələzzalin”-“Qəzəbləndiyin, yolunu azmış kəslərin yoluna yox!”
“Qul huvəllah” (“İxlas”) surəsinin tərcüməsi
بسم الله الرحمن الرحيم
“Bismillahir-rəhmanir-rəhim”−“Rəhman və rəhim Allahın adı ilə.”
قُلْ هُوَ اللَّهُ أَحَدٌ
“Qul huvəllahu əhəd”−“De ki, O yeganə Allahdır.”
اللَّهُ الصَّمَدُ
“Əllahus-səməd”−“Allah ehtiyacsızdır, hamı Ona möhtacdır.”
لَمْ يَلِدْ وَلَمْ يُولَدْ
“Ləm yəlid və ləm yuləd”−“(Hç vaxt) doğmadı və doğulmamışdır.”
وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ
“Və ləm yəkun ləhu kufuvən əhəd”−”Heç bir oxşarı yoxdur!”
سُبحان رَبِّىَ العَظيمِ وَ بِحَمدِهِ
“Sübhanə rəbbiyəl-əzimi və bihəmdih”−”mənim böyük Rəbbim pak və nöqsansızdır, Ona həmd-səna deyirəm.”
Səcdədə zikrin tərcüməsi
سُبحان رَبِّىَ الاَعلى وَ بِحَمدِهِ
“Sübhanə rəbbiyəl-ə’la və bihəmdih” − “Pak və nöqsansızdır mənim uca rəbbim və Ona həmd-səna deyirəm.”
Təşəhhüdün tərcüməsi
اَشْهَدُ اَن لا اِلََهَ الاَّ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ
“Əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləh” − “Şəhadət verirəm ki, Allahdan savayı pərəstişə layiq olan yoxdur. O yeganə və şəriksizdir.”
وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ
“Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh”−”Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və rəsuludur.”
اَللَّهُمَّ صَلَّ عَلىَ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ
“Əllahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd”-“Pərvərdigara! Salam göndər Məhəmməd və onun əhli-beytinə.”
Salamın tərcüməsi
اَلسَّلاَمُ عَلَيْكَ اَيُّهَا النَّبِىُّ وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
“Əs-səlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh”-“Salam olsun sənə, ey Peyğəmbər, Allahın rəhmət və bərəkətinə çatasan.”
السَّلاَمُ عَلَيْنا وَعَلى عِبادِ اللهِ الصّالِحِينَ
“Əssəlamu ələyna və əla ibadillahis-salihin”-“Salam olsun bizə və Allahın bütün saleh bəndələrinə.”
السَّلاَمُ عَلَيكُم وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
“Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh”-“Salam olsun siz mö’minlərə, Allahın rəhmət və bərəkətinə çatasınız.”
Təsbihatın tərcüməsi
سُبحَانَ اللهِ وَالحَمْدُ للهِ وَلا اِلَهَ اِلاَّ اللهُ وَاللهُ اَكْبَر
“Sübhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər”-“Allah pak və nöqsansızdır, Həmd-səna Allaha məxsusdur, Allahdan savayı mə’bud yoxdur, Allah vəsfə gələcək hər nədən böyükdür.”
Qunutun tərcüməsi
“Rəbbəna atina fid-dunya həsənətən və fil-axirəti həsənəh və qina əzabən-nar”-“Pərvərdigara, bizə dünyada və axirətdə yaxşılıq buyur, bizi cəhənnəm əzabından qoru!”
Namazın tə’qibatı (namazın ardınca oxunan zikr, dua və Qur’an)
Məsələ 1001: Namaz qılan şəxsin namazdan sonra zikr, dua və Qur’an oxumaqla məşğul olması müstəhəbdir və bu iş tə’qibat adlanır. Yaxşı olar ki, namaz qılan şəxs namazını bitirdikdən sonra yerindən qalxmamış və dəstəmazı batil olmamış, üzü qibləyə oturduğu halda tə’qib oxusun. Dua kitablarından mə’sumlardan bir sıra dualar nəql olunmuşdur. Bu tə’qiblər arasında ən mühümlərindən biri də Həzrət Zəhranın (ə) təsbihatıdır. Bu təsbihat 34 “Allahu əkbər”, 33 “Əlhəmdulillah”, 33 “Sübhanəllah” deməkdən ibarətdir. Bu təsbihatın böyük fəziləti və savabı var.
Məsələ 1002: Namazdan sonrakı müstəhəb əməllərdən biri şükür səcdəsidir. Şükür səcdəsi üçün alın şükür etmək məqsədi ilə yerə qoyulur. Şükrü dilə gətirmək daha yaxşıdır. Allahın razılığını qazanmaq ümidi ilə bir, üç, ya da yüz dəfə “Şükrən-lillah” söylənilir. Müstəhəbdir ki, insan nə vaxt ne’mətə çatsa və ya bəladan uzaqlaşsa, şükür səcdəsi yerinə yetirsin.
Məsələ 1003: Namazda, namazdan sonra və başqa hallarda Peyğəmbər (s) və onun Əhli-beytinə salam göndərmək tə’kidlə vurğulanmış müstəhəb əməllərdəndir. Bu da müstəhəbdir ki, nə vaxt Peyğəmbərin (s) mübarək adı çəkilərsə, Həzrət “Əhməd”, “Müstəfa”, “Əbül-Qasim” kimi ləqəb və künyələrlə xatırlanarsa, ona salam göndərilsin. Hətta namaz halında namaz qılan şəxs özü bu müqəddəs adları dilinə gətirdikdə salavat çəkməsi müstəhəbdir.
Məsələ 1004: Həzrət Peyğəmbərin (s) mübarək adını yazarkən salavat yazmaq müstəhəbdir. Hətta Peyğəmbəri (s) xatırlayan zaman onun adı dilə gətirilməsə belə salavat göndərmək yaxşıdır. Salavat çox fəzilətli və savablı zikrlərdəndir.
Dostları ilə paylaş: |