Məsələ2062: Daimi əqd olunan qadın, ehtiyata əsasən, ərinin icazəsi olmadan evdən çölə çıxa və yaxud evdən xaric bir iş seçə bilməz (şifahi icazə və yaxud da bə’zi əlamətlərdən razılığının mə’lum olmasından asılı olmayaraq) və şəriət hökmlərinə əsasən bir üzrü olmadıqda onun cinsi yaxınlığına mane olmasın. Ərə də ona yemək, paltar, mənzil və başqa avadanlıqları hazırlaması vacibdir (hətta həkim, dərman və s. şeylərin pulunu da verməlidir). Əgər hazırlamasa, ehtiyata əsasən, buna imkanı olub-olmamasından asılı olmayaraq, ona borcludur.
Məsələ2063: Əgər qadın qabaqkı məsələdə deyildiyi işlərdə ərinə itaət etməsə günahkardır və onun yemək, geyim, mənzil və bir yerdə yatmaq hüququ qüvvəsindən düşür. Lakin mehriyyə hüququ aradan getmir.
Məsələ2064: Ev işlərini görmək, yemək bişirmək, təmizlik işləri aparmaq və s. qadının vəzifəsi deyil. Əgər öz meyli ilə (işləsə) istisnadır. Əgər kişi onu bu işlərə məcbur etsə, bu işlərin müqabilində qadın ondan öz zəhmət haqqını ala bilər.
Məsələ2065: Əgər bir şeyin xərcini tələb etsə və ər verməsə, qadın onun icazəsi olmadan həmən günün xərci qədər onun malından götürə bilər və vacib ehtiyata əsasən, bu iş şəriət hakiminin icazəsi ilə olsun. Əgər özü məişətini təmin etməyə məcbur olsa, işə məşğul olduğu vaxtda ərindən itaət etməsi vacib deyil.
Məsələ2066: Kişi daimi arvadını nə ərli qadın kimi ərli, nə ərsiz qadın kimi ərsiz olması bilinmədiyi halda tərk edə bilməz. Lakin, vacib deyil hər dörd gecədən bir onun yanında qalsın. Əgər bir neçə arvadı varsa, bu cəhətdən onların arasında ədalətlə rəftar etməlidir. Bunun şərhi geniş fiqhi kitablarda verilmişdir.
Məsələ2067: Ər dörd aydan artıq arvadı ilə cinsi əlaqəni tərk edə bilməz. Əgər qadın cavan olsa, bu zamanda onun günaha düşməsi qorxusu var. Ehtiyat vacibə əsasən, elə raftar etməlidir ki, o günaha düşməsin.
Məsələ2068: Daimi nikahda mehriyyənin təyin edilməsi vacib deyil və onsuz əqd düzgündür. Lakin, sonradan onunla yaxınlıq etdiyi halda, mehriyyəsini onun kimi qadınlara uyğun olan halda verməlidir.
Məsələ2069: Əgər nikahda mehriyyənin verilməsi üçün bir zaman tə’yin olunmayıbsa, qadının tez bir zamanda mehriyyəsini tələb etmək hüququ var. Hətta mehriyyəsini almazdan qabaq, ərin mehriyyəni verməyə imkanı olub-olmamasından asılı olmayaraq, əri ilə cinsi yaxınlığın qarşısını ala bilər. Əgər onun imkansızlığı əvvəlcədən mehriyyənin nəqd halında deyil, onun zimməsində olmasına işarə olsa, istisnadır.
Müvəqqəti evlənmənin hökmləri
Məsələ2070: Müvəqqəti evlənmədə mehriyyənin və vaxtın miqdarı təyin edilməlidir və əks təqdirdə (bu evlənmə) batildir.
Məsələ2071: Müvəqqəti evlənmə ləzzət qəsdi ilə olmaya da bilər. Bu iş qohumların o qızla məhrəm olması məqsədi ilə də olsa caizdir, bu şərtlə ki, müvəqqəti evləndirilən qız cinsi ləzzəti dərk etmə həddində olsun. Məsələn, əgər (qız) kiçikdirsə, vaxtı o qədər uzatmalıdırlar ki, qızın (cinsi ləzzəti) dərk etmə dövranına da şamil olsun. Hətta nikahdan sonra müddəti bağışlasalar belə.
Məsələ2072: Vacib ehtiyata əsasən, müvəqqəti evlənmədə ər dörd aydan artıq yoldaşı ilə cinsi əlaqədə olmağı tərk etməməlidir.
Məsələ2073: Müvəqqəti evlənmədə qadın kişinin onunla cinsi əlaqədə olmayıb, yalnız başqa ləzətləri aparmasını şərt edə bilər. Lakin, sonradan bu işə razı olsa, (onunla cinsi əlaqədə olmağın) maneəsi yoxdur.
Məsələ2074: Müvəqqəti evlənmədə qadının xərc hüququ yoxdur, hamilə olduqda ərindən, əri də ondan irs aparmır və vacib olaraq bir yataqda yatmaq hüququ da yoxdur.
Məsələ2075: Müvəqqəti həyat yoldaşı ərindən icazəsiz evdən çölə gedə bilər, evdən xaric özünə iş seçə bilər. Əgər çölə çıxmaq vasitəsi ilə ərinin hüququ pozulsa, istisnadır.
Məsələ2076: Ata və yaxud atanın atası bir qadınla məhrəm olmaqdan ötrü onu müvəqqəti olaraq həddi-büluğa çatmayan oğluna əqd edə bilər (bu şərtlə ki, əqdin müddəti oğlanın cinsi faydalanma vaxtına da şamil olmalıdır) və habelə, həddi-büluğa çatmayan bir qızı (oğlan haqqında deyilən şərtlər əsasında) qohumlara məhrəm olması üçün, bir şəxsə əqd edə bilərlər. Hər iki halda, vacib ehtiyata əsasən, əqdin o iki nəfər üçün bir faydası olsun və fəsadı olmasın.
Məsələ2077: Kişi müvəqqəti evlənmənin müddətini bağışlayaraq ona son qoya bilər. Bu halda, əgər qadınla cinsi yaxınlıq edibsə, onun bütün mehriyyəsini və əgər etməyibsə mehriyyəsinin yarısını verməlidir.
Məsələ2078: Kişi müvəqqəti evləndiyi qadınla daimi əqd edə bilər. Lakin, ilk olaraq (müvəqqəti evlənmədən qalan) müddəti bağışlayıb sonra onu (daimi) əqd etməlidir.
Məsələ2079: Müvəqqəti evlənmənin zamanı bitdikdən sonra təlaq kitabında veriləcək şərh əsasında iddəsi var və ondan dünyaya gələn uşaqlar bütün övladlıq hüquqlarına malikdirlər; ər-arvadın bir-birlərindən irs aparmamasına baxmayaraq, uşaqlar ata, ana və qohumlarından irs aparırlar.
Baxmağın hökmləri
Məsələ2080: Ləzzət qəsdi ilə baxıb-baxmamasından asılı olmayaraq, kişinin naməhrəm qadının bədəninə baxması haramdır. Qadının da naməhrəm kişinin bədəninə baxması bu hökmlə eynidir. Lakin ləzzət qəsdi, fəsad və günaha səbəb olmadan qadının üzünə, biləyinə baxmağın eybi yoxdur. Naməhrəm kişinin bədəninin adətən örtmədiyi yerlərinə, məsələn, baş, boyun, ayaq və əlin bir hissəsinə baxmaq da yuxarıdakı hökmlə eynidir.
Məsələ2081: Həddi- büluğa çatmayan qıza baxmaq ləzzət qəsdi ilə olmasa və baxmaq vasitəsi ilə günaha düşmək qorxusu olmasa, caizdir. Lakin vacib ehtiyata əsasən, adətən örtdüyü yerlərə, məsələn, baldır, qarın və bu kimi yerlərə baxılmasın.
Məsələ2082: Qadının bədənini, saçını naməhrəmdən örtməsi vacibdir və müstəhəb ehtiyata əsasən, yaxşı- pisi seçən, şəhvəti oyanan həddi-büluğa çatmayan oğlanın yanında da (bədən və saçını) örtməlidir. Lakin üzün, əlin biləyə qədər örtülməsi vacib deyil.
Məsələ2083: Başqasının cinsi orqanına güzgü, saf su və s.- vasitəsi ilə baxmasından, məhrəm, naməhrəm, kişi və yaxud qadın olmasından asılı olmayaraq, baxmaq haramdır və vacib ehtiyata əsasən, yaxşını pisdən seçə bilən uşağın cinsi orqanına da baxmamalıdırlar. Lakin ərlə arvad bir-birlərinin bütün bədənlərinə baxa bilərlər.
Məsələ2084: Bir-birləri ilə məhrəm olan kişi və qadın (bacı- qardaş kimi) məhrəmlər arasında adət olan qədər bir-birlərinin bədəninə baxa bilərlər; bundan qeyri halda, ehtiyata əsasən, baxmamalıdırlar.
Məsələ2085: Kişi ləzzət qəsdi ilə başqa kişinin bədəninə baxa bilməz və qadının da ləzzət qəsdi ilə başqa qadının bədəninə baxması haramdır.
Məsələ2086: Kişinin naməhrəm qadının şəklini çəkməsi haram deyil. Əgər çarəsizlikdən qadının üz və əlindən başqa bədəninə baxmalı olsa, istisnadır.
Məsələ2087: Qadın dini hicabını qoruduğu halda onun hicabsız şəklinə baxmağın iradı var. Əgər onu tanımasa və baxmaq nəticəsində bir fəsad üzə çıxmasa, istisnadır.
Məsələ2088: Əgər həkim və yaxud tibb bacısı çarəsizlikdən xəstənin cinsi orqanına əl vurmalı olsa, əlinə əlcək və s. geyinməlidir. Həmçinin kişi həkim və tibb köməkçisi çarəsizlikdən qadının və yaxud qadın həkim və tibb bacısı kişinin bədəninə əl vurmalı olsa, (əlinə əlcək və s. geyinməlidir). Lakin, çarəsizlikdən və zəruri halda eybi yoxdur.
Məsələ2089: Zəruri halda kişi həkimin naməhrəm qadına müayinə və müalicə üçün baxması caizdir.
Məsələ2090: Vacib hicab məsələsində qadın bədəninin üz və əlinin biləyə qədər hissəsindən başqa yerini hər vasitə ilə örtə bilər, xüsusi paltar şərt sayılmır. Lakin dar, bədənə yapışan və habelə bəzək paltarlarını geyinməyin eybi var.
Məsələ2091: Kişinin evlənmək istədiyi qadının bədəninə yaxşı- pis xüsusiyyətlərini öyrənmək məqsədi ilə baxması caizdir. Əgər bir dəfə baxmaqla məqsədi hasil olmasa, bir neçə dəfə, müxtəlif məclislərdə (onun bədəninə) baxa bilər.
Məsələ2092: Ləzzət qəsdi və günaha düşməyə səbəb olmadığı halda naməhrəm qadının səsini eşitməyin eybi yoxdur. Lakin, qadın səsinin tonunu təhrik edici etməməlidir.
Məsələ2093: Məhkəmədə şahid durmaq və bu qəbildən olan digər mühüm işlərlə əlaqədar naməhrəm qadını tanımaqdan ötrü ona baxmaq caizdir.