MüQƏddimə



Yüklə 1,6 Mb.
səhifə27/30
tarix21.10.2017
ölçüsü1,6 Mb.
#8148
1   ...   22   23   24   25   26   27   28   29   30

ON BİRİNCİ FƏSİL

KUFƏ, İSLAMİN XİLAFƏT MƏRKƏZİ


Islam günəşi Məkkə diyarında parladı və on üç ildən sonra Yəsribin səmasında zahir oldu. On il nur saçdıqdan sonra qüruba endi. Bu zaman artıq yarımada əhalisinin üzünə yeni bir üfüq açmış, Hicaz, xüsusilə Mədinə şəhəri dini və siyasi mərkəz kimi tanınmışdı. Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra xəlifənin mühacir və ənsar tərəfindən seçilməsi Mədinənin islam xilafətinin qərargahı olmasına səbəb olmuşdu. Xəlifələr ətraf yerlərə valilər və məmurlar göndərməklə ölkəni idarə edirdilər. Onlar ölkələri fəth etmək, maneələri və sədləri aradan götürməklə həmin məntəqələrdə islamı yayırdılar.

Əmirəl-möminin (ə) Peyğəmbər (s)-in tərəfindən təyin olunmaqla yanaşı, mühacir və ənsar tərəfindən də seçilmişdi. Buna görə də təbii olaraq o həzrət də özündən əvvəlki xəlifələr kimi Mədinəni xilafət mərkəzi seçməli və elə oradan da ölkəni idarə etməli idi. O, xilafətin əvvəllərində elə həmin yolu seçərək məktub yazmaq, layiqli və bacarıqlı şəxsləri göndərmək, dünyapərəstləri işdən götürmək, atəşli və təsirli nitqlər söyləməklə ölkə işlərini idarə edirdi. O həzrət, Əbu Bəkrin xilafətinin əvvəlindən etibarən 25 il müddətində haqq yolundan azmış islam dövlətini islah etməklə məşğul idi. Amma gözlənilmədən "nakisinlər" məsələsi qarşıya çıxdı, yəni o həzrətlə hamıdan əvvəl beyət etmiş olan şəxslər öz əhd-peymanlarını pozdular və imama qarşı qiyam etdilər. Hövlnak və ürəkyandıran xəbərlər ona çatdıqda məlum oldu ki, nakisinlər Bəni-Üməyyənin maddi köməkliyi və Peyğəmbər (s)-in zövcəsinin hörmət və nüfuzu sayəsində Iraqın cənubunda Bəsrəni ələ keçirdikdən sonra Imam (ə)-ın dostlarını və təyin etdiyi məmurları nahaq yerə öldürmüşlər. Buna görə də Imam (ə) nakisinləri və onlarla əlbir olanları tənbeh etmək üçün öz ordusu ilə Mədinədən çıxıb Bəsrənin yaxınlığında düşərgə saldı. Imam (ə)-ın haqq ordusu ilə nakisinlərin batil ordusu arasında baş verən müharibədə haqq ordusu qələbə çaldı, qiyamçıların başçıları öldürüldü, çoxları da qaçdılar. Bəsrə yenidən islam hökumətinin ağuşuna qayıtdı, şəhərin və onun əhalisinin vəziyyəti öz təbii qaydasına düşdü. Məşhur Quran təfsirçisi və Imam (ə)-ın seçilmiş tələbəsi olan Ibni Abbas oraya hakim təyin olundu. Qayda üzrə Imam (ə) gəldiyi yolla Mədinəyə qayıtmalı, Peyğəmbər (s)-in qəbrinin kənarında və o həzrətin səhabələrinin köməkliyi ilə islam təlimlərini yaymalı, cəmiyyətin xəstə ruhunu müalicə etməli, ucqar məntəqələrə əsgər göndərməklə islamın qüdrət və nüfuzunu genişləndirməli, xilafətin digər işləri ilə məşğul olmalı və hər növ çəkişmələrdən və qarşıdurmadan uzaq olmalı idi. Lakin bunlar hadisənin zahiri idi; zahirə baxan hər bir şəxs Imam (ə)-ın vəzifəsinin məhz bunlardan ibarət olduğunu deyirdi. Xüsusilə Mədinə şəhəri xas bir müqəddəsliyə, mənəviyyata malik idi. Çünki islamın həqiqi mərkəzi, Peyğəmbər (s)-in məzarı, mühacir və ənsardan olan səhabələrin mərkəzi idi, xəlifəni seçmək və ya işdən çıxarmaq məsələsi onların əlində idi. Bütün bunlara baxmayaraq Imam (ə) dostları ilə məşvərət etdikdən və fikir mübadiləsi apardıqdan sonra Kufəyə getdi və bir müddət orada qaldı.1 Bunun da iki səbəbi var idi:

1. Əmirəl-möminin (ə) böyük bir dəstə ilə Mədinədən hərəkət etmişdi və yolda bəzi dəstələr ona qoşulmuşdu. Lakin Imam (ə)-ın əsgərlərinin və onun yolunda canından keçməyə hazır olanların əksəriyyətini Kufə və onun ətrafından olanlar təşkil edirdi.2 Ona görə ki, Imam (ə) nakisinlərin qiyamını yatırmaq üçün böyük səhabə olan Əmmar Yasir və özünün böyük oğlu Həsən (ə)-ın vasitəsi ilə Kufə camaatından kömək istədikdə (Kufə Iraqın mühüm mərkəzi idi) oranın əhalisindən böyük bir qrupu Imam (ə)-ın çağırışına müsbət cavab verərək onun göndərdiyi nümayəndələrlə birlikdə cəbhəyə yola düşdülər. Amma Əbu Musa Əşəri və onun həmfikirləri kömək etməkdən imtina edib öz sözləri və rəftarları ilə camaatın cihada getməsinə maneçilik törətdilər. Imam (ə) nakisinlərə qələbə çaldıqdan və düşməni məğlub etdikdən sonra haqqı müdafiə etmək üçün əhalinin məişət və həyat şəraitləri ilə maraqlandı, ona cihadda kömək edənlərə təşəkkür etdi, cihadda iştirak etməyib evdə oturanları isə danlayaraq məzəmmət etdi.

2. Imam (ə) bilirdi ki, nakisinlərin qiyamı Müaviyənin günahlarından biridir, çünki onları əhd-peymanı pozmağa məhz Müaviyə təşviq etmişdi və onları aldadaraq məxfi şəkildə onlarla "beyət" etmiş və hətta Zübeyrə yazdığı məktubda qiyamın yollarını tamamilə göstərərək Şam əhalisindən onun üçün beyət aldığını qeyd etmişdi. Həm də ona məsləhət vermişdi ki, tez bir zamanda Kufəni və Bəsrəni işğal edib Osmanın intiqamını alsın və Əbu Talibin oğlunun o iki şəhərə hakim olmasına yol verməsin. Düşmənin oxunun boşa çıxdığına, qiyam yatırıldığına görə fitnənin kökü tez bir zamanda kəsilməli və Bəni-Üməyyənin məlun şaxəsi islam cəmiyyətindən kəsilib atılmalı idi. Kufə Şama ən yaxın olan məntəqə idi. Iraq isə ordu toplama və fədai yetirən bir məntəqə idi. Imam (ə) hər yerdən çox oraya güvənirdi. O həzrət öz xütbələrinin birində bu mətləbə işarə edərək buyurur: "Allaha and olsun, mən sizə tərəf öz meylimlə deyil, çarəsizlikdən gəldim."1

Buna görə də Imam (ə) Kufəni özünə qərargah seçərək xilafət mərkəzini Mədinədən Iraqa köçürtdü, 36-cı hicri ilinin rəcəb ayının on ikisində, şənbə günü Bəsrə ağsaqqallarından olan bir dəstə ilə Kufəyə daxil oldu. Quran qariləri və şəhərin hörmətli şəxsləri qabaqda olmaqla Kufə əhalisi Imam (ə)-ı qarşılamağa çıxdılar, onun gəlişini bayram keçirdilər. Onlar Imam (ə)-ın qalması üçün darül-imarəni nəzərdə tutmuşdular. Buna görə də o həzrəti oraya aparmaq üçün icazə istədilər ki, həzrət orada məskən salıb yaşasın. Lakin Imam (ə) əvvəllər zülm və fəsad mərkəzi olan bu qəsrə getməkdən imtina edərək buyurdu: "Qəsr fəsad mərkəzidir." Nəhayət, Cödət ibni Hübeyrə Məxzuminin mənzilində məskən saldı (o, imamın bacısı Ümmü Haninin bacısı oğlu idi).2

Əmirəl-möminin (ə) camaatla danışmaq üçün geniş bir məntəqə olan Rəhbədə dayandı və atdan endi. Əvvəlcə orada olan məsciddə iki rəkət namaz qıldı, sonra minbərə çıxdı. Allaha həmd-səna etdikdən, Peyğəmbərə salavat göndərdikdən sonra söhbətə başladı: "Ey Kufə camaatı! Islamda sizin üçün bir fəzilət vardır, bir şərtlə ki, onu başqa şəklə salmayasınız. Mən sizi haqqa dəvət etdim, siz də səsimə səs verdiniz. Pis bir işi başladınız, lakin onu dəyişdirdiniz. Siz elə kəslərin önündə gedirsiniz ki, onlar sizin dəvətinizi qəbul edib, daxil olduğunuz yerə daxil olmuşlar. Sizin üçün qorxduğum ən pis şey ikidir: nəfsani istəklərə tabe olmaq və uzun-uzadı arzular. Nəfsani istəklərə tabe olmaq (insanı) haqdan saxlayar, uzun-uzadı arzular isə axirəti yaddan çıxarar. Agah olun (və bilin) ki, dünyaya arxa çevirənlər köç etmiş və axirət intizarında olanlar hərəkətə gəlmişdir; bu iki dəstənin hər birinin övladları vardır. Siz axirət övladlarından olun. Bu gün əməl günüdür, hesab günü yox; sabah hesab günüdür, əməl günü yox. Allaha şükür olsun ki, Öz dostuna kömək edib düşmənini xar, doğruçunu və haqq tərəfdarını əziz, əhd-peyman pozanı və batilə yuvarlananı zəlil etdi. Təqva və pərhizkarlığı özünüzə adət edin. Allah Peyğəmbərinin ailəsinə itaət edən şəxsə itaət edin, çünki bu şəxslər itaət olunmaq üçün özlərini islama və Peyğəmbərə qarşı qoyaraq xilafət iddiası edənlərdən daha ləyaqətlidirlər. Onlar bizimlə qarşı-qarşıya durur, bizdən onlara çatan fəzilətlə özlərini bizdən üstün sayır, bizim məqam və haqqımızı inkar edirlər. Onlar öz günahlarının cəzasına çatacaq, tezliklə o biri dünyada öz azğınlıqlarının nəticəsi ilə qarşılaşacaqlar. Agah olun (və bilin) ki, sizlərdən bəziləri mənə kömək etməkdən boyun qaçırdılar. Mən də onları danlayıb məzəmmət edirəm. Onları tərk edin və xoşlarına gəlməyən şeyləri onlara eşitdirin ki, camaatın razılığını qazansınlar, Allahın hizbi (dəstəsi) şeytanın hizbindən (dəstəsindən) seçilib ayrılsın.1



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin