Mühasibat uçotu A.H.Əliyeva
225
auditor xidmətinin təşkilində və sairə məhsul istehsalı
nəticəsi ilə əlaqədar olaraq tətbiq olunur.
Təhtəlhesab şəxs
–
müəssisədə inzibati təsərrüfat,
əməliyyat, ezamiyyə xərclərini həyata keçirən işçilərdir.
Müxtəlif debitor borcu
- başqa müəssisələrin, işçilər-
in və fiziki şəxslərin müəssisəyə olan borclarıdır. Belə
borclara mal əməliyyatları ilə əlaqədar olmayan borclar
daxildir. Müəssisəyə borcu olan digər müəssisə, idarə və
şəxslər debitorlar sayılır.
Müxtəlif kreditor borcu
- müəssisənin başqa müəssi-
səyə, fiziki şəxsə, işçilərinə olan borcu hesab olunur və
həmin borcu olan müəssisə kreditor sayılır.
Qısamüddətli bank krediti
- passiv ssuda hesabı
olaraq bir ildən artıq olmayan müddətdə müəssisənin ölkə
və xarici valyutalarla aldığı müxtəlif kreditlərin vəziyyəti
haqqında nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: