Mühasibat uçotu A.H.Əliyeva
24
qeyri-maddi
aktivlər, uzunmüddətli maliyyə qoyuluşları,
materiallar, bankdakı hesablaşma hesabı, kassa, valyuta
hesabı və s. hesablar aid ola bilər.
Əsas passiv hesablardan
fondların vəziyyətinin də-
yişməsini və s. hesablaşmaların
uçotunu aparmaq üçün
istifadə edilir. Əsas passiv hesablara nizamnamə kapitalı,
ehtiyat kapitalı, əlavə kapital, bankın qısa və uzunmüd-
dətli sudaları, qısa və uzunmüddətli borclar, malsatanlarla
hesablaşmalar və s. hesabları misal göstərmək olar.
Əsas aktiv-passiv
hesablardan
debitor və kreditorlar-
la hesablaşmaların uçotunu aparmaq üçün istifadə edilir.
Aktiv-passiv hesablara debitor
və kreditorlarla hesab-
laşmalar və başqa hesabları misal göstərmək olar.
Nizamlayıcı hesablar
təsərrüfat
vəsaitinin qiymətini
və yaxud onların mənbələrinin məbləğini dəqiqləşdirmək
üçün istifadə edilir. Balans
maddələri dəyişilməz qiymət-
lərlə əks etdirildiyinə və uçota alınan vəsaitin həqiqi maya
dəyəri çox vaxt həmin dəyişilməz qiymətlərdən kənarlaş-
dığına görə nizamlayıcı hesablardan istifadə edilir.
Nizamlayıcı hesablar aşağıdakı köməkçi qruplara bölünür:
Əlavə nizamlayıcı hesablar;
Kontrar nizamlayıcı hesablar;
Əgər balans hesabı
üzrə vəsaitin qiymətinin
artırılması (qiymətin artırılması) aparılırsa onda vəsaitin
qiymətini nizamlayan hesab, əsas hesabı nizamlayan əlavə
nizamlayıcı hesab adlanır və onun məbləği əsas hesabdakı
qalıq məbləğinin üzərinə əlavə edilir. Bu hesaba “Materi-
alların tədarükü və əldə edilməsi” hesabını
misal göstər-
mək olar. Əgər vəsaitin qiyməti və onun mənbəyi azalırsa
onda nizamlayıcı hesab kontrar (əks) hesab kimi çıxış edir