Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə79/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
132 
 
* satışdankənar əməliyyatlardan əldə edilən gəlir və 
itkilər; 
* mənfəətdən büdcəyə ödəmələr üzrə xərclər; 
* kommersiya xərcləri və s. 
Maliyyə nəticəsi hesabat ilinin əvvəlindən sonuna
qədər olan dövrü əhatə edir. Müəssisənin hesabat ili 
ərzində əldə etdiyi mənfəət toplanan bölüşdürülməmiş 
mənfəət kimi artan yekunla balansda əks olunur. Onun 
bölüşdürülməsi ancaq ilin sonunda balans tərtib olunarkən 
yerinə yetirilir. Lakin il ərzində alınmış mənfəətdən vergi 
kimi büdcəyə ödənişlər və xüsusi təyinatlı fondlara 
ayrımalar aparılır. Mənfəətin bölüşdürülməsi mövcüd olan 
normativ qanunverici aktlar və təsis sənədlər əsasında tən-
zimlənir. 
Müəssisənin balansına əlavədə (forma № 5) 
müəssisənin xüsusi kapitalının və fondlarının hərəkəti
cəlb edilmiş vəsaitlərin hərəkəti, debitor və kreditor 
borcları, qeyri-maddi aktivlərin tərkibi, əsas vəsaitlərin 
mövcudluğu və hərəkəti, maliyyə qoyuluşları, sosial 
göstəricilər, kapital qoyuluşlarının maliy-yələşdirmə 
mənbələrinin hərəkəti öz əksini tapır. 
Pul vəsaitləri nağd pul vəsaitləri, bank hesablarında 
saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir. 
Pul 
vəsaitlərinin 
hərəkəti 
haqqında hesabat 
aşağıdakılar haqqında informasiya əldə etmək üçün 
istifadə oluna bilər: 
* satıla bilmə (cari öhdəlikləri yerinə yetirə bilmə 
qabiliyyəti); 


Mühasibat uçotu A.H.Əliyeva 
 
133 
 
*ödəmə 
qabiliyyəti 
(təsərrüfat 
fəaliyyətini 
uzunmüddətli 
perspektivdə 
davam 
etdirə 
bilmə 
qabiliyyəti); 
* şirkətin maliyyə çevikliyi (pul vəsaitlərinə olan 
tələbi ödəmə və yeni imkanlardan istifadə etmə 
qabiliyyəti). 
Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın 
əsas elementləri: 
1.Əməliyyat fəaliyyəti
2.İnvestisiya fəaliyyəti
3.Maliyyə fəaliyyəti 
 Uçot siyasəti
maliyyə hesabatlarının tərtib və təqdim 
edilməsi üçün müəssisə tərəfindən qəbul edilmiş 
prinsiplərin, əsasların, şərtlərin, qaydaların və təcrübələrin 
məcmusudur. 
Uçot 
siyasətinin 
seçilməsi 
zamanı 
mühasibat 
uçotunu 
tənzimləyən 
normativ 
aktlara 
əsaslanmaq lazımdır. Seçilmiş uçot siyasəti uçot 
informasiya-larının etibarlılığını maksimum dərəcədə 
təmin etməlidir. Uçot siyasətinin seçilməsi müəssisənin 
özünün 
spesifikliyindən, 
idarəetmənin 
təşkilindən, 
müəssisənin təsis sənədlərində və əsasnaməsində əks 
olunan 
normalardan, 
kommersiya 
fəaliyyətinin 
xüsusiyyətlərindən, müəssisənin cari və uzunmüddətli 
məqsəd-lərindən birbaşa asılıdır. Müəssisələrdə uçot 
siyasətinin qurulmasında bütün bu amillərin tələbləri 
nəzərə alınmalıdır.
Müəssisənin uçot siyasətinin təkmilləşdirilməsinin 
əsas istiqamətlərindən biri onun Beynəlxalq Uçot 
Standartlarına 
uyğun 
qurulmasıdır. 
Beynəlxalq 
standartlarda 
uçot 
siyasəti 
müəssisənin 
maliyyə 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin