“Musiqi və onun tədrisi metodikası”



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə41/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

Aşıq yaradıcılığı
Azərbaycan musiqisinin professional şifahi ənənələrinə, muğamlarla bərabər, aşıqların 
müsiqi-poetik yaradıcılığı da daxildir. Aşıq-eşq sözündədir, yəni sənətə vurğunluq mənasındadır. 
Termin kimi təxminən XIV əsrdə yaranmışdı. Hələ qədim dövrlərdə meydana gəlmiş aşıq sənəti 
xalqın istək və arzularının tərənnümçüsü olduğu üçün xalq arasında çox sevimli və məşhur idi. 
Öz əsası etibarilə demokratik mahiyyət daşıyan aşıq yaradıcılığının, məzmunu çox genişdir, 
müxtəlifdir və rəngarəngdir. Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, 
qəhrəmanlığını, tərənnüm edən mahnılar, satirik və yumoristik və həm də dostluğu, məhəbbəti 
vəsf edən mahnılar daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir həm də 
oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət 
edir. Lakin aşığın əsas musiqi aləti sazdır. Saz qədim Azərbaycan dartımlı simli musiqi alətidir. 
Alətin gözəl tembrinə görə sazı şairlər həmişə vəsf etmişlər. Aşıq yaradıcılığının ən geniş 
yayılmış janrı dastandır, xüsusilə də qəramani-epik dastanlar. Dastanlarda vokal-instrumental 
hissələr şerlə danışıq parçalarını əvəz edir. 
XVI əsrin xalq qəhramanı, feodallara və xarici işğalçılara qarşı çıxmış cəsur, igid Koroğlu 
haqqında dastan məşhurdur. Bu dastanda "Koroğlu cəngisi", "Atlı Koroğlu", "Piyada Koroğlu", 
"Koroğlu" və b. aşıq mahnılarında Koroğlunun qəhramanlığı vəsf edilirdi. "Misri" mahnısı da 
qəhramani xasiyyət daşıyaraq aşıqların xüsusilə deyişməsi vaxtı ifa edilir. Deyişmədə iki, üç, 
hətta dörd aşıq iştirak edib, müəyyən mövzuda improvizə edə bilərlər. 
Aşıq yaradıcılığının lirik janrında tərifləmələr, "gözəlləmə"lər xüsusilə məşhurdur. Bu 
"gözəlləmə"lər həm sevimli, gözəl qadına, həm də qəhrəmana, məsələn, igid Koroğluya, onun 
əfsanəvi Qıratına həsr oluna bilər. Aşıqların mahnılarının bir hissəsi qəm, kədərlə doludur, 
"Yanıq Kərəmi", "Dilqəmi" kimi, digər hissəsi isə "Əfşarı", "Şərili" kimi oynaq hərarətli 
mahnılardır ki, aşıq lirikasının gözəl nümunələrinə aiddir. 
Aşıq yaradıcılığında nəsihatəmiz mahnılardan ibarət ustadnamə janrı da maraqlıdır. 
Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı,onun poetik 
formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli formalarıdır. Bu formalar 


dastanlara da daxil ola bilərlər. 
Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının çoxunun quruluşu 
kuplet formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-birindən 
instrumental solo ilə ayrılır. 
Azərbaycan aşıqları müəyyən zonalara bölünmüşlər və bir-birindən öz yerli yaradıcılıq 
xüsusiyyətlərinə görə ayrılırlar. Məsələn, Göyçə, Gəncə, Kəlbəcər, Qazax, Tovuz, Borçalı, 
Şirvan, Səlyan aşıqları öz fərdi sənətkarlıqları ilə seçilirlər və aşıq sənətinin ənənələrini böyük 
əzmlə qoruyub saxlayırlar. 
Qədim dövrlərdə və orta əsrlərdə aşıqlara "ozan", "varsaq", "dədə" deyirdilər. 
Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, 
vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan 
"Kitabi Dədə Qorqud" xalq dastanıdır. 
1300 il öncə Dədəmiz Qorqud elimizdə, evimizdə əmin-amanlığın olmasını, ozanların çalışıb 
oxumasını arzulamışdı. Ona görə ki, ozan hər şeydən agah olan "ər comərdini, ər nakəsini" bilən 
müdrik ağsaqqaldı. Dədə Qorqud özü məhz belə ozan idi. Oğuz ozanlarının əsas musiqi aləti 
qopuz idi və mifoloji rəvayətlərə görə bu aləti icad edən və onun gözəl ifaçısı də Dədə Qorqud 
olub. 
Tarixən, illər, əsrlər boyu Azərbaycanın ozan-aşıq musiqisinin musiqi folklorumuzun digər 
sahələrinə, növlərinə və sonralar da müasir dövrdə bəstəkarlarımızın yaradıcılığına təsiri böyük 
olmuşdu. İlk dəfə aşıq musiqisinin təkrarsız xüsusiyyətlərindən böyük profesionallıq və bacarıqla 
istifadə edən bəstəkarımız Ü.Hacıbəyov olmuşdu (özünün şah əsəri olan "Koroğlu" operasında). 
Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini ustalıqla birləşdirən 
digər bəstəkarımız Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların gözəl vəhdətini 
yarada bilmişdir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin