Mənsurun antiislam siyasəti təkcə cəmiyyəti aclıqda saxlamaq onların hüquqlarını kəsməklə kifayətlənmir iqtisadi və maliyyə çətinliklərindən əlavə cəmiyyətdə dəhşətli bir qorxu da hökm sürürdü. Onun iş başına təyin etdiyi hakimlər çoxsaylı işkəncə və qətllər həyata keçirir hər gün neçə nəfər bu vəhşiliyin qurbanı olurdu. Bir gün Mənsurun əmisi ona dedi: “Sən camaatın üstünə elə qəzəb və nifrətlə hücum çəkmisən ki sanki sənin qulağına heç rəhm sözü dəyməyib.” Mənsur onun cavabında deyir: “Hələ Bəni-Mərvanın sümükləri çürüməyib Əbu Talib nəslinin qılıncı qınına girməyib. Biz indi dünənəcən bizə adi gözlə bu gün isə xəlifə gözü ilə baxan bir camaatın arasındayıq. Buna görə də, bizim heybətimiz ancaq rəhmin və əfvin unudulması və zülmün həyata keçməsi ilə yadlarda qalacaq.”1
Düzdür bu siyasət bütün xilafət ərazisində hökm sürürdü lakin Mədinə şəhəri daha çox təzyiqə məruz qalırdı. Çünki Mədinə əhalisi elə ilk günlərdən İslam qayda-qanunları ilə yaxından tanış olduğu üçün Mənsurun hökuməti kimi hər hansı bir azğın hökumətin tabeçiliyinə keçmək istəmir hər hansı bir hökmü İslam hökmü adı ilə qəbul etmirdi. Bundan da əlavə, Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra Mədinə şəhəri əsasən, İslamın böyük rəhbərlərinin moizə iqamətgahı olmuş digər tərəfdən də, hər biri öz dövrünün İslamını qoruyub saxlamaq və camaata rəhbərlik etmək vəzifəsini daşıyan İmamlar səkkizinci İmama qədər bu şəhərdə olmuş onların burada olması daima Mədinə müsəlmanlarının İslami hərəkəta başlamalarına səbəb olmuşdur.
Mənsurun hakimiyyəti dövründə İmam Sadiq (əleyhissəlam) o şəhid olduqdan sonra da onun əziz oğlu İmam Kazim (əleyhissəlam) İslami mübarizələr rəhbəri kimi Mədinə şəhəri isə zalım xəlifələrin özbaşınalıqlarına qarşı aparılan əsl İslami hərəkat mərkəzi hesab olunurdu.
Dostları ilə paylaş: |