Мя’сум имамларын


Zührinin İmam Səccad əleyhissəlamın hüzurunda şagirdliyi



Yüklə 4,88 Mb.
səhifə159/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   155   156   157   158   159   160   161   162   ...   427

Zührinin İmam Səccad əleyhissəlamın hüzurunda şagirdliyi


Zührinin məzhəb və məqsədi bizim alimlər arasında çox qalmaqallıdır. Bəziləri onu şiə və İmam Səccad əleyhissəlamın dostlarından bilmiş və bunun üçün bəzi sübutları şahid gətirmişlər. Bəziləri isə, onu İmamət ailəsinin düşmənlərindən və Bəni-Üməyyənin tərəfdarlarından bilərək tənqid atəşinə tutmuşlar. “Rövzətül-Cənnət” kitabının müəllifi bu iki versiyanı bir yerə toplayıb belə bir qərara gəlmişdir ki Zühri əvvəllər Bəni-Üməyyənin tərəfdarlarından olmuş ancaq öz elm və agahlığı nəticəsində ömrünün sonlarında haqq yolu taparaq Bəni-Üməyyə ilə əlaqəsini kəsmiş və İmam Səccad əleyhissəlamın şagird və dostları sırasına qoşulmuşdur.1 Lakin yuxarıdakı versiyanın əksinə olaraq bir çox tarixi sənəd və faktlar göstərir ki Zühri əvvəllər Mədinədə olduğu gənclik dövründə İmam Səccad əleyhissəlamla əlaqədə olmuş və onun dərslərindən istifadə etmişdir. Ancaq sonralar Bəni-Üməyyənin sarayına cəlb edilərək onlara xidmət etmişdir. Əməvilərin bəzi vaxtlar ona tənə edərək “sənin Peyğəmbərin İmam Səccad (əleyhissəlam) nə edir?” deməsi bu dövrə aiddir.2

İndi qısaca olaraq Zührinin həyatını araşdırıb onun Bəni-Üməyyə ilə olan əlaqələri barədə sübutları oxucuların nəzərinə çatdırırıq.



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin