İbn Əbil Hədid Zührini Əli əleyhissəlamın müxaliflərindən biri hesab edərək yazır: “Bir gün İmam Səccad (əleyhissəlam) eşitdi ki Zühri və Ürvə ibn Zübeyr Peyğəmbərin məscidində oturub Həzrət Əli (əleyhissəlam) haqqında nalayiq sözlər danışırlar. İmam Səccad (əleyhissəlam) məscidə gedib o iki nəfərin başı üstündə dayanıb onları möhkəmcə danladı.3
Zühri Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövründə Bəni-Üməyyə sarayının rifahından istifadə etmək üçün Dəməşqə getdi. Maddi üstünlüklər və zahiri məqamlara yiyələnmək üçün öz elmini vasitə qərar verib Əbdülməlikin fikrini özünə cəlb etdi. Əbdülməlik ona çox hörmət göstərib beytül-maldan onun üçün maaş təyin etdi və onun borclarını ödəyərək onun üçün bir qulluqçu ayırdı. Beləliklə Zühri Əbdülməlikin yaxın adamları sırasına qoşuldu.4 İbn Səd yazır: “Zührini Əbdülməlikin sarayına çəkən şəxs Əbdülməlikin kəbin-təlaq işləri üzrə xüsusi nümayəndəsi Qübeyzə ibn Züeyb olmuşdur.5 Beləliklə də Zührinin Bəni-Üməyyənin çirkin sarayı ilə əlaqəsi başlandı. O Əbdülməlikin sarayında rifahın şirin məzəsini dadıb saray həyatının ləzzətini gördü. Buna görə də, Əbdülməlikdən sonra da onun övladlarının – Vəlid Süleyman Yezid Hişamın sarayında eləcə də Ömər ibn Əbdüləzizin sarayında yer tutmuşdu. Yezid ibn Əbdülməlik Zührini qazı vəzifəsinə təyin etdi. Yeziddən sonra Hişam ibn Əbdülməlikin sarayında özünəməxsus mövqe tutmuş hörmət qazanmışdı. Hişam onu öz uşaqlarının müəllimi təyin etmişdi. Zühri ömrünün sonunadək bu vəzifədə çalışmışdır.6 Hişam onun səksən min dirhəm borcunu ödəmişdi.7 İbn Səd yazır: “Zühri Rəsafədə Hişamın yanına getdi. Bundan qabaq isə iyirmi il müddətində onların (Bəni-Üməyyənin) yanında qalmışdı.”1 Süfyan ibn Üyeynədən rəvayət olunur ki hicrətin yüz iyirmi üçüncü ilində Zühri Hişamla (öz dövrünün xəlifəsi ilə) birgə Məkkəyə gəlib bir il orada qaldı.2 Zühri sarayda rifah içərisində yaşamağa o qədər alışmışdı ki ömrünün sonlarında ona dedilər: “Kaş ömrünün bu axır çağlarında Mədinədə olaydın Peyğəmbər məscidində sütunların birinin kənarında oturub biz də sənin dövrəndə yığışaydıq sən də camaata dərs deyəydin.” O isə cavab verdi ki əgər belə iş tutsam dərim soyular. Bu iş mənim üçün məsləhət deyil. Bunun nəticəsi ancaq bu olar ki mən dünyadan əl çəkib Axirətdən yapışam.3