Seçim və proqramlaşdırma
İmam Sadiq əleyhissəlamın Abbasilər qiyamının başçılarının təklifini qəbul etməməsi barədə dediklərimizi qısa şəkildə belə demək olar ki təklif edənlər həqiqi və əsl bir qiyam üçün lazım olan səlahiyyətə malik olmamışlar. Onlar əsas qüvvələr deyildi ki onların vasitəsi ilə əsl İslami bir hərəkata başçılıq etmək mümkün olsun. Əgər İmam Sadiq əleyhissəlamın ixtiyarında kifayət qədər əsas qüvvə olsaydı şübhəsiz ki İmam qiyamın başçılığını öz öhdəsinə götürərdi. Başqa sözlə desək millətin fikri və əməli vəziyyətindən eləcə də siyasi-ictimai durumundan xəbərdar olan İmam Sadiq (əleyhissəlam) siyasi mübarizə aparmaq üçün əlində olan imkan və qüdrəti silahlı qiyam edib əsl İslam hökuməti yaratmaq üçün qələbə qazanmağa kafi bilmir və imkanatın məhdud olduğunu yaxşı bilirdi. Çünki əsl İslam hökuməti qurmaq üçün təkcə nizami qüvvə hazırlamaq kifayət etmir əksinə ondan qabaq İmamın məsum iman və mərifət sahibi olduğuna sidq ürəkdən inanan onun böyük fikirlərini başa düşən hakimiyyət sahəsində onun qurduğu sistemi müdafiə edib millət üçün ələ gəlmiş nəticələri qoruya bilən əqidəvi bir ordu qurmaq lazım idi.
İmam Sadiq əleyhissəlamın səhabələrindən biri ilə etdiyi söhbət də yuxarıda deyilənləri təsdiq edir. Südeyr Seyrofi deyir ki İmam Sadiq əleyhissəlamın yanına gedib dedim: “Nə üçün (sakit) oturmusunuz?” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Südeyr məgər nə hadisə baş vermişdir?”
Dedim: “Dost şiə və tərəfdarlarının çoxluğu barədə deyirəm.”
— Səncə onlar neçə nəfər olar?
— Yüz min nəfər.
— Yüz min nəfər?
— Bəli bəlkə də iki yüz min.
— İki yüz min?
— Bəli bəlkə də dünyanın yarısı.”
Bu söhbətdən sonra İmam Sadiq (əleyhissəlam) Südeyrlə birlikdə Yənbə adlı bir yerə gələrək orada bir sürü keçi balası görüb buyurdu: “Südeyr əgər bizim dost və tərəfdarlarımızın sayı bu keçi balaları qədər olsaydı biz sakit oturmazdıq.”2
Bu hədisdən belə nəticəyə gəlirik ki İmam Sadiq əleyhissəlamın fikri qətiyyən belə olmuşdur ki təkcə hakimiyyətə gəlmək kifayət etmir nə qədər ki, hökumət camaatın müxtəlif kütlələri tərəfindən himayə olunmur köhnə rejimi aradan götürüb yeni - əsl İslami rejimi qurmaq qeyri-mümkündür. Xalq kütlələri elə olmalıdırlar ki hökumətin məqsəd və fikirlərini başa düşməli hökumətin fikri ilə həmfikir olmalı onun irəliləməsi sahəsində addım atmalı camaat üçün hökumətin tutduğu mövqeləri açıqlamalı və çətinliklərlə üzləşdikdə, dözümlü olub səbr etməlidirlər. İmam Sadiq əleyhissəlamın söhbətindən belə başa düşürük ki əgər o Həzrətin ixtiyarında düşmənə silahlı mübarizə yolu ilə qalib gəldikdən sonra İslami məqsədlərini həyata keçirə biləcək dost və tərəfdarları olsaydı yəqin ki silahlı mübarizəyə başlayardı. Ancaq zamanın şərait və vəziyyəti İmam əleyhissəlama bu fürsəti vermirdi. Çünki bu iş elə bir iş idi ki əgər yüz faiz məğlub da olmasaydı yenə onun nəticəsi zəmanət olunmamışdı. Başqa sözlə desək mövcud olan belə şəraitlə hərəkat məğlubiyyətə uğramasaydı da, onun qələbə ilə nəticələnəcəyi də qəti deyildi.1
Dostları ilə paylaş: |