Çox təəssüflə qeyd etməliyik ki Əbu Müslim verilmiş bu əmrə son dərəcə xırdalıqlara qədər əməl edib onu həyata keçirtdi. Hətta iş o yerə çatdı ki o Yafeinin dediyinə görə öz dövrünün Həccacına çevrilib Abbasilərin hakimiyyətinin möhkəmlənməsi uğrunda saysız-hesabsız adamlar qırdı.3
Tarixçilər yazırlar: “Əbu Müslimin öz hakimiyyəti dövründə öldürdüyü adamların sayı altı yüz min nəfər olmuşdur.”4
Əbu-Müslim özü bu cinayətlərinə etiraf edirdi. O Mənsur tərəfindən hədələnərkən ona bir məktub yazıb bildirdi: “Qardaşın (Səffah) mənə əmr verdi ki qılınc çəkib şübhələndiyim şəxsi həbs edim kiçik bir ittiham vasitəsilə qətlə yetirim heç bir bəhanəni qəbul etməyim. Mən də onun əmrinə itaət edib Allahın hörmət olunmasını vacib buyurduğu bir çox şeylərin hörmətini pozdum Allahın hörmətinin saxlanılmasını vacib buyurduğu bir çox qanlar axıtdım hakimiyyəti onların əlindən alıb başqasına verdim...”5
Mənsur da onun dediklərini təsdiqlədi. O Əbu Müslimi edam etməzdən qabaq onun törətdikləri cinayətləri sayarkən qeyd etdi ki nə üçün altı yüz min nəfəri əzab-əziyyətlə qətlə yetirdin? Əbu-Müslim bu dəhşətli faciəni inkar etmədən cavab verdi ki bunların hamısını sizin hakimiyyətinizin möhkəmlənməsi üçün yerinə yetirmişəm.6
Başqa bir yerdə Əbu Müslim döyüşənlərdən başqa öldürdüyü şəxslərin sayını yüz min nəfər qeyd edir.7
Əbu Müslim öz keçmiş dostlarına belə rəhm etmirdi. Belə ki “Vəziri-Ali-Məhəmməd8 (səlləllahu əleyhi və alih)” ləqəbi ilə tanınmış öz dostu və həmkarı Abbasilərin qalib gəlməsində böyük rolu olmuş ümumiyyətlə, qiyamın əsas iqtisadi dayağı olmuş Əbu Sələmeyi-Xəllalı öldürdü.9
Buna əsasən, əgər tarix səhifələrində Əbu Müslim həccə gedərkən bədəvi ərəblərin onun yolundan qaçıb uzaqlaşdığını oxuyuruqsa heç də təəccüblənməməliyik. Çünki onlar Əbu Müslimin qəddarlığı barədə çox eşitmişdilər.1
Dostları ilə paylaş: |