(İkinci Abbasi xəlifəsi) Əbu Cəfər Mənsur Dəvaniqi çox zalım qəddar daşürəkli bir şəxs olmuşdur. O İslam cəmiyyətini bədbəxtliyə sürükləmiş camaatı boğaza yığmış və kiçik bir müxalifətə belə, qılıncla cavab verirdi. Mənsur zalım olmasından əlavə, həm də həddən artıq tamahkar3 paxıl dardüşüncəli bir şəxs olmuş və Abbasi xəlifələri arasında paxıllıq və tamahkarlıq üzrə ad çıxarmışdı. Tarixi qaynaqlarda onun həddən artıq paxıllıq və tamahkarlığı barədə çoxlu dastanlar qeyd olunmuşdur. Ancaq onun cəmiyyətdə yaratdığı maliyyə çətinliklərini və insanı əldən salan iqtisadi təzyiqlərini təkcə onun paxıl və tamahkar olması ilə əlaqələndirmək olmaz. Çünki o öz hakimiyyəti dövründə cəmiyyətin iqtisadi vəziyyətini iflic halına salaraq camaatı həyat səhnəsində məhv etdi. O təkcə müsəlmanların ümumi malını hökumət xəzinəsində yığıb toplamaqla onu abadlıq işləri və camaatın rifahı sahəsində xərcləməmiş üstəlik camaatın əlində olanı da, güclə onlardan alıb heç kimdə az da olsa, belə pul qoymamışdı. Bəzi tarixçilərin dediyinə görə Mənsurun bu yolla topladığı mal-dövlətin dəyəri səkkiz yüz milyon dirhəmə çatırdı.1
Bəli bütün ölkədə icra edilən bu ətraflı proqram elə bir proqram deyildi ki onu təkcə Mənsurun son dərəcə paxıllıq və tamahkarlığı ilə əlaqələndirmək mümkün olsun. Əldə olan sübutlar göstərir ki cəmiyyətdə iqtisadi və maliyyə çətinlikləri yaratmaq qabaqcadan hazırlanmış və Mənsurun xüsusi məqsədləri əsasında qurulmuş bir siyasət olmuşdur. Mənsurun bu çirkin siyasətdən məqsədi bu olmuşdur ki qoy camaat həmişə ac ehtiyac içərisində olub daima ona göz diksin və belə olduğu bir halda da, ancaq qarınlarını doyurmaq fikrində olub daha böyük ictimai hadisələrlə məşğul olmağa macal tapmasın. Mənsur bir gün öz dost-tanışının bir qisminin yanında camaatı ac saxlamaqda olan məqsədini uca səslə belə bəyan etdi: “Bədəvi ərəblər öz misallarında yaxşı demişlər ki itini həmişə ac saxla qoy çörək tapmaq üçün daima sənin ardınca düşsün.” Bu zaman Mənsurun bu təhqiramiz ifadəsindən bərk narahat olmuş bir şəxs dedi: “Qorxuram ki başqa bir şəxs həmin itə bir parça çörək versin it də çörəkdən ötəri onun ardınca düşüb səndən əl çəksin.”2
Mənsur öz hakimiyyəti dövründə təkcə özünün bu çirkin aclıq siyasəti ilə kifayətlənmir üstəlik bu siyasəti oğlu Mehdiyə də tövsiyə edirdi. O oğlu Mehdiyə etdiyi vəsiyyətlərin birində deyir: “Mən camaatı müxtəlif yollarla özümə tabe etmişəm. İndi camaat üç qisimdir: Bir dəstəsi ac-yalavacdır və həmişə ehtiyac əllərini sənə tərəf uzadacaq. Bir dəstəsi qaçaq düşüb həmişə öz canlarını qorumaq hayındadır. Üçüncü dəstə isə həbsdədir və öz azadlıqlarını yalnız sənin əfv və mərhəmətində arzulayır. Elə ki hakimiyyətə gəldin camaat üçün rifah və asayiş meydanını çox açıq qoyma.”3
Bu həqiqətlər göstərir ki bu proqram Mənsurun hakimiyyətinin möhkəmlənməsi məqsədilə icra olunurmuş. Məqsəd isə dövlət mülkiyyətində olan mal-dövlətdən qənaətlə istifadə etmək deyil mübariz qüvvələri zəiflədib aradan götürməklə camaatın müxalifət sədalarını yatırmaq olmuşdur.
Dostları ilə paylaş: |