«Dəvəaxtaran» hekayəsinin faydalarının şərhi
Ey etimad sahibi, dəvəsin itirənsən?!
Hərə bir cür danışır, sənin itmiş dəvəndən?!
Sən özün də bilmirsən, dəvən hardadır sənin?!
Lakin şübhələnirsən, dəvən dardadır sənin.
Zəhmətkeş olan şəxslər, dəvəsini itirməz!
Axtarar dəvəsini tapar, vaxtı ötürməz!
Deyər:- Bəli özümdə, dəvəmi itirmişəm,
Kim onu, tapa bilsə muzdunu gətirmişəm.
Dəvəni tapmaq üçün, səninlə dostluq edər.
Dəvənin tamahkarı, sənlə oyuna gedər.
O düz nişanəsini, ayırmaz əyrikindən,
Təqlid edənə deyər, Əsa gəlmiş Təkindən!351
Kimə desən xətadır, səninçin o nişanə?!
Sənin təqlidinə də, xəta deyər zamanə!
Əgər düzgün əlamət, ona oxşar desələr?!
Onda, aydın olacaq, sənə bütün şübhələr.
O canların səfası, səndən inciyəcəkdir.
Hissin, zahir məkanın, qoruyacaq o, bir- bir!
Üzün rəngi, qolunun, qüvvəsi olacaqdır!
Hülqumuna meyvələr birə- yüz dolacaqdır!
Gözün işıqlı olar, ayaqların qaçağan,
Cismin ruha çevrilər, olar göyə uçağan.
Sonra deyərsən ki, sən düz dedin, Haqqı bilmiş,
Həmin o nişanələr, təbliğat üçün gəlmiş.
Qəti sübut kimidir, Ayələri bizlərə,
Tam bir barat kimidir, qədirli əzizlərə.
Nişanəyə ədalət deyərək, get irəli,
Ahəng zamanı gəlmiş, sən ondan keç irəli.
Səni izləyəcəyəm, ey həqiqət söyləyən!
De, mənim dəvəm hanı, axı sən izindəsən?!
Dəvən o şəxs yanında, onun dəvəsi yoxdur.
Dəvə işləmək sevər, onun həvəsi çoxdur.
O, doğru nişanədən, yəqinlik hasil etmir,
Dəvənin əksin görür, həqiqət bilib getmir.
Bəsirətlə hiss etdi, «cəddinin» xoş məramın,
Bu danışıq, sədalar, vəcdə gətirər hamın.
Dəvəyə sahibliyi, haqqı ona verməmiş,
Lakin məlumdur, o da, dəvə itirən imiş.
Azmış dəvəyə ümid, pərdələnmiş görünmür.
Nəyi itirmişdirsə, yaddan çıxmış, bilinmir.
O haraya qaçırsa, bu da yüyürür, böylə,
Hərislikdən həmdədrddir, özünün sahibiylə.
Bir hiyləgər, pak ilə, birlikdə yoldaş oldu.
Hiyləgərin yalanı, doğruyla sirdaş oldu.
Dəvənin tələsdiyi, həmin qumlu səhrada,
Başqa bir dəvə tapdı, o da, şumlu səhrada.
O, dəvəni görən tək, özün yadına saldı.
Tamahından əl çəkdi, sözün yadına saldı.
O otlaqda otlayan dəvəsini görən tək.
Təqlidçi dönüb oldu, saf bir ömür sürən tək!
O dəvə tələbkarı, bir anlıq göz gəzdirdi.
Onu tapa bilmədi, gəzmək onu bezdirdi.
Sonra tənha gəzməyi, özünə rəva bildi,
Öz dəvəsi ardınca, gəzmək fikrinə gəldi.
Dedi:-İndiyə qədər, əfsus deyib, durmuşam,
Yaltaqlıq göstərmişəm, tamah evi qurmuşam.
Indi bu vaxt, bu vədə, sənlə həmdərd olmuşam,
Özüm öz tələbimlə, ayrı bir fərd olmuşam.
Səndən oğurladığım, dəvənin vəsfi oldu,
Mənim özümü gördü, onun gözləri doldu.
Əgər tapmasa idim, olmazdım tələbkarı,
Indi «mis» məğlub oldu, «qızıl» qalxdı yuxarı.
Şükr etməklə itaət, mənim «günah»ım oldu,
Cəddə şükürlər sübut, hənək352 fani353 tək soldu.
Mənim «pis» əməllərim, qovuşdurdu Haqqıma,
Bu «pis» əmələ görə, mənə danlaqlar vurma!
Sənin öz sadiqliyin, tələbini etmişdi,
Cəddən sədaqət yolun, istəməyə getmişdi.
Sidqin354 sübut olundu, sənin axtarmağınla.
Axtarmaq sübut oldu, sidqimə varmağınla.
Mən torpağa əkirdim, var- dövlətin dənini,
Bir işsizlik sanırdım, mütiliyin dəmini.
O işsizlik deyildi, sənət idi fitrətdən,
Bir toxum əkirdimsə, məhsul olurdu yüz dən.
Oğru bir evə tərəf, sürünüb, ora qondu,
Evdən çıxanda gördü, çıxdığı ev onundu.
Sən «isti» ol, ey «soyuq», «istilik» qismət olsun,
«Sərt»liklə dostluq eylə, lətiflik qismət olsun.
O, iki dəvə deyil, bir dəvədir, yəqin bil,
Sözüm çətinə düşdü, lakin məna dərindir.
Söz tamlıqla mənanın, öhdəsindən, heç gələr?!
Nəbi demiş:- Haqq bilən, bütün dilləri bilər.355
Idrak hesablamaqda, sanki «üstürlab»356 kimi,
Göylərdəki Günəşi, bilən bir «Kitab» kimi.
Xüsusən elə göy ki, asiman bir qanadı,
Günəş, Haqq Günəşindən, bir zərrəyə oxşadı!
Dostları ilə paylaş: |