Мювлана ъялаляддин

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 2.29 Mb.
səhifə5/27
tarix21.10.2017
ölçüsü2.29 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

Qonaq gördü ki, ona ye- iç söyləyirlər çox!


Dedi: - Mənim bu gecə əylənməyə halım yox!

Lakin yemək düzüldü, oxumalar başlandı,

Xanəgah başdan-başa, toz-tüstüylə xoşlandı.

Mətbəx tüstülənirdi, onlar dövrədəydilər,

Şövqdən vəcdə gələrək, ayaq döymədəydilər!

Gah əllərin açaraq ayaq oynadırdılar,

Gah da səcdə edərək, «onu» da dadırdılar.

Pis niyyətli sufilər, dünyamızda hələ var,

Onçun da sufilərin bir qismi çox xar olar.

Lakin o sufilər ki, Haqq nurundan doyarlar,

Onlar qəmdən, fikirdən özün azad sayarlar.

Minlərlə sufilərdən, az miqdarı sufidir,

Qalanlar o ad ilə, imansız ölüb gedir!

…Əvvəldən sona qədər səs qulağı deşirdi.

Zərbçi zərbini vurur, mütrib daim deyirdi:

- Ulaq getdi, ulaq hey, ulaq getdi, ulaq hey!

Düzdüyü bu sözləri, oxuyurdu peydər- pey!69

Bu minvalla şübhədək, onlar oynayaraq hey,

Əl çalıb deyirdilər: «Ulaq getdi, ulaq hey!»

Təqlid üsulu ilə həmin qonaq sufi də,

«Ulaq getdi» deyirdi, məclisi güdə-güdə!

Ötüşdü yemək-içmək, oxumaq cuşa gəlmək,

Səhər oldu, vaxt çatdı,vidalaşıb əkilmək.

Xanəgah sufilərdən tamamilə boşaldı,

«Qonaq» tək- tənha qaldı, ulağın yada saldı.

Hücrədən tez çıxaraq tövləyə tərəf getdi,

Tövlədə ulağına o, baxmağa cəhd etdi.

Sufi tələsirdi ki, tapsın yol-yoldaşını,

Ulağın görməyəndə, o itirdi başını.

Dedi: - Ola bilsin ki, nökər suya aparmış,

Çünki ulaq dünəndən susuzdur, susuz qalmış.

Xidmətçi gəldi, sufi soruşdu, ulaq hanı?!

Nökər dedi: - Yarama bax, əhvalımı tanı!

Dedi: - Mən ulağımı dünən sənə tapşırdım!

Səni öz ulağıma bir gözətçi sanırdım!

Bu işi aydınlaşdır, çənə-boğaz eyləmə!

Sənə nə tapşırmışam qaytar, çox naz eyləmə?!

Nəyi gətirmişəmsə onu tələb edirəm?!

Qaytar, nə vermişəmsə, öz yolumla gedirəm?!

Peyğəmbər belə demiş: - Aldınsa borc əlinə?!

Sonda onu yenidən qaytar öz sahibinə!

Sənsə əksin etmisən, canisən həmin andan.

Gedək qazi yanına, haqq tələb edək ondan!

Dedi: - Mən sufilərə mane ola bilmədim,

Hücum etdilər mənə, qorxudan mən dinmədim!

Ac pişiklər əlinə düşdün ciyərbənd kimi,

Indi nə axtarırsan ciyərbəndi yeyəni?!

Yüz acın ortasına təbərrik tək düşmüsən,

Yüz it-pişik içində dərdindən büzüşmüsən.

Dedi: - Tutalım səni, zülmə düçar etdilər?!

Canına qəsd edərək, əleyhinə getdilər?!

Bəs neçin sən bu işi, mənə xəbər vermədin?!

Ulağını satırlar, sən xəbər yetirmədin?!

Ulaq aparanlardan alardım ulağımı,

Apara bilməzdilər, qaytarardım malımı!

- Yüz tədarük gördülər, onlar sənlə idilər,

Indi dağılışdılar, nə var idi yedilər.

Mən indi kimi tutum, qazıya kimdən deyim?!

Başıma bu qəzanı gətirdin mən neyləyim?!

Əgər gəlib desəydin, bu işi söyləsəydin?

Bu qorxulu hadisə olardımı, ey bidin?!

Dedi: - Vallah gəldim mən təkrar-təkrar dedim mən,

Sənə xəbər verməkçin çox cəhdlər eylədim mən.

«Ulaq getdi» ey oğul, oxuyaraq yeyirdin!

Bütün oxuyanlardan, daha zövqlə deyirdin!

Mən belə düşünürdüm, sən bilirsən bu işi.

Bu qəzaya razısan, özünsən arif kişi!

Dedi: - Sən dediyini, axı hamı deyirdi?!

Onların dedikləri, mənə də zövq verirdi.

Onların təqlidləri, aldatdı məni belə,

Yüzlərlə lənət olsun, təqlid eyləyən dilə.

Xüsusi təqlid ilə xeyirsiz oxudular,

Bir tikə çörək üçün tələlər toxudular.

Zövqlü nəqarətlərə, şən rəqslərə gedirdin,

Onlar ilə birlikdə, zövqlə təkrar edirdin.

Səmimi olan dostdan, neçə zidd70 lazımdır ki?!

Ziddi başa düşəsən, olasan onun əksi?!

Nəqarət təkrarlandı, onu təqlid kimi bil.

Əgər çox davam etsə, axtar təqlidi ey dil!

Tədqiq etməsən əgər, dostları dost sayma sən,

Sədəf sındırılmasa, dürrlər tapa bilməzsən?!

Ağıl, göz-qulağını, saf istəyirsənsə sən?!

Tamah pərdəsin, gərək yırtıb sökə biləsən!

Həmin o sufilər ki, tamahçın təqlid etmiş,

Nurun parıltısından, ağıl kənara getmiş.

Sufiləri tamahı yoldan çıxartsa əgər,

Rəzillik qapısında qalıb gunahlar edər.

Yemək-içmək, əylənmək bu işlərdən zövqlənmək,

Ağlına mane olar, nurdan almazsan kömək.

Aynanda tamahının əksin görməsən əgər,

Sən də bizim kimisən, əyri yoldan et həzər.

Tərəzidə çəkidə xalqı aldatsan əgər?!

Necə düz danışarsan, tərəzin verir xəbər?!

Hər nəbi millətinə səfalar vəd edirdi,

Istəmirəm sizlərdən müjdəmə haqq deyirdi.71

Mən dəliləm, Haqqımız, bəndələrin sevəndir,

Mənim «dəllallığıma» Haqqım qiymət verəndir.

Hər bir «dəllal» olanın, əməlinin muzdu var.

Muzdun vermək lazımdır ki, olmasın qəlbi dar.

Mənim muzdum nədir ki, mənlə «görüşsün» o Yar!

Əgər bağışlasa da Bübəkr72 qırx min dinar.

Qırx min dinar nədir ki, mənə müzd ola bilsin?!

Mis necə əvəz edər, mirvari dürdanəsin?!

Bir hekayət söylədim qulaq as, diqqət eylə.

Biləsən tamahkarlıq, bağlar qulağı böylə.

Kimin tamahı olsa, işləri alt-üst olar!

Heç tamahla qəlb gözü, nurlu işıqla dolar?!

Gözünün qarşısında qızıl-gümüş xəyalı,

Sanki gözün içində bir «tük» olar bəlalı.

Yalnız həmin «məstlik» ki, Haqqdan olubsa qismət,

Haqq «xəzinə» verərsə, onda alarsan qiymət.

Kim ki, Haqq «görüşündən» bir yol olsa xəbərdar,

Bu dünya gözlərində dönüb olar bir murdar.73

Lakin sufi məstlikdən Haqqından uzaq idi,

Hərisliyin gücündən «Nur» ona yasaq idi.

Hərislikdən məst olan yüz hikmət eşitsə də,

Tamahın təsirindən tapa bilməz nöqtə də!

Zindana düşüb onunla zindanda olanları zara gətirən müflisin hekayəti

Bir şəxs müflis olaraq xanımansız qalmışdı,

O, zindana düşmüşdü, sanki cansız qalmışdı.

Zindanda olanların şərikdi çörəyinə,

Tamahla dağ çəkirdi, onların ürəyinə!

Çörəyi zəhər edib, yeməyə qoymurdu o,

Cəld götürüb qaçırdı, yedikcə doymurdu o,!

Tanrının dəvətindən hər kim uzaqda qalsa,

Demək gəda kimidir, əgər sultan da olsa.

Mürüvvəti endirmiş, atmış ayaq altına,

Döndərmiş o zindanı cəhənnəm həyatına.

Rahatlıq ümidiylə qaçsan bir yerə əgər?

Həmin yerdən, şübhəsiz başqa bir adət gələr.

Dünyada heç künc-bucaq vəhşisiz, damsız74 deyil.

Haqqın xəlvətgahından,75 başqa yer ramsız76 deyil.

Qaçılmaz dunyamızın zindanının küncü də,

Mükafatsız deyildir, var onun sevinci də.

Vallah, muş yuvasına daxil olsan da əgər?!

Mübtəla olacaqsan, yeyəcəkdir pişiklər.

Insan xəyalıyla da özün tox edə bilər,

Xəyallarında onun canlanarsa bir gözəl.

Xəstəliyi düşünsə xəyallarında əgər,

Mum atəş üzərində əriyən tək əriyər.

Ilanlar, əqrəblərin yanında olsan əgər

Xoş xəyallar düşünsən Tanrı səni qoruyar.

Ilan-əqrəblər sənə sanki bir munis olar,

Xəyalında möcüzə, kimyalı bir mis olar.

Şirin-şirin səbr etmək o xoş xəyaldan doğar,

O sevincdən, fərəhdən, arzu-amaldan doğar.

Dediyimiz sevinclər, yaxşı imandan doğar,

Iman zəif olarsa, qəmlər başına yağar.

Səbir, imandan tapar yaxşı düşünən kəllə,

Kimin səbri olmasa imansızdır o hələ.

Peyğəmbər belə demiş: - Haqqı verməsə iman,

O şəxsdə səbir olmaz bir işi edən zaman.

Biri sənin gözündə olar bir ilan kimi,

Başqasının gözündə ona yar olan kimi.

Birisinin gözündə «xəyal» küfrə dönübdür,

Dostlarının gözündə o möminə dönübdür.

Bir şəxsin daxilində vardırsa hər ikisi,

O gah balıq, gah tilov, ikisindən birisi.

Onun yarısı mömin, yarısı kafir olar.

Yarısı hirs gətirər, yarı səbirlə dolar.

Haqq demiş Quranında:«Fəminkum möminin»dur,77

Yenə ardın söyləmiş: - «Vəminkum kafirun»dur.78

Necə ki, bir inəyin tən yarısı qaradır,

Başqa bir yarısı da ağappaq ayparadır.

Kimi bir hissəsini görüb onu rədd eylər,

Kimi ayrı qismini, görmək üçün cəhd eylər.

Qardaşları gözündə Yusif nifrətə layiq,

Yaqub gözlərinə nur verən qüdrətə layiq!

Pis xəyal düşünənin gözüdə çirkin idi,

Əsil göz, fəri79 gözün, içində itgin idi.

Sən o zahiri gözü, onun bir kölgəsi bil,

O nəyi görəcəksə, ona dönəcək ey dil.

Əslin kölgəsidir bu, lakin fərisi hanı?

Kölgə özü Günəşlə birdir, sən onu tanı!

Sən məkansan əslinsə bil ki, «Laməkandadır»!80

Bu dükanı bağla sən, əslin o dükandadır.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə