Faylların ötürülməsi xidməti (File Transfer Protocol) – faylların ötürülməsi və qəbul edilməsi İnternet – qulluqda ən keyfiyyətli vəzifədir.FTP xidmətinin beynəlxalq şəbəkədə ös serveri var və burada verilənlərin arxivi saxlanır. FTP protokolu eyni zamanda iki TCP - server və müştəri birləşməsi ilə işləyir , biri vasitəsi ilə verilənlərin ötürülməsi baş verir, ikinci birləşmə isə idarəedici rolinu oynayır.
İRC xidməti (İnternet Realy Chat) – yəni real vaxt xidməti bir neçə adamla eyni vaxtda ünsiyyəti təmin edir. Telekonferensiya xidmətindən fərqi ondadır ki, bütün dünyada açılmış mətnin müzakirəsi iştirakçilar arasında İRC sisteminin bir kanalında baş verir,bu zaman ancaq bir neçə adam iştirak edə bilər.Hər bir istifadəçi özünün xüsusi kanalını yarada bilər və ora "müzakirə" üçün iştirakçiları dəvət edə bilər və yaxud hazırda açıq olan kanala qoşula bilər.
İCQ. Hal – hazırki vaxtda İnternetə qoşulmuş insanın İP – ünvanın axtarışını təşkil edir.Bu qulluğun adı – I SEEK YOU –Mən səni axtarıram adlanır.Bu qulluqdan istifadə üçün onun mərkəzi serverində qeydiyyatda olmaq lazımdır.(http://www/icq.com) və UİN ( Universal Internet Number )fərdi nömrəsini almaq lazımdır.
World Wide Web (WWW) xidməti . Müasir İnterrnetiin ən məşhur xidmətidir. WWW – vahid məlumat fəzasıdır, bu öz növbəsində , Web- serverdə saxlanılan, bir – biri ilə bağlı olan yüz milyonlarla elektron sənədlərdən ibarətdir. Web fəzanı təşkil edən ayrı – ayrı sənədlər Web – səhifələr adlanır. Mövzular cəhətdən birləşən Web səhifələri Web- qovşaq adlandırırlar( daha geniş mənada Web – sayt və yaxud sayt). Web- səhifələrin adi sənədlərdən fərqi ondan ibarətdir ki, onlar konkret daşıyıcə ilə bağlı olmayan rəsmi şəklə salınır (formalaşır).Məsələn,vərəqdə çap olunacaq hazır sənəd–çap vərəqinin parametrlərindən, enindən,hündürlüyündən və sahələrin ölçüsündən asılıdır. Web– sənədlərə isə qabaqcadan məlum olmayan kompüterin ekranında baxmaq olar.Bu zaman istufadəçinin işlədiyi kompüterin nə ekranının ölçüsü, nə rəngin parametrləri, nə qrafik genişlənmə, nə də əməliyyat sistemi məlum ola bilər. Ona görə də Web- sənədlər "bərk formatlaşmaya " malik deyillər.Rəsmi şəklə salınma bilavasitə istifadəçinin kompüterində əks olunma zamanı baş verir. Web- səhifələrə baxmqa üçün istifadə olunan proqramlara – broyzerlər deyilir.Broyzer – sənədin ekranda əks olunmasını təmin edir.
DNS xidməti. Biz İnternetin protokollarından danışan zaman,qeyd etdik ki, İnternetdə ixtiyari kompüterin və yaxud da ixtiyari lokal şəbəkənin ünvanı dörd bayt vasitəsi ilə ifadə oluna bilər,məsələn, 195.28.132.97. Digər tərəfdən isə qeyd etdik ki, hər bir kompüter xüsusi domen ada malikdir, məsələn,www.abcdef.com
Burada heç bir zidiyyət yoxdur, bu eyni bir şəbəkə kompüterinin ünvanın yazılışıdır.İnsana İP – ünvanlarının rəqəmlərlə yazılışı ilə işləmək çətinlik törədir,ona görədə məzmuna uyğun adla işləməyə daha çox üstünlük verir.