Cədvəl 3. Maneələr və yaratdıqları küylərin səviyyələri
Maneə növü
Küy səviyyəsi
Nümunə
Hava
Minimum
Taxta
Aşağı
Ofis arakəsmələri
Suvaq
Aşağı
Daxili divarlar
Sintetik Materiallar
Aşağı
Ofis arakəsmələri
Azbes
Aşağı
Tavan
Şüşə
Aşağı
Pəncərə
Su
Orta
Nəm taxta, akvarium
Kərpic
Orta
Daxili və xarici divarlar
Mərmər
Orta
Daxili divarlar
Kağız
Yüksək
Kağız yığınları
Beton
Yüksək
Döşəmə və xarici divarlar.
Zirehli Şüşə
Yüksək
Turşuəhlükəsizlik yerləri
Metal
Çox Yüksək
Masalar, ofis arakəsmələri
Şəbəkənin qurulması zamanı müraciət nöqtələri təyin edilərkən ətraf mühit çox yüksək dəqiqliklə incələnməlidir. Bu zaman xüsusən mühitdə olan və yayılan dalğalara mane ola biləcək təsirlərə diqqət yetirilməlidir.
Müraciət nöqtələrinin yerinin təyin edilməsinin ən yaxşı üsulu ərazinin radio-dalğa xəritəsinin hazırlanmasıdır. Bunun üçün aşağıdakıları əldə etmək lazımdır:
Tikilinin (şəbəkənin qurulacağı ev, ofis və s.) planı;
Seçilmiş istehsalçıya aid ən az bir stansiya və şəbəkə kartı;
Naqilsiz şəbəkə kartı üçün PCMCIA slotu olan portativ kompyuter.
Xəritə hazırlanarkən aşağıdakılar edilməlidir:
Binanın əlimizdə olan planının doğruluğunun isbatlanması. Binanın tikilməsindən qabaq mühəndislər tərəfindən onun planı hazırlanır və tikinti zamanı aparılan dəyişikliklər orada göstərilməyə bilər. Bu dəyişikliklər binadakı bəzi divarların, qapı-pəncərənin və s. yerinin dəyişməsi ola bilər. Buna görə də binada gəzib planın doğruluğundan əmin olmaq lazımdır.
Daimi istifadəçi yerləri təyin edilməlidir. Plan üzərində sabit olaraq qalmalı olan istifadəçi yerləri işarətlənməlidir.
Hərəkətli istifadəçilərin hərəkət edə biləcəkləri sahələri təxmini olaraq təyin edilməlidir. Bəzən bu sahə bütün binanı əhatə edə bilər, lakin yenə də istifadəçilərin heç gətməyəcəkləri yerlər olacaqdır.
Böyük küylərə səbəb ola biləcək maneələr müəyyən edilməlidir. Radio dalğaların yayılmasını çətinləşdirən bu maneələr xəritə üzərində qeyd edilməlidir.
Potensial qarışıqlıq qaynaqları müəyyən edilməlidir. Mühitdə radio-dalğadan istifadə edərək naqilsiz şəbəkənin işinə mane ola biləcək başqa cihazlar müəyyən edilməlidir. Bu addım çox mühimdir. Əyər şəbəkə qurulmadan əvvəl bu edilməzsə şəbəkənin qurulmasından sonra istifadəçilərin bir hissəsi qarışıqlıqlar səbəbiylə şəbəkədən kənar qala bilər. Bu isə maddi zərər deməkdir.
Naqilsiz LAN istehsalçılarının verdiyi xüsusiyyətlərə və 4-cü, 5-ci addımlardan aldığımız məlumatlara əsaslanaraq müraciət nöqtələri və naqilsiz serverlərin ilkin yerləri təyin edilir. Məqsəd, sabit yerli və mobil istifadəçilərin şəbəkə resurslarından istifadə edə biləcəyinə əmin olmaqdır. Kiçik sahəli yerlərdə müraciət nöqtələrinə ehtiyac olmaya bilər, lakin sahə böyüdükcə onlara çox hüceyrəli şəbəkələr qurmaq üçün ehtiyac yaranır.
Müraciət nöqtələrinin yerləri dəqiqləşdirilir. Bunun ən sərfəli yolu 6-cı addımda təyin olunmuş yerlərə müraciət nöqtələrinin qoyaraq potensial istifadəçi yerlərində dalğa gücünün yoxlamaqdır. Bunun üçün uyğyn naqilsiz şəbəkə kartına sahib portativ kompyuterə və istehsalçı tərəfindən xüsusi olaraq bu məqsəd üçün hazırlanmış proqrama ehtiyac var. Həmin bu proqram vasitəsi ilə portativ kompyuterdən digərlərinə dalğa göndərilərək və qəbul edilərək yaranan əlaqə zamanı dalğanın gücü təyin edilir.