7. NİTQİN NÖVLƏRİ VƏ FORMALARI.
DİL VƏ NİTQ. DİOLOJİ NİTQ. MONOLOJİ NİTQ
Nitq fəaliyyəti danışma, dinləmə, yazı və oxu proseslərini birləşdirir. Buna gərə də nitq daha çox şifahi və yazılı, monoloji və dioloji, zahiri və daxili(lal) növlərinə bölünür.
Xalq danışıq dilinin cilalanmış forması olan şifahi ədəbi dil fonetik, leksik, morfoloji və sintaktak normalar əsasında fəaliyyət göstərir. Bu normalara qarşı duran ədəbi dilin şifahi forması qədim dövrlərdən, hələ yazı meydana gəlməmişdən qabaq xalq yaradıçılığı dili kimi insanlar tərəfindən holavarlar, sayaçı sözləri, ağılar, atalar sözləri, zərb-məsəllər, qaravəlli, tapmaca, nağıllar, bayatılar, mahnılar, xalq oyun və tamaşalarında işlədilmişdir. Şifahi nitqi xarakterizə edən başlıca cəhət onun eşidilməsidir. Bu nitq danışılan, səslənən nitqdir. Şifahi nitqdə danışan intonasiyadan, mimika və əl-qol hərəkətlərindən istifadə edə bilir.
Şifahi nitqin baş vermə səbəbi insanın beyin fəaliyyəti, düşünmə fəaliyyəti ilə idarə olunur, danışıq üzvləri fəallıq göstərir. Əgər səsin ahəngində ciddi bir dəyişiklik yoxdursa, nitq adi nəqli cümlə intonasiyasından kənara çıxmırsa, danışan öz nitqini ünvanladığı şəxslərə yox, başını aşağı yerə və ya hər hansə bir nöqtəyə dikirsə, mimika və jerstlərdən yararlanmırsa, belə nitq onun özünə də, onu dinləyənlərə də lazımsız görünər.
Şifahi nitqin xüsusiyyətlərini belə şərh etmək olar: 1) Şifahi nitq söylənir və eşidilir; 2) Şifahi nitqdə dinləyicilərin kimliyi nəzərə alınaraq aydın, ümumişlək sözlərə üstünlük verilir; 3) Qısa və sadə cümlələr, yaxud söz-cümlələr, replikalar əsas yer tutur; 4) Nitq danışıq dili xüsusiyyətləri ilə səsləşir; 5. İntonasiya, fasilə, vurğu və s. kimi vasitələrdən istifadəyə yer verilir; 6. Şifahi nitqin deyilişi yazılı nitqə nisbətən sürətlidir və s. Lakin mövzudan, şəraitdən, məqsəddən, danışanın yaşından, nitqin məcburi, yaxud məsləhət xarakterli olması hesabına sürət, temp və fasilə dəyişilə biər. Şifahi nitqin ən ümdə xüsusiyyəti, ailə-məişət sferası istisna olmaqla, müəyyən məsələ haqqında hazırlaşmadan danışmaqdır. Belə danışıq üsulu və səviyyəsi də insanlarda müxtəlifdir. Çünki hazırlaşmadan yaxşı danışmaq istedad tələb edir.
Nitqin ikinci forması yazılı nitq hərflər və durğu işarələri ilə düzəlir. Nitqin yazılı forması şifahi nitqin əsasında əlifbanın meydana gəlməsindən çox sonralar əmələ gəlib. Nitqin şifahi və yazılı formalarının dürüst formalaşması ümumxalq danışıq dili normalarına uyğun gedir. Nitq ustaları şifahi nitqlərində sözlərin düzgün tələffüzü və vurğunun yerində işədilməsinə diqqət yetirirlərsə, yazılı nitqdə dilin leksik və qrammatik normalara əməl olunmasını əsas götürürlər. Daha doğrusu, yazılı nitq ədəbi dilin əsasında formalaşdığından orfoqrafik, leksik və qrammatik normalara uyfun əks olunur. Demək olar ki, yazılan bütün məlumatlar, fikirlər saxlanılır və gələcək nəsillərə ötürülür. Nəzm və nəsrlə yazılmış bədii əsərlər, dövlət sənətləri, dövlət başçılarının məktubları, qəzet və jurnallar, kitablar, müxtəlif məzmunlu elan, reklam və plakatlar yazılı ədəbi dil nümunələridir.
Şifahi nitqlə yazılı nitqin fərqli cəhətlərini belə xarakterizə etmək olar: 1) Şifahi nitq səslənmə üçün olduğundan ani şəkildə söylənilir və bitir, yazılı nitq isə müəyyən vaxt ( saat, gün və ya ay, il, yaxud illər) ərzində düşünülərək yazı sürəti ilə icra edilir; 2) Şifahi nitq üzərində düzəliş aparmaq olmur, təsadüfi hallarda səhv deyilmiş bir çümlə üzərinə bir an keçməmiş qayıtmaq istisnadır. Yazılı nitq üzərində isə düzəliş edilə bilər, nəşrə təqdim edilənə qədər müəllifin istənilən düzəlişləri etmək imkanları vardır. Əsərin sonrakı nəşrlərində də müəllif bu hüququnu özündə saxlayır. Məruzəçi, yaxud natiq də sonradan yazılı nitq materiallarında lazım gəldikdə belə düzəlişləri edə bilər .
Dostları ilə paylaş: |