1. Taxıl zəmiləri dəniz kimi dalğalanırdı.
Burda süd kimidir dağların qarı,
Sallanır qayadan buz salxımları.
(S. Vurğun)
Bu nümunələrdəki “taxıl”, “dəniz”(birinci çümlədə), “süd” və “qar”
(ikinci cümlədə) sözləri məntiqi vurğu ilə deyilir.
2. Qarşılaşdırılan zidd mənalı sözlər məntiqi vurğu ilə deyilir. Məsələn,
Biz uşağa da, qocaya da hörmətlə yanaşırıq. Dünyada kədərlə sevinc, ölümlə həyat ekizdir.
Həmcins üzvülü cümlələrdə həmcins üzvlərin hər biri ayrıca məntiqi
vurğu qəbul edir. Məsələn, Topla oynayan uşaqlar bərkdən çığırışır,
sevinir, gülürdülər və s.
Bunlarla yanaşı, ümumiləşdirici sözlər, hiss, həyəcan, etiraz bildirən
sözlər, xitablar və s. də məntiqi vurğu ilə deyilir.
Qeyd edək ki, məntiqi vurğunun dügün müəyyəmləşdirilməsində yeganə qayda varsa, o da “yeni məhfum” qaydasıdır. Bu qaydaya görə nitqdə əvvəlki cümlədəki əşya, şəxs və ya hadisəni bildirən söz, sonra gələn cümlənin mənasında müəyyən rol oynayırsa, həmin söz məntiqi vurğu ilə deyilir. Məsələn: Məni atam tərbiyə edib böyütmüşdü. Atam müəllim işləmişdir. Birinci cümlədə məntiqi vurğu atam sözünün üzərinə düşsə də, ikinci cümlədə atam sözü vurğusuz deyilir. Burada yeni məlumatı bildirən “müəllim” sözü məntiqi vurğu ilə tələffüz olunur.
Bu deyilənlərdən başqa, əvvəldə qeyd edildiyi kimi, nitqdə işlədilən vurğulardan biri də həyəcanlı vurğudur. Yüksək, emosiya, hiss-həyəcan ifadə etmək məqsədilə bir cümlənin digərlərindən yüksək deyilməsi həyəcanlı vurğu adlanır. Daha doğrusu, həyəcanlı vurğu nitqdə hiss və həyəcanın emosionallığını daha da qüvvətləndirir. Məntiqi vurğudan fərqlıi olaraq, həyəcanlı vurğu ən azı bir cümləni əvəz edir. Deməli, cümlənin bütün üzvləri, yaxud iki, üç cümlə, bəzən bir abzas xüsusi intonasiya ilə ifadə olunur. Məsələn;
-Bir qulağın məndə olsun, a Bəbir, gör sənə nə deyirəm, Qədiri də öldürüblər!
Bələliklə, haqqında müxtəsər də olsa bəhs olunan heca, məntiqi və həyacanlı vurğular şifahi nitqdə natiqlərin tələffüzündə daha çox işlədilir. Kifayət qədər təcrübəsi olamayan müəllim, yaxud hər hansı bir məruzəçinin tələffüzündə bu vacib amil bəzən gözlənilmir. Belə hallar nitqdə qüsur sayılır. Odur ki, belə adamlar şifahi nitq üçün önəmli sayılan vurğuların yerli-yerində işlədilməsinə həmişə diqqətli olmalı və bunu bir vərdişə çevirməlidirlər.
Dostları ilə paylaş: |