İntonasiya latın sözüdür, “ucadan tələffüz etmək” mənasında işlədilir. Məntiqi nitqdə fikrin, mövzunun məzmunun aydın şəkildə çatdırmaq üçün çümlələrin ekspressivliyini təmin etməyə yönəlmiş intonasiya diqqətdə saxlanılır. Nitqdə emosional boya kəsb etməklə dinləyicilərin hisslərinə təsir mexanizmi kimi intonasiya xüsusi əhəmiyyət daşıyır. İntonasiya baxımından düzgün qurulmuş nitq insanların qəlbinə tez yol tapır, onları darıxmağa qoymur, xoş əhval-ruhiyyə yaradır.
Nitqin ahəngi, melodik səs quruluşu, ritmi, tempi və ya sürəti, məntiqi vurğusu, tembri kimi xüsusiyyətləri- birlikdə intonasiyanı təşkıl edir. Dilimiz intonasiya cəhətdən çox zəngindir. Bu nitq prosesində rəngarəng və müxtəlif məna çalarları kəsb edir. İntonasiya çalarları vasitəsilə müxtəlif emosional vəziyyətlər: qorxu, qayğı, qərəz, qəm, məğrurluq, əsəbilik, məyusluq, həyəcan, nigarançılıq, lovğalıq, laqeydlik, həya, sevinc, təkəbbür və s. ifadə olunur. Modallıq bildirən intonasiya isə çümlənin mənasını müəyyənləşdirir, çümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, çümlə daxilində xitabları, ara sözləri, ümumiləşdirici sözləri, əlavələri və xüsusiləşmələri nəzərə çarpdırır.
İntonasiya həm danışıq, həm də oxu prosesi ilə bilavasitə əlaqədar olan ən xarakterik tələffüz hadisəsidir. Ünsiyyət prosesində natiq öz məqsədinə uyğun şəkildə nitqini qurur. Yazılı nitqi oxuyan şəxs yazının intonasiyasını eşitmir, amma yazı manerasından, durğu işarələrinə və dil vasitələrinə istinadən onun hansı hisslərlə çümlələri qurmasını təsəvvür edir. Prof. Ə. Dəmirçizadə yazır: “Danışarkən çümlənin təkcə məzmunu deyil, həm də nə məqsədlə söylənilmiş olması cümlədəki sözlərin necə səslənməsinə təsir edir. Yəni səs bəzən ucalır, bəzən alçalır, bəzən nitq axını kəsik-kəsik tələffüz olunur... və beləliklə də ibarə və cümlə boyu səslənmənin müxtəlif çalarlıqlı və müxtəlif kəmiyyətli dalğaları yaranır. Bunula da nitqin ritmik və melodik cərəyanı formalaşır ki, buna avazlanma (intonasiya) deyilir”.
İntonasiya nitqdə elə incə emosional münasibətlər yaradır ki, heç bir formal əlamət onu yarada bilməz. Məsələn, buyurun oturun, bağışlayın, üzr istəyirəm, xoş gəlmisiniz, bəli, əhsən və s. kimi nəzakət və hörmət mənasını ifadə edən sözlər bəzi məqamlarda rişxənd, istehza, hiddət, kinayə və s. bildirən intonasiya boyaları ilə də işlədilə bilər.
Danışıq, bəzən mətnlərin qiraəti zamanı intonasiyanın pozulması hallarına da rast gəlinir. Bunun biri oxuda sürətin həddindən attıq olmasıdır. İnformasiyanın çoxaldığı indiki zamanda sürətli danışıq və oxuya üstünlük verilir. Belə oxu sürəti normal oxu, natiqin, müəllmin oxusu baxımından o qədər də xarakterik deyildir. Sürətli danışıq və qiraətdə mənanı anlamaq, mənimsəmək bir qədər çətin olur.
İntonasiya ilə bağlı qüsurun başqa bir forması oxu və danışıq sürətinin normadan bir qədər yavaş olmasıdır. Yavaş oxu və danışıq tempi dinləyicini yorur. Eləcə də avazlanmanın zəifliyi, çümlələr arasında fasilənin qədərindən azlığı, yaxud çoxluğu nitqin gözəlliyinə xələl gətirir. Natiqlərin, mühazirəçilərin içərisində yüksək templə danışan və oxuyanlara rast gəlinir. Bu öz-özlüyündə müsbət haldır. Lakin müəyyən hüduda qədər, bundan kənar vəziyyət isə normal deyil.
Nitqin intonasiyası kompleks dil hadisəsidir. İntonasiya tələffüzün dörd elementini-fasilə, vurğu, melodiya və tempi özündə birləşdirir. Canlı nitqdə daim müəyyən bir hərəkət, sürət, güc, fasilə özünü göstərir ki, bunlar intonasiyanın yuxarıda deyilən dörd elementi ilə bağlıdır. Nitqin gücü, vurğusu , sürəti onun tempi, istiqaməti onun melodiyası, dayanacağı isə fasiləsidir. Vurğu, fasilə, temp, melodiya nitqin xarici komponentləridir. Bu xarici komponentlər nitqin səslənməsini yaradır.
Qeyd edim ki, nitqin yazılı formasında müəllifin yalnız məntiqi təfəkkürünün nəticələri verilir. Burada oxuyanın məqsədi yazılı şəkildə verilmiş olan müəllif fikrini açmaq, onu səsləndirməkdir. İntonasiya nitqdə elə incə emosional münasibətlər yaradır ki, heç bir formal əlamət onu yarada bilməz. İntonasiya cümlənin, ifadənin, ayrıca götürülmüş sözün təsir qüvvəsini nəinki artıra, onun əslində ifadə etdiyi mənanı təhrif edə, ya da tamamilə əks mənada başa düşülməsinə səbəb ola bilər. İntonasiya vasitəsilə adi fikri ifadə edən ən “nəzakətli” sözlərlə dinləyicinin qəlbinə dəymək olar. Məsələn, buyurun oturun, bağışlayın, üzr istəyirəm, xoş gəlmişsiniz, bəli, əhsən, təşəkkür edirəm və s. kimi nəzakət və hörmət mənasını ifadə edən sözlər bəzi məqamlarda rişxənd, istehza, hiddət, qəzəb, kinayə, etiraz və s. bildirən intonasiya boyaları ilə də işlədilə bilər. Rus dilinin intonasiyası üzərində tədqiqat aparan prof. V.A.Artemov “осторожна” sözünün intonasiya çalarında, daha doğrusu mənada deyilə bildiyini eksperiment yolu ilə müəyyən etmişdir. Bernard Şou “bəli”, “yox” sözlərinin ifadə tərzində işlətməyin, müxtəlif kommunikativ münasibət bildirməyin mümkün olduğunu göstərmişdir. Dilimizdəki “salam” sözünün müxtəlif intonasiya çalarları vardır. Həmin təkmənalı sözü rəğbət, kinayə, qərəz, coşqunluq, istehza, açıq, təntənə, qəzəb, təkəbbürlük, lovğalıq və s. kimi çoxlu çalarlarda ifadə etmək mümkündür. Poeziyamız intonasiya rəngarəngliyi baxımından çox zəngindir. Burada S.Vurğunun məşhur “Şair, nə tez qocaldın sən?” şeirini xatırlamaq yerinə düşər. Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, fransız fonetiki Qrammonun dediyi kimi “cümlələri əmələ gətirən sözlər onun yalnız “skeletidir”, bu skeletə hərəkət və həyat verən intonasiyadır. İntonasiya müəyyən bir məzmunun özünəmüvafiq forma ilə ifadə olunması vasitələrindən ən başlıcasıdır”. Natiq oxusu üzərində aparılan müşahidələr göstərmişdir ki, danışıq, xüsusən mətnlərin qiraəti zamanı intonasiya qaydalarının pozulması ilə bağlı qüsurlara da yol verilir.
Fikri burada yekunlaşdıraraq demək lazımdır ki, nitqdə ifadəlilik və intonasiyanın lazımı səviyyədə gözlənilməsi, yaxud onlara əməl edilməsi əvvəldə də deyildiyi kimi, nitqin başlıca tələblərindən sayılmaqla, həm də nitq mədəniyyətin inkişafına müsbət təsir göstərən əsas amillərdən hesab edilir..
Vurğu.
Dilçilik ədəbiyyatlarında deyildili kimi, sözlərdəki heçalardan və çümlədəki sözlərdən birinin başqalarına nisbətən ucadan deyilişi vurğu adlanır. Nitq mədəniyyətində vurğuya mühüm əhəmiyyət verilir. Natiqlər nitqlərində vurğunun deyilişinə əməl etməyə daim çalışırlar. Nitqdə vurğunun yerini dəyişməklə eyni bir sözdə və çümlədə müxtəlif məna çalarları yaratmaq mümkündür. Başqa dillərdə olduğu kimi, Azərbaycan ədəbi dilində vurğudan geniş istifadə olunur.
Ümumiyyətlə, vurğu intonasiyanın əsas ünsürlərindən biridir. Dərslik ədəbiyyatlarında vurğunun üç növündən-söz vurğusu, məntiği vurğu və həyəcanlı vurğudan bəhs olunur. Heca vurğusuna söz vurğusu da deyilir.
Söz vurğusu.
Söz vurğusu təkhecalı sözlərə aid deyil. Söz vurğusu sözlərdə tələffüz zamanı səslənmə gözəlliyi yaradır, bəzi hallarda isə yeni məna əmələ gətirir. Azərbaycan dilində vurğu, adətən, sözün son hecasının üzərinə düşür. Lakin nitq posesində bəzi milli və alınma sözlərdə vurğunun yeri bilməyərəkdən dəyişdiriləndə sözün mənası ya təhrif olunur, ya da dinləyicilər natiqi həmin sözü düzgün tələffüz etmədiyinə görə savadsız sayırlar. Məsələn. Opera, kafedra, lakin, lirika, kamera, diktor, dollar, finiş, kompas, kubok, lazer, norma, nota, pasport, tennis, texnika və s. kimi sözlərdə vurğu birinci hecaya; analoq, diametr, Füzuli, filosof, dinamo sözlərində ikinci, arzu, müxtəlif, sadəcə, İngiltərə sözlərində isə vurğu son hecaya düşür. Vurğu düzgün tələffüz olunmayanda nitq qüsurlu olur. Bu mənada orta və tam orta mətəbin məktəbli və şagirdləri orfoqrafiya-orfoepiya lüğətlərindən istifadə edə bilərlər. (N. Abdullayev, Z. Məmmədov. Orfoqrafiya-orfoepiya lüğəti, Bakı, 2004; A, Quliyeva, M. Soltanov. Məktəblinin orfoqrafiya-orfoepiya- qrammatika lüğəti. Bakı, 2009).
Heca vurğusu yazılışı eyni, səslənməsi müxtəlif olan sözləri də əhatə edir. Məsələn: çəkmə(isim), cəkmə (feil), sərin (sifət), sərin (feil), alma, dondurma (isim), alma, dondurma (feil) və s. kimi sözlərin məna dəyişikliyində sözün tələffüzü əsas rol oynayır.
Qeyd edək ki, söz vurğusu nitqdə, əsasən iki vəzifəni yerinə yetirir:
Sözlərdə forma gözəlliyi yaradır.
Sözlərdə yeni məna əmələ gətirir.
Bunlardan birincisi fonetik, ikincisi fonesemantik vəzifədir.
Vurğu öz yerində deyiləndə söz tam, dəqiq, səlis, təbii, ən optimal fonetik şəklini alır. Əks halda, sözlər bayağılaşır, öz axarından uzaqlaşır, süni deyim tərzi yaranır, məna anlaşılmır. Şifahi nitq üzərində aparılan geniş müşahidələr göstərir ki, sözlərin vurğusu səhv vurulanda söz və cümlələrin mənası dolaşır. Kəlmələrin deyilişində vurğunun qüsurlu tələffüzü ilə bağlı yaranan qeyri-adilik dərhal nəzərə çarpır. Belə halda, nəzərdə tutulan fikir, ideya, məqsəd dinləyiciyə lazımı səviyyədə çata bilmir.
Məntiqi vurğu. Cümlədəki sözlərdən birinin diğərlərinə nisbətən qüvvətli deyilişi məntiqi vurğu adlanır.Məntiqi vurğu eyni zamanda söz vurğusu da adlanır. Nitqdə üzərinə vurğu düşən sözə vurğulu söz deyilir. Bu vurğu növü sərbəst olduğundan nitqdəki sözlərdən hər birinin üzərinə düşə bilər. Odur ki, nitqdə məntiqi vurğu vasitəsilə bir çümlə bir neçə məna bildirir. Başqa sözlə, məntiqi vurğu bu və diğər çümlədə ifadə olunan fikri müxtəlif mənada anlamağa imkan yaradır. Nitq mədəniyyətində məntiqi vurğuya düzgün riayyət olunması natiqin , yaxud məruzəçinin ifadəli oxusunda, danışığında, mühazirələrində böyük praktik əhəmiyyətə malikdir.
Məntiqi vurğu nitqdə məna dəqiqliyi, məqsədin anlaşılması, danışanın catdırmaq istədiyi fikir deməkdir. Məsələn, Bakıda sentyabrda havalar həmişə sakit keçir. Buradakı hər bir sözü məntiqi vurğu altında tələffüz etməklə cümlənin müxtəlif kəlmələrini mənaca başqalarından fərqləndirib, diqqəti ona cəlb etmək olar.
Bakıda sentyabrda navalar həmişə sakit kecir. Cümlədə vurğunu Bakıda sözünün üstünə saldıqda bu söz bir qədər digərlərindən yüksək tonda tələffüz olunmalıdır. Yaxud da məntiqi vurğunu başqa səzlərin üstünə salıb yüksək tələffüz etmək olar.
Məntiqi vurğunun müəyyənləşdirilməsi üçün bir sıra qaydalar vardır ki, həmin qaydalara müvafik gələn sözlər istər ayrıca götürülmüş cümlələrdə, istərsə də rabitəli mətndə həmişə məntiqi vurğu ilə tələffüz edilir. Bu qaydalar əsasən aşağıdakılardır:
1. Müqayisə edilən sözlər vurğulu olur, Məsələn:
Dostları ilə paylaş: |